160
aparatların izolyasiyasının, kabellərin naqillərinin və
transformator yağının yanması baş verə bilər. Bununla
əlaqədar təhlükəsizlik texnikasının qaydalarına və yerli
yanğına qarşı təlimatlarda yanğının yayılmasının qarşısını
almaq və yanma ocaqlarının ləğvi barədə tədbirlər nəzərdə
tutulur.
Açıq halda qoyulmuş kabellərin xarici zirehini
odadavamlı boyaqla rənglənir.
Kabellər
bərkidiləcək
qurğu və konstruksiyalar
odadavamlı materiallardan hazırlanmalıdır.
Elektrik maşınları quraşırılmış otaqlarda ilkin mühafizə
vasitələri – yanğın söndürən və quru qum olan yeşik olmalıdır.
Yanğının yayılmasında böyük təhlükəli
yağ doldurulmuş
aparatlar
–
transformatorlar
və
açarlar
yaradırlar.
Transformator yağının yanması nəticəsində yaranan təhlükəni
məhdudlaşdırmaq üçün, transformatorun altında yağ qəbul
edən çuxur (çala) qazırlar, üstünü barmaqlıqda (şəbəkə)
örtülür və üstünə xırda daş qırıntıları (qınçıllar) tökülür.
Transformatorda yanğın baş verdikdə, onun aşağı hissəsində
quraşdırılmış krandan yağ çuxura axıdılır və beləliklə
yayılmasının qarşısı alınır.
Yağ transformatorları və yağ açarları (böyük həcmli,
60kq) saxlanılan kameraların qapılarını çətin yanan
materialdan hazırlanır. Kameradan çıxış, xaricə (yəni çölə) və
ya odadavamlı döşəməyə, divarlara və örtüyə malik otağa
olmalıdır. Bu tələbləri yerinə yetirdikdə transformatorda yağın
yanması və ya açarın partlayışı zamanı yaranan yanğının
yayılmasının (qonşu otaqlara) qarşısı alınır. Bütün otaqlarda
(harda yağdoldurulmuş aparatlar quraşdırılıb) quru qum dol-