Ə. Mirzəzadə Azərbaycan xanlıqları


XVIII əsrin 90-cı illərində Azərbaycan-Rusiya münasibətləri



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
mt-is muhazire-12

  

3. XVIII əsrin 90-cı illərində Azərbaycan-Rusiya münasibətləri  

  

               Ağa Məhəmməd şahın Zaqafqaziyaya hücümü Rusiyanı narahat edir və burada onun mənafeyinə toxunurdu. 

İran təcavüzü Azərbaycan xanlarının Rusiyaya meylini gücləndirirdi. II Yekaterina hökuməti Rusiya təbəəliyini qəbul 

etmək  istəyən  xanların  səylərini  rəğbətlə  qarşılayır.  İkinci  rus-türk  müharibəsinin  Rusiyanın  xeyrinə  qurtarması  onun 

Qafqazda  mövqeyinin  möhkəmlənməsinə  müsbət  təsir  göstərdi  və  burada  fəal  siyasət  yeritməyə  imkan  verdi.  II 

Yekaterina Qafqaz qoşunlarının baş komandanı İ.V.Qudoviçin adına göndərdiyi 1792-ci il 8 fevral tarixli sərəncamında 

yazırdı:  «Əmr  edirik  ki,  bizə  dost  olan  xanları  ali  himayə  göstərəcəyinizə  əmin  edin».  Qudoviç  isə  1795-ci  ilin 

sentyabrında II Yekaterinaya yazırdı: «İranın cənub əyalətlərinin vəziyyətinə laqeyd baxmaqla biz Azərbaycan ölkəsi 

və Kaspi dənizi sahili boyunca uzanan vilayətlərə diqqət verməyə bilmərik».  

                1796-cı  ilin  aprelində  Zubovun  komandanlığı  ilə  30  min  rus  qoşunu  Dərbəndə  yaxınlaşdı.  Qafqazm  geniş 

tədqiqi  üçün  təbiətşünas  və  səyyah  Marşal  fon  Biberşteyn  Zubovu  müşayiət  edirdi.  Qubalı  Şeyxəli  xan  müqavimət 

göstərməyə  cəhd  etsə  də,  nail  olmadı  və  rus  qoşunları  Dərbəndi  tutdu.  Dərbəndin  idarə  edilməsi  Fətəli  xanm  qızı 

Pəricahana tapşırıldı. Bakı və Şirvan rus qoşunları tərəfindən tutuldu. Qarabağlı İbrahim xan Vaqif və oğlu Əbülfət ağa 

başda olmaqla Zubovun yanma elçi göndərdi. Zubov elçiləri yaxşı qarşıladı. Zubov xana çoxlu hədiyyələr göndərdi və 

Rusiya  ilə  Qarabağ  xanlığının  yaxınlaşmasında  xüsusi  xidməti  olan  Vaqifə  II  Yekaterina  adından  qiymətli  əsa 

bağışlandı.  

Qarabağın  nümayəndələrinin  rus  komandanlığı  ilə  mehriban  danışığı  başqa  xanlara  da  təsir  etdi.  Talış  xanı  Mir 

Mustafa, Şirvan xanı Mustafa, Gəncə xanı Cavad, İrəvan, Naxçıvan, Xoy və Qaradağ xanları elçilərinin İbrahim xanın 

yanına göndərərək onlan məsləhət istədilər. Onlar deyirdi: «O Rusiya dövlətinə itaət etməyi lazım bildiyi üçün biz də 

dostluq yolu ilə gedərək, mərhəmətli Rusiya İmperatriçəsinə itaət edərik».  

               İbrahim  xan  bunu  general  Zubova  çatdırdı.  Rus  qoşunları  Şamaxı,  Səlyan  və  Cavadı  tutdu.  Azərbaycanın 

şimal  xanlarının  çoxu  Rusiyanın  himayəsinə  keçdi.  Zubov  Kürün  sahilində  Cavad  yaxınlığında  Yekaterina  qalasını 

tikdirməyi  planlaşdırdı.  Ticarət  və  hərbi  strateji  əhəmiyyətə  malik  Bakı  limanının  müdafiəsinin  möhkəmləndirilməsi 

nəzərdə tutulurdu. Qafqazın təbii zənginliklərindən istifadə edilməsinə də maraq göstərilirdi. Biberşteynin məlumatları 

və onun sələflərinin materiallarını tamamladı. Terekdən Kür çayına qədər ərazinin etnoqrafiyası, bu yerlərin tarixi və 

coğrafiyası, iqlimi, heyvanat və bitki aləmi haqqında xeyli material toplandı.  

             Lakin 1796-cı ildə (6 noyabr) II Yekaterinanın ölümündən sonra hakimiyyətə keçən I Pavel Qafqazda olan rus 

qoşunlarını geri çağırdı. Ağa Məhəmməd şah rus qoşunlarının Azərbaycandan getməsindən istifadə edərək Azərbaycan 

və Dağıstan hakimlərinə fərman göndərərək ona tabe olmağı tələb etdi... Lakin bu tələb rədd edildi.  

              1797-ci  ilin  yazında  İran  qoşunları  yenidən  Qarabağa  soxuldu.  O  zaman  Qarabağda  baş  vermiş  quraqlıq 

vəziyyəti ağırlaşdırmışdı. Bir çərək buğda 45 manat idi. Mirzə Camal göstərir ki, İbrahim xan yaxın adamları ilə Car və 

Tala  tərəfə  gedirdi.  Burada  Gürcüstan  və  Dağıstandan  qüvvə  toplamaq  istəyirdi.  Şuşanın  müdafıəsi  özbaşına 

buraxıldığından  İran  qoşunları  şəhəri  tutdu.  Şəhərdə  qırğın  başlandı.  Vaqif  həbs  edildi.  Lakin  şah  öz  xidmətçiləri 

Səfərəli  və  Abbas  bəy  tərəfindən  öldürüldü.  1797-ci  il  iyulun  4-də  öz  yatağında  sui-qəsd  nəticəsində  ölümcül 

yaralanmış Ağa Məhəmməd Qacar yatağından bir qədər qalxıb, axırıncı dəfə «Bədbəxt sən İranı viran etdin!» demişdir. 

İran qoşunları çəkilib getdi. İranın Zaqafqaziyanı tutmaq planı boşa çıxdı.  




Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin