tərəf getməsini və ora çatdıqda bütün qoşuna əmirlik etməsini
tapşırdı. Xalid öz yerinə Musənnə ibn Harisəni təyin edib tələsik
doqquz min beş yüz nəfərlik bir qoşunla Şama tərəf yollandı. Şama
tez çatmaqdan ötrü özü ilə Nafi ibn Umeyrə ət-Taiy adlı bələdçini
götürdü və yolu qısaltmaq üçün əvvəllər bu istiqamət üzrə istifadə
edilməyən yollardan keçdi, vadilər aşaraq uzun yol qət etdi.
Bu yol çox çətin və susuz vadilərdən ibarət idi. Su tükəndikdə
dəvələri kəsib suları atlara verdilər
34
. Beləliklə, Xalid Şama beş gün
ərzində çatdı. Yola çıxmadan öncə bir nəfər bədəvi ərəb Xalidə
demişdi: "Əgər səhəri fılan ağacın yanında qarşılasan, sən və
səninlə olanlar qurtulmuş olarsınız. Əgər deyilən ağaca yetişə
bilməsən, sən və səninlə olanlar həlak olarsınız". Onlar səhər vaxtı
həmin ağaca çatdıqda, Xalid (radıyallahu anhu) dedi: "Səhər açılanda
camaat gecə getdikləri yola sevinəcəklər". Bu söz daimi çəkilən bir misal
oldu.
Ərəb xristianlarından olan bir nəfər səhabələrin vəziyyətini
öyrənmək üçün gecə pusquya çıxmışdı. O, səhabələrin vəziyyətini
gördükdən sonra belə deyirdi: "Mən gecələri rahiblik, gündüzləri
süvarilik edən bir tayfa gördüm. Allaha and olsun, onların
şahzadələri oğurluq etsəydi, onun da əlini kəsər, zina etsəydi, onu
da daşqalaq edərdilər". Bizanslıların sərkərdəsi ona dedi: "Allaha
and olsun, əgər sənin dediklərin doğrudursa, onda yerin altı
üstündən daha xeyirlidir".
Xalid İraqdan gəldikdə ərəb xristianlarından bir nəfər onun
qarşısına çıxıb dedi: "Bizanslılar çox, müsəlmanlar isə azdırlar".
Xalid dedi: "Vay sənin halına! Sən məni bizanslılarlamı
qorxudursan?! Qoşun insanların sayı ilə deyil, qələbə ilə çoxalar və
məğlubiyyətlə azalar. Allaha and olsun, bizanslıların saylarının
artması məni maraqlandırmır, mən Əşqərin
35
sağalmasını
istəyirəm.
Bizans qoşunun başçısı Mahan Xalidi görüşə çağırdı. Xalid ibn
əl-Valid görüşə getdikdə Mahan dedi: "Biz bilirik ki, sizi öz
diyarınızdan çıxarmağa məcbur edən aclıq və qıtlıqdır. Gəlin mən sizin hər
34
Dəvənin bədənində içərisində su ehtiyatı olan tuluq olur. Onlar dəvələri kəsib tuluqdakı suyu istifadə
edirdilər. (tərc.)
35
Əşqər: Peyğəmbər (sallallahu aleyhi və səlləm)in atının adı idi. Xalid İraqdan gələrkən bu
at xəstələnmişdi.
birinizə on dinar, paş-paltar, yemək-içmək verim, siz də öz ölkənizə
qayıdın. Gələn il biz sizə eyni şeyləri göndərərik".
Xalid (radıyallahu anhu) dedi: "Bizi ölkəmizdən sənin dediklərin
çıxarmamışdır. Biz qaniçənlərik və eşitmişik ki, bizanslıların qanından
daha ləzzətli qan yoxdur. Biz buna görə gəlmişik".
Sərkərdələr ayrıldıqdan sonra igid İslam döyüşçüləri
meydana atılıb döyüşü qızışdırdılar.
Bizanslılar xaçları göyə qaldırıb ildırım vahiməli səslə irəli
atıldılar. Keşişlər və komandirlər onları döyüşə həvəsləndirirdilər.
Onların sayı həddindən artıq çox, silahları misilsiz idi.
Müsəlmanlar bir nəfər kimi bizanslıların üzərinə hücuma keçdilər.
Bizans qoşunu çox davam gətirməyib pərən-pərən düşdü və
meydandan qaçdı. Döyüş müsəlmanların tam qələbəsi ilə bitdi.
Dostları ilə paylaş: