Şəkil 35. Mühərriklərin çatı ilməsi (buraz)
a-düzgün; b - qeyri-düzgün (düzgün olmayan)
151
4.4 Daxili elektrik şəbəkələrinin və idarə aparatlarının
quraşdırılması
Elektrik şəbəkələrinin quraşdırılması, adətən müxtəlif
mexanikləşdirmə vasitələrinin tətbiqi ilə aparılır. Quraşdırma
işləri iki mərhələdə aparılır:
1)
elektrik enerjisi ötürülən trassanın hazırlanması,
deşmə və bərkitmə əməliyyatların yerinə yetirilməsi;
2)
naqillərin, şitlərin və aparatların qoyuluşu.
Elektrik quraşdırıcısı işçilərinin paltarı bədənə sıx
olmalıdır və başı geyimli və ya yüngül mühafizə kaskasından
istifadə etməlidir. Deşiklər açan zaman mühafizə kaskasından
istifadə etməlidir. Deşiklər açan zaman mühafizə eynəklərdən
istifadə olunmalıdır. Boruları əydikdə, onlardan naqillər
çəkdikdə, naqillərə və troslara dartılma qüvvələri tətbiq
etdikdə, işçilər mütləq brezent əlcəklər geyinməlidir.
Lehimləmə və qaynaq işlərində isə mühafizə eynəklərindən və
əlcəklərdən istifadə edilməlidir. Dayaqlarda en kəsiyi 4mm
2
–
dən çox olan naqillərin çəkilişi zamanı quraşdırılmış
nərdivanlardan
yox, şəkillərdən istifadə olunmalıdır.
Quraşdırma nərdivanların uzunluğu 5m-dən çox olmamalıdır.
Nərdivanın yuxarı (ikinci pilləsində) pillələrində durub və ya
iki işçinin birlikdə işləməsinə icazə verilmir. Nərdivanların
aşağı uclarına mismarlar vurulur və ya rezin sonluqlar
geydirilir (sürüşmənin qarşısını almaq üçün).
Qrup halında olan şitləri və kommutasiya aparatlarını
xüsusi konstruksiyalarda quraşdırmazdan öncə, onların etibarlı
bərkidilməsinə fikir verilməlidir. Müəyyən hündürlükdə
quraşdırılmış aparatlarının düşməsinin qarşısını almaq üçün
onları konstruksiyaya birləşdirmək vacibdir.
|