1.6 Adamın elektrik cərəyanından xəsarət alması
Elektrik cərəyanı insan bədənindən keçdikdə ona
istilik, kimyəvi və bioloji təsirlər göstərir.
29
İstilik təsiri bədən dərisində yanıqlar şəklində, müxtəlif
üzvlərin həddən artıq qızması formasında, həmçinin ifrat
qızmaların nəticəsində qan damarlarının və əsəb liflərinin
qırılması kimi müşahidə olunur.
Kimyəvi təsir qanın orqanizmdə olan digər məhlulların
elektrolizinə səbəb olur, bu da öz növbəsində onların fiziki-
kimyəvi tərkibinin dəyişməsinə gətirib çıxarır və nəticədə
orqanizmin normal fəaliyyəti pozulur.
Elektrik cərəyanın bioloji təsiri, bədəndə olan canlı
toxumaların və hüceyrələrin təhlükəli həyəcanlanmasına səbəb
olur. Bu cür təsirlərdən canlı toxumalar və hüceyrələr məhv
ola bilər.
Elektrik cərəyanının təsirindən alınan xəsarət əsasən iki
müxtəlif formada özünü biruzə verir-elektrik zərbələri və
elektrik travmaları.
Elektrik zərbələri dedikdə, cərəyanın insan bədəninə elə
təsiri başa düşülür ki, bu zaman bədənin əzələləri (məsələn,
əl, ayaq və s.) qıc vəziyyətinə düşür. Bu halda adam ,
cərəyanın qiymətindən və təsir müddətindən asılı olaraq,
ürəyin və nəfəsin normal işləməsinə baxmayaraq huşunu itirə
də bilər, itirməyə də. Daha ağır hallarda huşun itirilməsi, qan-
damar sisteminin pozulmasına və nəticədə ölümlə qurtara
bilər. Elektrik zərbələrinin təsirindən bədənin vacib üzvlərinin
(ürək, beyin və s.) iflicinə səbəb olur.
Elektrik travmaları zamanı cərəyanın bədənə təsirindən,
orqanizmin toxumaları (dəri, əzələlər, sümüklər, rabitələr)
dağılır.
İnsan bədəninə ən qorxulu təhlükə, yanıqlar halında olan
elektrik travmalarıdır. Elektrik yanıqları bədənin bilavasitə
30
elektrik qurğusunun cərəyan keçirən hissəsi və elektrik qövsü
ilə toxunma yerlərində yaranır.
Elektrik zərbələrinin ağır formasında adam klinik ölüm
halına düşə bilər (nəfəsi kəsilir və qan dövranı dayanır). Tibbi
yardım olmadıqda klinik ölüm, bioloji ölümə çevrilə bilər.
Elektrik cərəyanının təsirindən xəsarət almış adamın
ölümünün səbəbləri-ürəyin dayanması, köks qəfəsinin
əzələlərinin iflici nəticəsində nəfəsin kəsilməsidir.
İnsan bədənində yaranan cərəyanın qiyməti, ona tətbiq
olunmuş gərginliklə və orqanizmin müqaviməti ilə təyin edilir.
İnsan orqanizminin müqaviməti bir sıra faktorlardan asılıdır.
İnsan orqanizminin üzvləri və toxumaları müxtəlif
xüsusi həcmi müqavimətinə malik olur. Ən böyük müqavimət
quru dəri və sümük toxumaları, ən kiçik isə qan və belilig
mayesi malikdir. İnsan bədənin müqavimətini təyin edən əsas
faktor dəri və onun üst səthidir (harda, qan daşıyan damarlar
olmur). Dərinin üst qatının xüsusi həcmi müqaviməti yüksək
(10
8
Om
sm) olduğundan ona dielektrik kimi baxmaq olar.
Dərinin digər qatları (daxili) qandamarları, vəz əsəb sonluqları
ilə təchiz olduğundan çox kiçik xüsusi müqavimətə malik olur.
İnsan bədəninə şərti olaraq, üç ardıcıl birləşdirilmiş
müqavimətdən ibarət elektrik dövrəsinin hissəsi kimi baxmaq
olar (dəri-daxili üzvlər və toxumalar-dəri). Bu cür hal şəkil 2-
də göstərilmişdir.
Sxemdən göründüyü kimi, elektrik dövrəsinin dəri qatı
hissəsinə aid müqaviməti, aktiv müqavimətlə (r
d
) yanaşı,
dərinin üst səthinin (dielektrik) əmələ gətirdiyi tutum (C
d
)
toplananından da ibarətdir. C
d
- toplananın qiyməti kiçik
olduğundan çox vaxt onun təsirini nəzərdən atırlar.
|