Bəzi ərəblər isə mürtəd olmamış, sadəcə olaraq zəkatdan
imtina etmişdilər.
Əbu Bəkr (radıyallahu anhu) bayrağı Xalid ibn əl-Validə
(radıyallahu anhu) verərək əvvəlcə Tuleyhə ibn Xuveylid əl-
Əsədiyə, onunla işini bitirdikdən sonra isə əl-Bətah adlı yerdə
məskunlaşmış Malik ibn Nuveyraya hücum etməsini əmr etdi.
İkrimə ibn Əbi Cəhlə də bayraq verib onu Museyləmətul
Kəzzəbə qarşı döyüşə göndərdi, ardınca da Şurahbil ibn Həsənəni
yolladı. Xalid ibn Səid ibn əl-Ası Şam sərhədlərinə, Amr ibn əl-Ası,
Qudaə, Vadiə və əl-Haris qəbilələrinə, Alə ibn əl-Hədramini isə
Bəhreynə göndərdi
18
.
Huzeyfə ibn Muhsan əl-Qətəfanini Duba, Arfəcə və
Hərsəməyə göndərdi. Həmçinin Tarfə ibn Hacibi Suleym və
Həvazin qəbilələrinə, Suveyd ibn Muqrini Yəmən tərəfə göndərdi.
Artıq Əbu Bəkr (radıyallahu anhu) Mədinəyə qayıdanda
göndərdiyi hər sərkərdəyə belə məzmunlu bir məktub yazdı:
"Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xəlifəsi Əbu
Bəkrdən, dinində qalan və ya dinindən çıxan hər kəsə xəbərdarlıq!
Öncə Allahın doğru yoluna tabe olub, sonra zəlalətə
qayıtmayanlara salam olsun!
Özündən başqa haqq məbud olmayan Allaha həmd-səna
edirəm. Şəhadət verirəm ki, həqiqətən Allahdan başqa haqq məbud
yoxdur, O təkdir, Onun şəriki yoxdur və şəhadət verirəm ki,
Muhəmməd Onun qulu və elçisidir. Biz onun buyurduqlarını
təsdiqləyir, onu inkar edənlərə kafir deyir, onlara qarşı cihad edirik.
Həqiqətən Allah bir müjdəçi, qorxudan, Allahın izni ilə Onun
dininə çağıran və sanki nurlu çıraq olaraq diri olanlara xəbərdarlıq
etməsi və deyilən sözün kafirlər üzərində haqq olması üçün
yaratdıqlarına Öz dərgahından peyğəmbər (sallallahu aleyhi və
səlləm) göndərmişdir. Haqqa səs verənləri Allah bu yola yönəltmiş,
Elçisi ondan üz çevirənlərə qarşı döyüşmüşdür. Kimsə İslama
istəyərək və kimsə də məcburən gəlmişdi. Sonra Allah
Peyğəmbərini (sallallahu aleyhi və səlləm) Öz dərgahına aldı. O
artıq boynuna düşən Allah əmanətini çatdırmış, ümmətə tövsiyə
18
"Əl-Bidayə vən Nihayə" 6/320-321.
vermiş və tapşırığı bitirmişdir. Allah, əvvəlcədən ona və ümmətinə
ölümün haqq olması haqda Quranda xəbərdarlıq edərək
buyurmuşdur: "Şübhəsiz ki, sən də öləcəksən, onlar da
Dostları ilə paylaş: