128
hündürlüyə qalxmaq yeri “Burdan qalx” plakatı ilə göstərilir.
Fəhlələrin girişi nəzərə alınmış və çəpərlənmiş fəzaya
daxil olmaq üçün keçidlər saxlanılır.
Gərginliyin
olmamasının
yoxlanması.
Lazımi
xəbərdarlıq plakatlarını asdıqdan, avadanlıqlarının cərəyan
keçirən hissələrini şəbəkədən açdıqdan sonra, onlarda
gərginliyin olmamasını yoxlayırlar.
1000V-a
qədər
gərginlikli
elektrik qurğularında
gərginliyinin olmamasını cərəyanaxtarıcı və ya yerdəyişməyi
mümkün olan (səyyar) voltmetrlə, 1000V-dan yuxarı və
110kV-a
qədər
gərginlikli
qurğularda isə gərginlik
göstəriciləri ilə yoxlanılır. Yoxlamaya başlamazdan öncə,
cərəyan axtarıcısının və gərginlik göstəricisinin normal
işləməsini dəqiqləşdirmək lazımdır (buna yaxınlıqdakı
gərginlikli qurğularda yoxlamaqla nail olurlar). İstifadə edilən
voltmetr
və
gərginlik
göstəricisi qurğunun nominal
gərginliyinə uyğun olmalıdır.
Stasionar cihazların və siqnalizasiya qurluşlarının
göstəricilərinə görə qurğuda gərginliyin olmaması haqqında
nəticə çıxarmaq düzgün deyil, çünki, onlar ola bilər nasaz
olsun. Əgər bu cihazlar gərginliyin olmasını göstərirsə,
qurğunun elektrik cərəyanı keçirən hissələrə yaxınlaşmaq
qadağandır.
Dostları ilə paylaş: