Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) Onun adı


qardaşını mənim yanıma çağır ki, bir yazı yazım. Mən qorxuram



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix16.05.2022
ölçüsü0,56 Mb.
#58110
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
(kitab kimi qoyulsun)Əbu Bəkrin həyatı və xilafəti barədə qısa məlumat

qardaşını mənim yanıma çağır ki, bir yazı yazım. Mən qorxuram 

ki, kimsə iştahlı birisi "mən daha layiqəm" desin. Lakin Allah 

və möminlər Əbu Bəkrdən başqasını istəməzlər".

13

  

 

Əbu Bəkrin  xilafətində baş verən mühüm hadisələr: 

 

10



 Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, № 3678. 

11

 Buxari: Kitabul Əzan, Bab Əhlul İlm vəl Fadl Əhəqqu Bil İmamə, № 678. 



12

 Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, № 3659. Müslim: Kitab 

Fədailus Səhabə, № 2386.  

13

 Müslim: Kitab Fədailus Səhabə, № 2387. Rəvayətin bu tərtibatı Müslimə məxsusdur. Buxari: 



Kitabul Marad, Bab Mə Ruxxisə Lil Məridi Ən Yəqulə İnni Vacəun, № 5666.  


Peyğəmbər (sallallahu aleyhi və səlləm) ölümündən öncə Şam 

vilayətində  Rumlulara  (bizanslılara)  qarşı  döyüşmək  üçün  Usamə 

ibn Zeydin (radıyallahu anhu)  başçılığı altında qoşun hazırlamışdı. 

Qoşun  yola  düşməmiş    Peyğəmbər  (sallallahu  aleyhi  və  səlləm) 

vəfat  etdi.  Ələlxüsus,  ətraf  bölgələrdə  bir  çox  ərəblərin  mürtəd 

olması  xəbəri  gəldikdə,  səhabələr  Mədinə  şəhərinə  görə 

ehtiyatlanıb  bu  qoşunun çıxmasında  tərəddüd  etdilər.  Lakin  Əbu 

Bəkr (radıyallahu anhu) qoşunun təyin edilən yerə getməsində israr 

edərək dedi: "Allaha and olsun, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) 

bağladığı  düyünü  mən  heç  vaxt  aça  bilmərəm!  Əgər  quşlar  bizim 

başımızın üstünü kəssə, vəhşi heyvanlar ətrafımızı bürüsə, hətta itlər belə 

möminlərin analarının ayaqlarına dolaşsalar da  mən  yenə  də  Usamənin 

qoşununu 

hazırlayacam 

və 

gözətçilərə 

Mədinənin 

kənarında 

dayanmalarını  əmr  edəcəm".  O  zaman  Usamənin  qoşununun  Şama 

tərəf getməsinin çox böyük xeyri var idi. Bu qoşun keçdiyi hər ərəb 

qəbiləsinin ürəyinə xof salacaq və onlar: "Bu insanlar mütləq güclü 

bir dövlətdən çıxmışlar!" – deyəcəklər. Bəzi rəvayətlərə görə, həmin 

qoşun  qırx,  digər  rəvayətlərə  görə  isə  yetmiş  gündən  sonra  sağ-

salamat və çoxlu qənimət əldə edərək geri qayıtdı. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin