153
(kükürd, stearin, kauçuk). Daş kömür, ağac, kağız, parçalar
kimi bərk maddələr qızdırıldıqda qaz halında məhsullara və
bərk maddəyə (kömür) parçalanır. Bəzi yanan bərk maddələr
qızdırıldıqda ərimir və parçalanmır. Maye halında olan yanan
maddələr qızdırıldıqda buxarlanır və yanma prosesində onların
buxarları iştirak edir.
Beləliklə, yanar maddələrin əksəriyyəti qızdırıldıqda
qaz və ya buxar halına keçir və hava ilə yanar qarışıq əmələ
gətirir. Yanar qarışıqlar, maye və bərk halında olan yanar
maddələrin (benzin, kerosin və s.) havada tozlanması zamanı
da yarana bilər. Yuxarıda qeyd etmişdik ki, yanar maddələrin
əksəriyyəti qaz və buxar fazalarında alınır. Ona görə də
maddələrin yanması alışma halından başlanır.
Dostları ilə paylaş: