124
sonra onun məzmununu telefonla göstəriş verən şəxsə oxuyur
və blankda həmin şəxsin soyadını nəzarətçi kimi qeyd edir.
Ayrıcıları düzgün olmayan əməliyyatlardan qorumaq
üçün bloklayıcılarla təchiz olunmuş elektrik qurğularında sadə
və mürəkkəb dəyişdirmələr blanksız, ancaq əməliyyat
jurnalında qeydiyyat aparmaqla yerinə yetirilir.
Əgər hər hansı səbəbdən iş yerində adamlar olduqda və
ya müvəqqəti torpaqlayıcı-qısaqapayıcılar götürülməyibsə,
təmirdən və sınaqdan sonra qurğunu işə səhv buraxdıqda
böyük təhlükə yarana bilər. Bu cür təhlükənin baş verməməsi
üçün elektrik avadanlığını təmir və sınaqdan sonra, növbətçi
şəxs tərəfindən məsuliyyətli rəhbərdən qəbul edilməlidir.
Dostları ilə paylaş: