Qəzalar və onların yarada biləcək xəsarətlərin qarşısını almaq üçün tələn olunan təhlükəsizlik tədbirləri İşləyən (istismarda olan) elektrik qurğularında, onları
qəza
hallarına
və
istehsalat
avadanlıqlarının
boş
dayanmalarına gətirib çıxaran nasazlıqlar istisna olunmur.
Təcili olaraq, aradan qaldırılması tələb olunan nasazlıqlara
aiddir: kontaktların qızması və onların əriməsi, paylaşdırıcı
qurluşlarda olan izolyatorların çirklənməsi və onlarda olan şin
birləşdirmələrinin zəifləməsi və s.
Qəzaların baş verməməsi üçün yuxarıda qeyd olunan
nasazlıqları aradan qaldırmaq məqsədilə əməliyyat işçisinə
naryadsız (1000V-dan yuxarı gərginlikli qurğularda iki
nəfərdən az olmamaq şərtilə) tədbirlər görməyə icazə verilir.