Ə. Q. Abbasov


 Elektrik avadanlıqlarının elektrik sınağı



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə89/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   85   86   87   88   89   90   91   92   ...   104
3.3 Elektrik avadanlıqlarının elektrik sınağı 
 
Təhlükəsizlik  texnikasının  qaydalarına  (TTQ)  görə 
elektrotexniki  qurğuların  istismarı  zamanı,  onların  periodik 
(dövrü)  və  ya  təmirdən  sonra  müxtəlif    elektrik  sınaqları 
aparılır. 
Elektrik mühərriklərində stator dolağının izolyasiyasının 
sabit  və  ya  50Hs  tezlikli  dəyişən  yüksək  gərginlikdə  aparılır 
(sabit  cərəyanda  həmçinin  izolyasiya  və  dolağın  aktiv 
müqaviməti də ölçülür). 
Güc  transformatorlarında    periodik  olaraq,  dolaqların 
izolyasiya  müqaviməti  ölçülür,  dielektriki  itki  bucağının 
tangensi,  sızma  cərəyanları  və  yüksək  rejimdəki  itkilər  təyin 
edilir,  yüksək  gərginlik    izolyasiyasının  sınağını  və 


140 
 
fazlaşdırma əməliyyatını aparılır. Sınaq gərginliyinin qiyməti, 
avadanlığın nominal gərginliyindən qat-qat çox olur. Məsələn, 
elektromühərriklər  üçün 
nom
sıı
U
,
U
5
2
2


;  10kV  güc 
transformatorlarda 
kV`1
35

sıı
U
,  açıcılar  (kəsicilər)  üçün 
nom
sıı
U
U
6
5



Beləliklə, 
avadanlıqlarının  yüksək 
gərginlikdə  sınağı  elektrotexniki  işçilər  üçün  xüsusi  təhlükə 
yaratdığı üçün sınaq işləri zamanı əlavə təhlükəsizlik tədbirləri 
görmək vacibdir. 
Bütün  elektrik  sınaq  işləri  iki  nəfərdən  az  olmayan 
briqada  tərəfindən  aparılır  və  bu  zaman  iş  icraçısının 
kvalifikasiya  qrupu  IV,  qalanların  isə  III-dən  aşağı 
olmamalıdr. 
Sınağı  aparan  şəxs,  xüsusi  hazırlığı,  sınağı  aparılacaq 
elektrik    avadanlıqlarının  sxemlərinə  aid  testdən  (biliyinin 
yoxlaması) keçməlidir və xüsusi təlimatı bilməlidir. 
1000V-dan  yuxarı  gərginliklərdə  sınaq  naryad  üzrə 
aparılır.  İzolyasiyanın  yüksək  gərginlikdə  sınağı  çox 
məsuliyyətli və təhlükəli olduğundan, onun aparılması zamanı 
aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etmək vacibdir: 
a)
 
sınaq  elektrik  avadanlıqlarının  və  sınaq  qurğularının 
örtükləri torpaqlanmalıdır. 
b)
 
avadanlığın sınıq sxemi, onu aparacaq briqada işçiləri 
tərəfindən yığılır. 
c)
 
sınaq  yeri  və  birləşdirmə  naqilləri  şitlər,  baryerlər, 
kanatlarla  (hansılardan  “Dayan-yüksək  gərginlik” 
plakatları  asılır)  çəpərlənir  və  ya  sınaq  yerində 
müşahidəsi qoyulur. 
d)
 
kabelin  damar  izolyasiyasının  yüksək  gərginlikdə 


141 
 
sınaqdan  keçirərkən,  onun  digər  ucu  olan  kamera  və 
ya  yuva  (özək)    örtülü  olmalı  və  qapısından  (  ya  da 
çəpərindən)  “Dayan  –  yüksək  gərginlik”,  açılmış 
ayrıcılarının inteqalında isə “Qapana-adamlar işləyir” 
plakatları asılmalıdır. 
Kabellər  və  ay  hava  xətləri  sınaqdan  qabaq  elektrik 
yüklərindən  boşaldılır.  Sınaq  (kenotron)  qurğusunun  qida 
dövrəsində  (380/220V)  mütləq  rubilnik  və  ya  ştepselli 
ayrıcıdan  istifadə  edilməlidir.  Şəkildə  kenotron  qurğusunun 
prinsipial elektrik sxemi göstərilmişdir. 
Avadanlığa  yüksək  sınaq  gərginliyi  verən  naqil, 
köməkçi  izolyatorlara  etibarlı  birləşdirilir  və  elektrik 
qurğusunun cərəyan keçirən hissələr yaxın olmamalıdır. 
Sınaq  qurğusunun  380/220V  şəbəkə  gərginliyinə 
birləşdirilməzdən öncə, onun yüksək gərginlikli sıxacı elastiki 
naqilə  (en  kəsiyi  4mm
2
  –dan  az  olmayan)  malik  ştanqa  ilə 
torpaqlanır. Sınaq gərginliyi verilməzdən qabaq, bütün briqada 
üzvlərinin yerində olmasına, kənar şəxslərin sınağı aparılacaq 
avadanlıqdan  uzaqlaşdığına  tam  inandıqdan  və  “Gərginlik 
verirəm”  xəbərdarlığı  etdikdən  sonra  yüksək  gərginlik 
sıxacından  torpaqlama  götürülür  və  380/220V  gərginlikli 
tərəfdə açar (rubilnik) qapanır. 
Yüksək gərginliklə sınaq başa çatdıqdan sonra iş icraçısı 
gərginliyi  sıfıra  qədər  azaldır  və  açarın  köməyi  ilə  sınaq 
qurğusunu  380/220V  gərginlikli  şəbəkədən  ayırır,  yüksək 
gərginlik  sıxacı  torpaqlayır  və  bunu  briqada  işçilərinə 
“Gərginlik götürüldü” ifadəsi ilə çatdırır. Ancaq bundan sonra 
sınaq  qurğusundan  naqilləri  açmaq  və  qoyulmuş  çəpərləri 
götürmək olar.  


142 
 
 
 
 
 
 
 
 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin