1.7 Elektrik cərəyanından xəsarət alan adama ilk yardım
Əgər gərginlik altında qalan adam, özü cərəyanın
təsirindən azad oluna bilmirsə (cərəyan keçirən hissələrdən
əlini çəkmək, kənara çəkilmək, naqili qırmaq, dövrəni açmaq
və s.), ona təcili kömək göstərmək vacibdir.
Adamı gərginlik altından azad etdikdə, çox ehtiyatlı
hərəkət etmək (müəyyən tədbirlər görmək) lazımdır, əks halda
xilaskar özü də gərginlik altına düşə bilər. İlk növbədə
yaxınlıqda olan açar vasitəsilə qurğunu şəbəkədən açmaq və
ya izolə olunmuş dəstəkli alətlərdən (bıçaq, kəsici balta və s.)
istifadə etməklə cərəyan dövrəsini qırmaq lazımdır. Əgər
hadisə elektrik veriliş xəttində baş veribsə, onda bir ucu
torpaqlanmış çılpaq naqilli xəttin üstünə atmaqla qısa
qapanma yaratmaq lazımdır. Bu halda maksimal cərəyan
mühafizəsi işə düşəcək və avtomatik olaraq xətti açacaqdır.
Bütün hallarda, qurğu şəbəkədən açılandan sonra, xəsarət
almış adamın hündürlükdən düşmə və əzilmə ehtimalı yaranır.
Belə halda aşağıdakı məsləhətləri vermək olar:
1.Bir neçə nəfərin köməyilə (əgər hündürlük böyük
deyilsə) düşən adamı əllərin üstünə götürülür, brezent və ya
başqa parça materialını dartılmış vəziyyətdə saxlamaqla adam
qəbul edilir;
34
2.Əgər köməkçi varsa, onda həmin adam hündürlüyə
qalxaraq və zədə almış işçini tutaraq saxlayır.
Elektrik cərəyanın təsirindən xəsarət almış adamı,
gərginlikdən azad etdikdən sonra, həkim gələnə qədər onun
halından asılı olaraq yardım etmək vacibdir. Əgər xəsarət alan
şəxs, huşunu itirməyib və sərbəst gəzə bilərsə, onda həmin
adamı istirahət üçün rahat olan otağa aparmalı, su içirtməli və
uzanmağı məsləhət görməli. Əgər xəsarət almış adamda
müəyyən zədələr (əzilmə, kəsiklər, oynaqların çıxılması,
sümüklərin sınması və s.) müşahidə olunarsa, onda yerindəcə
lazımi köməklik göstərməli, ehtiyac olduqda tibbi məntəqəyə
yollamalı və ya həkim çağırmalı.
Əgər xəsarət alan adam cərəyanın təsirindən azad
etdikdən sonra huşsuz vəziyyətdədirsə, ancaq normal nəfəs
alır və nəbz eşidilirsə, təcili olaraq həkimi çağırmaq, o gələnə
qədər yerindəcə yardım göstərməklə huşa gətirmək (naşatır
spirti iylətməklə təmiz hava verməli) lazımdır.
Əgər xəsarət olan adam cərəyanın təsirindən azad
etdikdən sonra ağır vəziyyətdədirsə (nəfəs almır, ya fasilələrlə
nəfəs alır və s.), təcili olaraq həkim çağırmalı və o, gələnə
kimi xəstəyə süni nəfəs verməyə başlamalı.
Süni nəfəs vermədən öncə aşağıdakılar vacibdir:
a)təcili olaraq (bir saniyə belə vaxt itirmədən) xəsarət
alan adamı sıxıcı paltarlardan azad etməli (yaxasını açmalı,
şarfı çıxarmalı, kəməri genişləndirməli və s.);
b)ağzını açmalı (ağır qıc vəziyyətdə ağzı bağlanıbsa);
v)ağzını açdıqdan sonra, onu kənar əşyalardan
təmizləməli, diş protezlərini (əgər varsa) çıxarmalı.
Son zamanlar respublikada və xarici ölkələrdə, elektrik
|