Şəkil 31. Fazlaşdırmada gərginlik göstəricisi
komplektinin prinsipial sxemi.
A – uyğunlaşdırılmış birləşmə üzrə sınaq sxemi; b -əks
birləşmə üzrə sınaq sxemi; 1 - əlavə müqavimətə malik boru;
2 – gərginlik göstəricisi; 3 – izolyatorlar; 4- sınaq
transformatoru; 5 – gərginlik transformatoru.
114
Müqavimətlərin qiymətləri 2,5-6Mom-a uyğundur.
Borunun izolyasiya hissəsi əlavə müqavimətlə bərabər
gərginlik göstəricisinə uyğun sınaqdan keçirilir.
Uyğunlaşdırılmış
birləşmə
üzrə
sınaq
zamanı
komplektin hər iki qarmağı şəkildə göstərilmiş qaydada sınaq
transformatorun dolağına birləşdirilir. Sınaq gərginliyinin
qiymətini tədricən mühafizə vasitəsinin nominal gərginliyinə
qədər artırılır və bu zaman neon lampasının işıqlanması baş
verməlidir (mühafizə vasitəsi yararlı olduqda). Sınaq
gərginliyinin artırılması davam etdirilir və lampanın
işıqlanmasına uyğun gələn gərginlik qeydə alınır. Normal (işə
yararlı) gərginlik göstəriciləri üçün 6kV nominal gərginlikdə
sınaq gərginliyi 7,6kV, 10kV üçün isə 12,7kV olmalıdır.
Əks birləşmə sxem üzrə fazlaşdırmanı yoxlamaq üçün
gərginlik göstəricisinin qarmağını sınaq transformatorunun bir
sıxacına, əlavə müqavimətə malik borunun qarmağını isə
transformatorun ikinci sıxacına birləşdirilir. Sonra fazlaşdırıcı
komplektinə tətbiq olunmuş gərginliyinin qiymətini neon
lampasının aydın surətdə işıqlanmasını müşahidə olunana
qədər tədricən artırılır. Bu halda normal fazlaşdırıcı komplekt
üçün lampanın işıqlanması gərginliyi 6kV nominal gərginlik
üçün 1,5kV, 10kV-2,75kV olur.
600V-a qədər gərginlikdə istifadə olunan cərəyanölçən
qısqacların izolyasiyasını, onlar hazırlandıqdan sonra və
istismar prosesində 2kV gərginlikdə 5 dəqiqə müddətində
sınaqdan keçirirlər.
Dəstəkləri izoləedilmiş alətləri hazırladıqdan və
təmirdən sonra, eləcə də periodik olaraq ildə bir dəfə dəyişən
cərəyan gərginliyində (2,5 kV) bir dəqiqə müddətində
115
sınaqdan keçirirlər.
Dielektriki
əlcəklərin,
qaloşların
və
alətlərin
izolyasiyasını sınaqdan keçirmək istifadə olunan qurğunun
prinsipial sxemi şəkil 32-də göstərilmişdir. Sınaq zamanı
mühafizə vasitələrindən axan sızma cərəyanlarının qiymətləri
ölçülür. Onların izolyasiyası deşildikdə, ölçü cihazın əqrəbi
sıçrayışlarla rəqs etdikdə və ya sızma cərəyanın qiyməti
artdıqda, sınağı aparılan mühafizə vasitələri yararsız sayılır.
1000V-dan yuxarı gərginlikdə işlədilən əlcəklər,
hazırlandıqdan sonra 9 kV, 1000V-a qədər gərginlikdə isə
3,5kV sınaqdan keçirilir. Əlcəklərdən axan sızma
cərəyanlarının qiyməti uyğun olaraq 9 və 3,5mA olmalıdır.
Sınaq müddəti 1 dəqiqə olur. Dielektriki əlcəklərin periodik
sınağı 6 ayda bir dəfə aparılır. Bu halda sınaq gərginliyi,
1000V-a qədər gərginlikli qurğular üçün 2,5kV, 1000V-dan
yuxarı gərginliklərdə isə 6kV olur. Əlcəklərdən axan sızma
cərəyanların qiyməti uyğun olaraq 2,5 və 6 mA-dən çox
olmamalıdır.
Dielektriki botular hazırlandıqdan sonra 20kV, qaloşlar
isə
5kV
gərginlikdə
sınaqdan
keçirilir.
Mühafizə
vasitələrindən axan sızma cərəyanlar botular üçün 10mA,
qaloşlar üçün isə 2,5mA çox olmamalıdır. Botuların periodik
sınağı üç ildə bir dəfə 15kV, qaloşlar isə 6 ayda 1 dəfə 3,5kV
gərginlikdə aparılır.
Rezindən
hazırlanmış
dielektriki
“xalçalar”
hazırlandıqdan sonra silindrik elektrodlar arasından saniyədə
2-3 sm sürətlə buraxmaqla sınağı aparılır (sınaq gərginliyi
silindrik elektrodlara tətbiq edilir).
|