Şəkil 32. Mühafizə vasitələrinin izolyasiyasını yüksək gərginlikdə sınağını aparmaq üçün istifadə olunan qurğunun prinsipial sxemi. At – transformator; A – avtomat; Bk – blok kontakt; B- boşaldıcı; İ- izolyator; Dr – drossel; B – bir qütblü açar. Onlardan axan cərəyanın qiyməti 1000V sınaq
gərginliyində 1 mA-dən çox olmamalıdır. Dielektriki
“xalçalar” üçün sınaq gərginliyi, onlar hazırlandıqdan sonra
1000V-dan yuxarı gərginlikli elektrik qurğuları üçün 20kV,
istismar şəraitində isə 15kV olur. 1000V-a qədər gərginlikli
qurğular üçün uyğun olaraq sınaq gərginliyi 5,5 və 3,5 kV-a
bərabərdir.
Bir qütblü ayrıcıların “tiyələrini” örtmək üçün tətbiq
edilən rezin qapaqlar hazırlandıqdan sonra 10kV gərginlikdə 2
dəqiqə müddətində sınaqdan keçirilir. İstismar prosesində isə
həmin gərginlikdə 1 dəqiqə müddətində sınaqdan keçirilir.
Hər bir sınaqdan keçirilmiş mühafizə vasitəsi üçün
protokol tərtib edilir, məmulatın səthində ştamp qoyulur və
arada işçi gərginlik (hansı gərginlik ki, məmulat hesablanır),
istifadə vaxtı, sınaq tarixi və onu aparan laboratoriyanın adı
yazılır.