Mürtədlərə
14
və zəkatdan imtina edənlərə qarşı savaş! :
Əbu Bəkr (radıyallahu anhu) mürtədlərə və zəkatdan imtina
edənlərə qarşı döyüşməyə qərar verdi. Bəzi səhabələr Mədinə
şəhərinə və camaatına təcavüz olunacağından ehtiyatlanaraq ondan
mürtədlərə qarşı döyüşməməyi xahiş etdilər. Lakin Əbu Bəkr
onların bu fikri ilə razılaşmadı. Həmçinin zəkatdan imtina edənlərə
qarşı mülayim davranıb, iman qəlblərinə daxil olana qədər onlara
möhlət verməsini Əbu Bəkrə məsləhət gördülər. Səhabələrin
fikrincə, iman qəlblərinə daxil olandan sonra onlar yenə də zəkat
verəcəklərdi. Lakin Əbu Bəkr əs-Siddiq (radıyallahu anhu) bu
fikirdən də imtina etdi.
Buxari, Muslim, Əbu Davud, Tirmizi və Nəsai Əbu
Hureyrədən (radıyallahu anhu) rəvayət edirlər ki, Ömər ibn əl-
Xəttab Əbu Bəkrə deyir: "İnsanlarla hansı əsasa görə döyüşürsən?"
Axı Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurub: "İnsanlar:
14
İslamdan imtina edənlər.
|