146
zədələrin alınmaması üçün iş görülən dayağın və ya qüllənin
altında dayanmaq qadağan edilir.
Dayaqlara ağır əşyaları (armatur, kabel muftaları,
ayrıcılar və s.) qaldırmaq üçün blokdan aşırılmış xüsusi ipdən
istifadə edilir, ağır yüklərin qaldırılması dayaqdan kənarda
yerdə dayanmış fəhlələr tərəfindən görülür.
Naqillərin açıb-bağlanması zamanı əlləri zədələnməkdən
qorumaq üçün brezent əlcəklərdən istifadə olunur.
Hava xətlərinin quraşdırılması və ya sökülməsi
əməliyyatında uzunluğu 3-5km olan sahələrdə iş görülərkən,
həmin sahədə naqilləri torpaqlamaq və ya bir-birilə qısa
qapamaq lazımdır (yaxınlıqda gərginlik altında olan xətlərin
və ya ildırım buludlarının təsirindən qorumaq üçün).
Dostları ilə paylaş: