Ə. Q. Abbasov



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə87/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   83   84   85   86   87   88   89   90   ...   104
 
 


137 
 
Açıq tipli paylaşdırıcı quruluşlarda aparılan işlər 
 
Baxılan  obyektlərdə  müxtəlif  yükqaldıran  maşınların, 
teleskop  qüllələrin  və  mexaniki  inteqala  malik  hərəkət  edən 
nərdivanların  gərginlikdən  açılmış  və  ya  açılmamış  cərəyan 
keçirən hissələrdən uzaqda tətbiqinə icazə verilir. 
Gərginlikdən  açılmış  yerlərdə  yükqaldıran  maşınların, 
qüllələrin  və  nərdivanların  tətbiqi  ilə  müəyyən  işlər 
görüldükdə naryadın “xüsusi şərait” qrafikasında hansı maşın 
və  mexanizmlərdən  istifadə  olunması  yazılır.  gərginlikdən 
açılmamış  cərəyan  keçirən  hissələrdən  uzaqlarda  sərəncam 
üzrə  yükqaldıran  maşınların  tətbiqi  ilə  işlər  görmək  olar.  Bu 
işlər,  kvalifikasiya  qrupu  IV-dən  az  olmayan  əməliyyat 
işçisinin fasiləsiz nəzarəti altında aparılır. 
Teleskopik  qüllənin  sürücüsünün  kvalifikasiyası  II 
qrupdan  az  olmamalıdır  və  işə  başlamazdan  öncə  görüləcək 
işin  xüsusiyyətləri  və  vacib  təhlükəsizlik  tədbirləri  barəsində 
təlimatlanmalıdır. 
Gərginlikdən  açılmamış  və  ya  qismən  açılmış  cərəyan 
keçirən  hissələrin  yaxınlığında  mexaniki  intiqala  malik 
nərdivanın idarəsi ilə kvalifikasiya qrupu III az olmayan təmir 
briqadasının işçilərdən  biri məşğul ola bilər. Gərginlikdən tam 
açılmış  və  ya  gərginlik  altında  olan  cərəyan  keçirən 
hissələrdən  uzaqda  yerləşmiş  işləri  kvalifikasiya  qrupu  II  az 
olmayan şəxslər tərəfindən görülə bilər. Baxılan işlər görülən 
zaman  fasiləsiz  nəzarət,  kvalifikasiya  qrupu  V  az  olmayan 
şəxs tərəfindən aparılır və naryadın “xüsusi şərait” qrafasında 
qeydiyyat aparılır. 
Açıq tipli paylaşdırıcı qurluşlara malik obyektlərdə yük 


138 
 
qaldıran  maşınların,  qüllələrin  və  nərdivanların hərəkət  sürəti 
5km/saat  olub,  onların  ixtiyari  hissəsindən  gərginlik  altında 
olan  cərəyan  keçirən  hissələrə  qədər  olan  məsafə  35kV-a 
qədər  1m,  110kV-a  qədər  1,5m,  220kV-a  qədər  isə  2,5 
olmalıdır.  Gərginlikdən  aşılmamış  cərəyan  keçirən  hissələrin 
yaxınlığında  işləyən  maşınların,  teleskopik  qüllələrin  və 
hərəkət  edən  nərdivanların  metal  gövdələrini  (şassi) 
torpaqlamaq vacibdir. 
Hündürlükdə, avadanlığın və ya metal konstruksiyaların 
üstünə  çıxıb  görülən  işlər  daha  təhlükəli  sayılır.  Müəyyən 
hündürlüyə  qalxıb  iş  görən  işçilərin  kvalifikasiya  qrupu  III-
dən  az  olmamalıdır.  Onlar  işə  başlamazdan  öncə  və  dövrü 
(periodik)  olaraq  (ildə  bir  dəfə)  həkim  müayinəsindən 
keçməlidir. Yuxarılarda (hündürlükdə) işləyən zaman taxtadan 
düzəldilmiş müvəqqəti qurğulardan (çəpərlənmiş) və qoruyucu 
qovşaqlardan istifadə olunmalıdır. 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin