5. YANĞIN PROFİLAKTİKASI VƏ ELEKTRİK QURĞULARINDA YANĞININ SÖNDÜRÜLMƏSİ 5.1 Yanma və yanğın təhlükəsi Ölkəmizdə
sənaye
müəssisələrinin
yanğından
mühafizəsinə böyük diqqət yetirilir.
Yanğına qarşı texnikanın inkişafına aid hərtərəfli və
sistematik işlərin aparılması və yanğın profilaktikasına aid
tədbirlərin hazırlanması Fövqəladə Hallar Nazirliyinin
nəzdindəki yanğından mühafizənin baş idarəsinə həvalə
olunmuşdur.
Yanğın profilaktikasına aid məsələlər, Elmlər
akademiyasının institutlarında, elmi-tədqiqat institutlarında və
ali məktəblərdə həll edilir.