“Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa
hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin
əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni
qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu,
zalımlar üçün necə də pis dəyiş-düyüşdür!"
23
"Həqiqətən, Şeytan
sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə
uyanları cəhənnəm əhli olmağa çağırır"
24
.
Mən sizə mühacir, ənsar və tabeinlərdən təşkil olunmuş qoşun
göndərmişəm. Sizdən, yalnız Allaha iman gətirməyi tələb
etmələrini tapşırmışam. İzzət və cəlal sahibi Allahın dininə
çağırmadan öldürməməyi əmr etmişəm. Kim dəvəti qəbul edib, ona
əməl edərsə, onun İslamı məqbul sayılar və bu işdə ona yardım
göstərilər. Bu işdən imtina edənlərin hər birinə qarşı, Allahın
əmrinə qayıtmayınca son damlaya qədər döyüşməyi, atəşlə
yandırmağı, hamısını öldürməyi, qadınları və uşaqlarını əsir almağı
əmr etmişəm. İslamdan başqa bir din heç kəsdən qəbul olunmasın.
Kim bu dinin ardınca gedərsə, onun üçün xeyirli olar. Kim bundan
imtina edərsə, bilsin ki, Allahı aciz qoya bilməyəcəkdir. Elçimə
məktubumu hər toplantınızda oxumağı əmr etdim. Dəvətin əlaməti
azandır. Bir toplumda zzan verilirsə onlara toxunmayın. Əgər
orada azan verilmirsə səbəbini öyrənin. Əgər islamdan imtina
etsələr onlara qarşı tələsin. Qəbul etsələr onlara haqlarını çatdırın."
25
Dostları ilə paylaş: |