Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Əbu Bəkrin
(radıyallahu anhu) xilafətinə dair etdiyi işarələr:
1. Aişə (r.a) deyir ki, Peyğəmbər (sallallahu aleyhi və
səlləm) xəstələndikdə buyurdu: "Əbu Bəkrə deyin camaata
namaz qıldırsın"
11
.
2. Cubeyr ibn Mutimin (radıyallahu anhu) belə dediyi
rəvayət olunur: "Bir qadın Peyğəmbərin (sallallahu aleyhi və səlləm)
yanına gəlmişdi. Qadın gəldiyi yerə qayıdarkən Peyğəmbər (sallallahu
aleyhi və səlləm) onun yanına bir daha gəlməsini tapşırdı. Qadın
soruşdu: "Gəldiyim zaman səni tapmasam, (sanki qadın onun ölümünü
nəzərdə tuturdu) kimə müraciət edim? Peyğəmbər (sallallahu aleyhi və
səlləm) buyurdu: "Əgər məni tapmasan, Əbu Bəkrə müraciət
edərsən"
12
.
3. Aişə (radıyallahu anhə) deyir: "Peyğəmbər (sallallahu
aleyhi və səlləm) xəstələndiyi zaman mənə dedi: "Əbu Bəkri və
Dostları ilə paylaş: |