Partlayış təhlükəsi olan və 1000V-a qədər gərginliklə
qidalanan bilavasitə neytrala malik elektrik qurğularının
sıfırlanması aşağıdakı qaydada yerinə yetirilir:
1.
Birfazlı işıqlandırma dövrlərində sıfır xətdən istifadə
etməklə;
2.
İki və üçfazlı dövrlərdə və B-1 sinfinə aid otaqlarda
bütün birfazlı dövrlərdə üçüncü və ya dördüncü
damarın tətbiqilə.
Torpaqlayıcıların torpaqlayıcı elektrik avadanlıqlarına
nəzərən yerləşdirilməsindən asılı olaraq, torpaqlanma iki cür
olur: kənara çıxarılan, kontur.
Kənara
çıxarılan
torpaqlanmada
(şəkil
18a)
torpaqlayıcılar yerlə birləşdiriləcək avadanlıq tərəfində
yerləşir və bu halda elektrik avadanlığının gövdələri cərəyan
axan zonadan kənarda qalır. Ona görə də kənara çıxarılan
torpaqlamada avadanlığın yaxınlığında yerdə dayanmış adam
onun gövdəsinə toxunduqda (əgər avadanlığın izolyasiyası
zədələnmiş olduqda) yerə nəzərən tam gərginlik altına düşmüş
olur.
Beləliklə, kənara çıxarılan torpaqlayıcılarının mühafizə
təsiri onun müqavimətinin kiçik olmasındadır.
Kontur torpaqlamada (şəkil 18b) torpaqlayıcılar, yerlə
birləşdirəcək elektrik avadanlıqlarının ətrafında yaxınlıqda
yerləşdirilir.