Ə. Mirzəzadə Azərbaycan xanlıqları



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
mt-is muhazire-12

3. Qarabağ xanlığı  

          XVIII  əsrin  ortalarında  Azərbaycanda  yaranan  xanlıqlar  arasında  əsası  Pənahəli  xan  tərəfindən 

qoyulmuş  Qarabağ  xanlığı  böyük  nüfuza  malik  idi.  Xanlığın  əhalisini  Cavanşir,  iyirmi  dörd,  otuz  ikilər, 

Kəbirli, Ziyadoğlu, Baharlı türk tayfaları təşkil edirdi. Pənahəli xan Qarabağda yaşayan cavanşirlər tayfasına 

məxsus  Sarcallar  kəndindən  çıxmışdır.  Tarixçilərin  verdiyi  məlumata  görə  ata-babaları  adlı-sanlı,  dövlətli 

şəxslər idi. Pənahəli gəncliyində qardaşı Behbudəli ilə birlikdə Nadir şahın  yanında xidmət etmişdir. Lakin 

qardaşının  Nadirin  qəzəbinə  düçar  olmasından  sonra  Pənahəli  Muğana  qaçmış  və  burada  ətrafına  dəstələr 

toplayaraq ətraf ərazilərə basqınlar təşkil etmişdir.  

Muğanda Nadir şaha tacqoyma mərasimində Qarabağın bu tayfaları onun əleyhinə çıxdılar. Ona görə 

də Nadir şah qarabağlıları cəzalandıraraq onları  Xorasan vilayətinə və Əfqanıstan sərhədlərinə sürgün etdi. 

Pənahəli bəy və onun qardaşı Fərzəli bəy də onların arasında idi. Fərzəli bu siyasətə qarşı çıxdığı üçün edam 

edildi. 1738-ci ildə Pənahəli bəy yaxın adamları ilə Qarabağa gedir və bir müddət Zəngəzurda yaşayır, 1743-

cü ildə özünü xan elan edib, xanlığın əsasını qoyur. Nadirin ölümündən sonra Pənahəli (1743-1763) 1748-ci 



 

8  


ildə  Qarabağda  öz  hakimiyyətini  möhkəmlətmək  üçün  cavanşirlər,  otuzikilər  və  başqa  tayfaların 

qüvvələrindən  istifadə  etmişdir.  Nadirin  Qarabağdan  Xorasana  köçürdüyü  tayfalar  XVIII  əsrin  ortalarında 

yenidən  öz  yerlərinə  qayıdaraq,  dinc  əməklə  məşğul  olmağa  başladılar.                Pənahəli  onları  öz  tərəfinə 

çəkmək üçün Şirvan, Şəki, Gəncə və s. yerlərə basqınları zamanı ələ keçirdiyi mal-qara, at və müxtəlif əmlakı 

onlara paylayırdı. 

 

         Qarabağ xanlığının mərkəzi Şuşa şəhəri idi. Əhalisi əkinçilik, maldarlıq, arıçılıq və toxuculuqla məşğul 



olurdu. Şuşada «Panabad» adlı pul kəsirdilər. Pənahəli hakimiyyətini möhkəmləndirmək üçün qohum olduğu 

Car  icmalarının  hakimi  və  Vərəndə  məliyi  Şahnəzərin  köməyindən  istifadə  edirdi.  Pənahəli  İran  və  digər 

xanlardan qorunmaq üçün Kəbirli mahalında 1748-ci ildə Boyat qalasını tikdirdi. Xanın ailəsi və qohumları 

buraya  köçürüldü.  Qarabağ  xanlığının  qüvvətlənməsi  digər  xanları  narahat  etməyə  başladı.  Şəki  xanı  Hacı 

Çələbi  Şirvan  xanı  ilə  birləşərək  Qarabağa  soxulsa  da  müvəvəqiyyət  qazana  bilmədi.  Pənahəli  xanın  bu 

qələbəsi  oııun  nüfuzunu  daha  da  artırmış,  Qarabağın  bütün  əhalisi  onun  hakimiyyətini  qəbul  etmişdir. 

Pənahəli  gələcəkdə  öz  düşmənləri  ilə  daha  müvəffəqiyyətli  mübarizə  aparmaq  məqsədi  ilə  Ağdam 

yaxınlığında 1751-ci ildə Şahbulaq qalasını tikdirdi.  

          Qarabağın  qədim  adı  Arsaq  (Арцаг)  adlanır.  Onun  Арцаг  adlanması  SavirXəzər  türkdilli  tayfalarla  bağlıdır. 

Erməni  mənbələrinə  də  onlardan  keçmişdir.  VVII  əsrlərdəki  erməni  qaynaqları  Savir-  Xəzərlərdəki  fonetik  variantı 

yazıya almışdır. Arsaq qəbiləsi Azərbaycan xanlığının soykökündə duran başqa qəbilələrlə qaynayıb-qarışdıqca qəbilə 

birləşməsi müstəqilliyini itirmiş və yer, ərazi adı kimi arxa plana çəkilmiş, «Qarabağ» sözü ön plana çıxmışdır. «Qara» 

və  «bağ»  tərkiblərindən  yaranmış  «Qarabağ»ın  I  hissəsinin  «rəng»,  «pis»,  «qayğılı»,  «bədbəxt»,  «şimal»,  eləcə  də 

başçı, böyük, güclü anlamı vardır. Azərbaycanın bir sıra yerlərində böyük qardaşa da qara deyirlər. «Qarabağ» adının 

ikinci  tərkibi  «bağ»ın  «bağ(ip)»,  «düyün»,  «bağ  (bağ-bağat»,  «soybirləşməsi  silsiləsi»,  «xalqın  bir  hissəsi»  və  b. 

anlamları daha çox yayılmışdır. Qarabağ  - güclü, böyük saybirləşməsinin, xalqın başçısı, bölgüsü deməkdir. Görünür 

ki,  burada  azərbaycanlıların  güclü,  böyük  bölgüsü  məskən  salmışdır.  Doğrudan  da,  bu  torpaqlarda  vaxtilə  Orta 

Asiyadan Qafqaza qədər böyük, güclü qəbiləbirləşməsi nıəskən salmışdır (M.Seyidov. Azərbaycan xalqının soykökünü 

düşünərkən. Bakı: 1989, səh. 36-37).  

          Qarabağa Kiçik Qafqaz dağları daxil olmaqla Kür-Araz çayları arasındakı ərazi daxildir. Oııun sərhədləri cənub-

şərqdən Kür-Araz  çayları qovşağı,  cənubdan  Araz  çayı,  qərbdən  Qarabağ  dağları  adlanan Kəşkəb,  Salvarlı  və  Ərikli 

dağları ilə Göyçəgölünə qədər uzanmış, şərqdən Goran-Kür çayı ilə sərhədlənmişdir. Qarabağ 17 mahala bölünmüşdür: 

Sisyan, Kəbirli, Talış, Cavanşir (Qarabağ düzü və ona bitişik olan Bərdədən cənubdakı torpaqlar). Otuziki, İyirmidörd, 

Xaçın, Çiləbörd (Çarabörd), Vərəndə, Dizax və s. Talış bəzən Gülüstan adlanırdı. On iki mahal bütünlüklə azərbaycanlı 

türklərindən ibarət idi.   

Nadirin ölümündən sonra hakimiyyətə keçən oğlu Əliqulu (Adil şah) Azərbaycanın idarə edilməsini Əmir Aslan xana 

tapşırdı. Hacı Çələbi üzərindəki qələbədən sonra özünə yeni düşmən qazanmamaq üçün Əmir Aslan xanın yanına elçi 

göndərərək Adil şahın hakimiyyətini qəbul etdiyini bildirdi.  

Pənahəli  xan  Qarabağın  beş  məlikliyini asılı  vəziyyətə  saldı.  Vərəndə  məliki  özü  Pənahəli  xanın hakimiyyətini  qəbul 

etdi. Dörd məliklik (Xaçın, Dizaq, Ciləbörd, Gülüstan) zorla tutulmuşdur. Pənahəli xan öz ərazisini cənubi-qərbə doğru 

genişləndirərək  Sisiyan,  Qapan,  Mehrini  xanlığa  birləşdirdi.  Xanlığın  sərhədləri  şimaldan  Gəncə  xanlığına,  şərqdən 

Kür-Arazın birləşdiyi yerə, cənubdan Araz çayına, qərbdən isə Mehri, Sisiyana qədər çatırdı.  

Pənahəli  xan  yeni  qalanı  möhkəmlətməklə  məşğul  olarkən  Cənubi  Azərbaycan  və  İran  hakimləri  dəfələrlə  buraya 

hücum etmişlər. 1757-ci ildə Məhəmməd  

         Həsən  xan  Qacarın  qoşunları  Qarabağa  soxuldu.  O,  Pənahabadı  mühasirə  etməyə  cürət  etmədi.  Şuşanın  30 

verstliyində  «Xatın  arxı»  yanında  baş  verən  döyüşdə məğlub  oldu.  Pənahəli  xan  iki  ağır  top  qənimət  götürdü.  İranda 

Kərim xan Zəndin ona qarşı çıxış etdiyini eşidən Məhəmməd Həsən xan İrana qayıtdı. 1759-cu ildə Qarabağa Urmiya 

xanı Fətələi xan Əfşarın 30 minlik qoşunu hücum etdi. 6 ay davam edən mübarizə Pənahəli xanın asılılığı qəbul etməsi 

və oğlu İbrahimxəlili girov verməsi ilə nəticələndi. Yaranmış vəziyyətlə əlaqədar olaraq Pənahəli xan zahirən olsa da, 

onunla sazişə girməyə məcbur oldu. Oğlu İbrahimxəlili girov kimi onun yanına gətirdi.  

       XVIII  əsri  50-ci  illərində  İranda  hakimiyyəti  ələ  keçirən  Kərim  xan  Zənd  Fətəli  şah  Əfşarı  məğlub  edərək 

Azərbaycanın  cənub  torpaqlarını  tutdu  və  Qarabağ  xanlığını  hədələməyə  başladı.  Kərim  xan  Zənd  Fətəli  şah  Əfşarla 

Pənahəli  xanın  qüvvələrindən  istifadə  etdi.  Lakin  Kərim  xan  Zənd  Urmiyanı  aldıqdan  sonra  orada  dustaq  olan 

İbrahimxəlil 

ağanı 

hakimiyyət 



fərmanı 

ilə 


Qarabağa 

yola 


saldı.

Beləliklə,  Qarabağ  xanlığına  ciddi  zərbə  vurmuş  oldu.  O,  Pənahəli  xanı  özü  ilə  Quma  «Şiraz  qonaqlığına»  aparmış, 

bəhanələrlə onu geri qayıtmağa qoymamışdır. Xanlığın idarəsini oğlu İbrahimxəlil xana (1763-1806) həvalə etmişdir. 

Qarabağın idarə edilməsini isə Pənahəli xan kiçik oğlu Mehralıya tapşırmışdı. Bundan sonra Mehralı bəylə İbrahimxəlil 

qardaşları arasında çəkişmə başlamış, 1763-cü ildə İbrahimxəlil qalib gəlmişdi. Mehrəli Qubaya qaçmış, hücumlarda 

iştirak  etmiş  və  1785-ci  ildə  öldürülməsi  ilə  nəticələnmişdi.  İbrahimxəlilin  dövründə  Qarabağ  xanlığı  daha  da 




 

9  


möhkəmlənmişdir.  O,  mərkəzi  hakimiyyətdən  uzaqlaşmağa  çalışan  məlikləri  özünə  tabe  etmiş,  fəal  xarici  siyasət 

yeritmişdir. A, Avar hakimi Ümmə xanın qızı ilə evlənmiş və onun qüvvələrindən istifadə etmişdir. İbrahimxəlil xan 

hakimiyyətini müəyyən vaxtlarda Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına da yaya bilmişdi.  

Pənahəli xanın ölümündən sonra Dizaq məliyi Yesay, Çiləbörd məliyi Məclum, Gülüstan məliyi Bəyləryan asılılıqdan 

qurtarmağa  çalışmışlar.  Vərəndə  məliyi  Şahnəzər  və  Xaçın  məliyi  Mirzəxan  İbrahim  xana  sədaqətlərini  bildirmişlər. 

Şahnəzər qızı Hüzadı İbrahimxəlil xana verdi. 1781-ci ildə İbrahimxəlil xan ona sadiq olan məliklərin köməyi ilə Tuğu 

mühasirə etdi. Yesayı tutub həbsə saldı. Hakimiyyətə oğlu Bəhmən  keçdi. Lakin məliklər mübarizəni davam etdirdi. 

Onlar İbrahimxəlilə qəsd təşkil etməyə çalışır. Qəsdin üstü açılır. Məclum və Abov həbs edilir, sonra onlar qaçaraq II 

İrakliyə sığmırlar. İbrahimxəlil onları tələb etmiş,  ələ keçməklərindən qorxaraq Cavad xanın yanına qaçmışlır. Sonra 

Qacarın Tiflisə hücumunda bələdçi olmuşlar.  

İbrahimxəlil gürcü çarı II İrakli ilə ittifaqa girmiş, danışıqlar aparmaq üçün  

vəziri Vaqifi oraya göndərmişdir.   




Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin