Ə. Q. Abbasov


Şəkil 3. “Ağızdan-ağıza” süni nəfəsvermə



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə18/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   14   15   16   17   18   19   20   21   ...   104
Şəkil 3. “Ağızdan-ağıza” süni nəfəsvermə 
 
cərəyanından ağır xəsarət almış adamı həyata qaytarmaq üçün 
daha  effektiv  üsuldan,  kontakt  üsulundan  (xilas  edənin 
ağzından  xəsarət  almış  adamın  ağzına  hava  üfürülür)  istifadə 
olunur.
 
Havanın  xəsarət  almış  şəxsin  ağzına  və  burnuna 
üfürülməsi qaydası (texnikası) aşağıdakı kimidir: 
 Elektrik  cərəyanın  təsirindən  zədə  almış  adam  arxası 
üstə  uzadılır,  kürəklərin  altına  onun  paltarlarından  mütəkkə 
qoyulur.  Başını  arxaya  əyib  (bunun  üçün  bir  əlini  boynunun 
altına,  digərini  isə  əmgəyə  qoyulur),  ağzını  açmaq  lazımdır. 
Bu cür vəziyyətdə dil, ağız boşluğunda arxa divardan aralanır 
və  nəfəs  yolları  bərpa  olunur.  Bundan  sonra  xəstənin  ağzına 


36 
 
hava  üfürülür.  Yardım  edən  adam  dərindən  nəfəs  alır,  ağzını 
xəstənin  ağzına  (cuna  və  yaylıq  vasitəsilə)  bərk  sıxaraq  və 
qüvvə ilə havanı üfürür. 
Əgər  xəsarət  olan  adamın  ağzını  tam  örtmək  olmursa, 
onda ağzını bağlayıb burnu ilə hava vermək lazımdır. Üfürmə 
hər 5-6 saniyədən bir təkrar edilməlidir. Hər üfürmədən sonra 
xəstənin  ağız  və  burnunu  açırlar  ki,  ciyərlərdən  hava  xaric 
olsun. 
Nəbzin vurulması bərpa olunmadıqda, süni nəfəs vermə 
prosesi  davam  etdirilir  və  bununla  yanaşı  ürək  nayihəsini 
xaricdən  masaj  edirlər.  Təcrübə  göstərir  ki,  bu  cür  masaj 
ürəyin sərbəst normal işini bərpa edə bilir. 
Yardım göstərən şəxs, xəsarət alan adamın döş qəfəsinin 
aşağı hissəsinə əllərini bir – birinin üstünə qoyub (ovucun içi 
aşağıda olmalıdır) təsir göstərməlidir. 
 
 
 
 
 
 
 
 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin