Ə. Q. Abbasov


 Kabel xətlərinin quraşdırılması



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə93/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   89   90   91   92   93   94   95   96   ...   104
4.2 Kabel xətlərinin quraşdırılması 
 
Hazırda  kabel  xətlərinin  yeraltı  çəkiliş  işlərinin  çox 
hissəsini 
mexanikləşdirilib 
və 
əl  əməyi  minimuma 
endirilmişdir.  Bu  işlərdə  əsas  təhlükəsizlik  tədbirləri,  işçilər 
tərəfindən  kabelləri  barabanlardan  açması  və  xəndəklər 
vasitəsilə  çəkiliş  zamanı  alına  biləcək  zədə    və  yaraların 
qarşısını  almaqdır.  Üzərinə  kabel  sarınmış  barabanların 
hərəkəti  yolunda  işçilərin  dayanması  qadağan  edilir  (Baraban 
işçiyə toxuna bilər və onu zədələyə bilər). 
Adətən 
kabeli 
barabandan, 
trassanın 
sonunda 
quraşdırılmış  xüsusi  tərtibat  bucurqard  (ağırlıq    qaldıran 
mexanizm)  vasitəsilə  açırlar.  Bu  əməliyyatda  az  güc  sərf 
etmək  məqsədilə  trassada  xüsusi,  döngələrdə  isə  künc 
roliklərindən  istifadə  edilir.  Kabelləri  əllə  açan  zaman 


147 
 
döngələrdə onların dartılması qəti qadağan edilir.  
Kabellərin  xəndəklərdə,  bloklarda  və  tunellərə  çəkilişi 
zamanı brezent əlcəklərdən istifadə edilməlidir. 
Adamlar  üçün  xüsusi  təhlükə,  kabel  barabanlarını 
dəmiryol 
vaqonlarının 
platformalarından 
və 
ya 
avtomobillərdən  boşaldılan  zaman  yarana  bilər.  Kabel 
barabanlarını  əllə  boşaldanda  15
0
-yə  malik  maili  müstəvidən 
(tirlərdən,  borulardan  hazırlanmış)  istifadə  olunmalıdır,  bu 
zaman  barabanlar  iplərin  köməyilə  onların  hərəkətinin  əksinə 
dartılmalıdır. Əgər kabel əllə çəkilirsə, onda hər adama düşən 
yük  35  kq-dan  çox  olmamalıdır.  Bəzən  kabelləri  divarlar, 
binalar  və  qurğu  konstruksiyaları  üzrə  yerdən  və  ya 
döşəmədən  xeyli  hündürlükdə  çəkmək  lazım  gəlir.  Bu  illər 
möhkəm şəkil üstündə durmaqla yerinə yetirilir. Nərdivandan 
hündür  yerlərdən  kabellərin  çəkilişində  istifadə  etmək 
qadağandır. 
Qış  vaxtında  kabellərin  örtüklərinin  və  izolyasiyasının 
dağılmasının qarşısını almaq üçün onları qızdırırlar. Muftanın 
içərisində  və  ya  “qıf”  da  kabel  damarlarının  təmiri  aparılan 
zaman  hopdurucu  kütləni  120
0
-130
0
C-yə  qədər  qızdırılır. 
Qızdırılmış  kütlənin  ətrafa  sıçraması  nəticəsində  iş  icraçısı 
yanmalar  (yanıqlar)  ola  bilər.  Ona  görə  bu  proses  təhlükəli 
sayılır  və  bunun  qarşısını  almaq  üçün  qızdırılan  kütlənin 
temperaturuna termometr ilə nəzarət edilir. Qızdırılan kütlənin 
temperaturunu  qaynama  dərəcəsinə  çatdırmaq  olmaz,  çünki 
qaynama  zamanı  alınan  buxarların  hava  ilə  qarışığı  partlayış 
törədə bilər, bu da işçilərin həyatı üçün təhlükəlidir. Qızdırılan 
kabel kütləsini ancaq metal çubuqla qarışdırırlar (ağac çubuqla 
qarışdırmağa icazə verilmir, çünki ağacın tərkibindəki nəm, su 


148 
 
kütləyə  keçə  bilər)  və  hazır  kütləni  brezent  əlcəklərdən  və 
mühafizə eynəklərindən istifadə etməklə muftaya və ya “qıfa” 
doldururlar.  Kabellərin  damarlarını  lehimlədikdə  də  yuxarıda 
qeyd  edilən  təhlükəsizlik  tədbirlərinə  əməl  olunmalıdır. 
Epoksid  kompaundu  doldurulmuş  muftada  kabellərin 
soyuması  prosesi,  epoksid  qatranının  və  onun  həlledicisinin 
insan  bədəninə  zərərli  olduğundan  təhlükəli  sayılır.  Epoksid  
qətranla işləməyə yaşı 18 yuxarı, tibbi müayinədən keçmiş və 
təhlükəsizlik  tədbirləri  ilə  tanış  olmuş  şəxslərə  icazə  verilir. 
Epoksid  kompaundunun  və  həlledicinin  işçinin  dərisinə 
təsirinin  qarşısını  almaq  üçün  rezin  və  ya  polietilen 
əlcəklərdən istifadə edilir. 
Dəriyə kompaund və ya həlledici düşdükdə, təcili olaraq 
onu  yumşaq  kağız,  solfetka  ilə  götürülməli  və  yerini  3%  -li 
limon turşusu və ya sabunla istisu ilə yuyulmalıdır. 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin