150
Qeyd olunan işləri yerinə yetirdikdə rotorun stator
hissəsindən çıxarılması və yenidən qoyulması, muftaların,
şkivlərin və s. valda oturtmaq və ya çıxarmaq üçün xüsusi
tərtibatlardan, paza malik qaldırıcılardan (domkratlar),
pnevmatik alətlərdən istifadə olunur. Bütün tərtibatlar, alətlər
və mexanizmlər tam işə yararlı vəziyyətdə olmalıdır.
Elektrik avadanlıqlarının yük qaldıran maşınlarla
qaldırılması, bu məqsədlə nəzərdə tutulmuş hissələrdən
(məsələn, bolt, kronşteyn və s.) istifadə etməklə yerinə
yetirilməlidir. Əks halda yük düşə bilər, adamlara xəsarət
yetirə bilər və nəhayət avadanlığın əzilməsinə gətirib çıxarar.
Dostları ilə paylaş: