Tuleyhə əl-Əsədi:
Tuleyhə əl-Əsədi hələ Peyğəmbərin (sallallahu aleyhi və
səlləm) sağlığında İslamdan imtina etmişdi. Peyğəmbər (sallallahu
aleyhi və səlləm) vəfat etdikdən sonra Uyeynə ibn Hisn də İslamdan
imtina etdi və onu dəstəklədi. Uyeynə bu mövqedən çıxış edərək öz
tayfasına dedi: "Allaha and olsun, Bənu Əsəd qəbiləsindən olan bir
peyğəmbər (yəni Tuleyhə), Bənu Haşim qəbiləsindən olan
peyğəmbər dən (yəni Muhəmməddən) mənə daha sevimlidir. Artıq
Məhəmməd ölmüşdür. İndi isə Tuleyhə əl-Əsədiyə itaət edin!
Qəbiləsi Bənu Fuzarə onun bu dediklərinə tabe oldu.
Xalid ibn əl-Valid onların müqavimətini qırdı. Bu zaman
Tuleyhə əl-Əsədi öz arvadı ilə Şam vilayətinə qaçdı və daha sonra
İslamı qəbul edib Əbu Bəkrin (radıyallahu anhu) vaxtında Məkkəyə
ümrə etməyə gəldi. O, bütün həyatı boyu Əbu Bəkrlə üzləşməyə
utanırdı. Ümrədən qayıtdıqdan sonra Xalid ibn əl-Validin
26
Onun arvadı islamda qalmışdı, mürtəd olmamışdı.
27
əl-Bidayə vən Nihayə: 6/315.
sərkərdəliyi altında Yərmuk və digər döyüşlərdə iştirak etdi. Əbu
Bəkr Xalidə məktub yazaraq bildirdi ki, döyüş haqda Tuleyhə ilə
məsləhətləşsin, lakin onu rəhbərliyə təyin etməsin.
28
Dostları ilə paylaş: |