122
izolyatorlarının aşağı flanesindən yerə qədər olan məsafə 2m-
dən az olmamalıdır, çəpərlənmiş cərəyan keçirən hissələrinə
qədər olan məsafə isə 3,5kV-a qədər 2,75m, 110kV
gərginlikdə isə 3,5m-dən az olmamalıdır. Əgər bu məsafələr
göstərilən qiymətlərdən az olduqda çəpərin içərisinə ancaq III
qrup kvalifikasiyası olan ikinci şəxslə daxil olmağa icazə
verilir. İkinci şəxsin vəzifəsi birincinin gördüyü əməliyyatlara
nəzarət etmək, lazım gəldikdə (yəni cərəyanla zədə aldıqda)
ona kömək etməkdir.
Baxış zamanı elektrik qurğusunun hər hansı cərəyan
keçirən hissəsinin yerlə birləşməsi müşahidə olunduqda
gərginlik tam açılana qədər həmin yerə 4-5m (qapalı otaqda)
və 8-10m (açıq yarımstansiyada) qalana qədər yaxınlaşmağa
icazə verilmir.
Bu tədbirdə məqsəd “addım” gərginliyindən zədə
almağının qarşısını almaqdır. Əgər yerə qapanma sahəsinə
yaxınlaşmaq vacibdirsə (məsələn, gərginlik altına düşmüş
işçiyə kömək etmək və ya kommutasiya aparatları ilə əməliyat
aparmaq lazım gəlirsə), onda izoləedici ştanqa, qaloş və
botulardan istifadə etmək lazımdır.
Dostları ilə paylaş: