125
olmamalıdır.
b)
Qismən
gərginlik
götürüldükdə açıq elektrik
qurğularında və ya ayrı-ayrı otaqlarda quraşdırılmış
elektrik avadanlıqlarında aparılan işlər. Bu halda
gərginlik altında olan və qonşu otaqda yerləşdirilmiş
qurğuya qadağan edilməmiş giriş ola bilər.
c)
Cərəyan keçirən hissələrə və onlara yaxın gərginlik
altında olan qurğularda aparılan işlər. Bu halda iş
görən adamların gərginlik altında olan hissələrə
yaxınlaşmanın (və ya onların istifadə etdiyi alətlərin)
qarşısının alınması üçün müəyyən texniki və təşkilati
tədbirlərin görülməsi tələb olunur.
d)
Gərginlik açılmadan cərəyan keçirən hissələrdən
uzaqda görülən işlər. Bu halda iş icraçılarının
gərginlik altında olan hissələrə yaxınlaşmasının
qarşısını almaq üçün texniki və təşkilati tədbirlərin
görülməsi tələb olunmur.
“a”, “b” və “c” bəndlərində göstərilmiş təmir və sazlama
işlərinə başlamazdan əvvəl iş icraçılarının təhlükəsizliyini
təmin edən texniki və təşkilatı tədbirlər görülməlidir.
Dostları ilə paylaş: