On ikinci fəsil
MÜHÜM ĠġLƏR ÜÇÜN DƏRBARDAN QULAMLARIN
GÖNDƏRĠLMƏSĠ
HAQQINDA
Dərbardan bəzən fərmanla, bəzən fərmansız çoxlu qulam gedir, onlar
adamları incidir, mallarını alır, iki yüz dinarlıq iĢ üçün saxtakarlıq edib, beĢ yüz
dinar istəyilər. Xalq bunun nəticəsində yoxsullaĢıb dilənçiləĢir. Mühüm iĢ
olmayınca qulam göndərilməməli, göndərilənlər isə mütləq ali fərmanla
olmalıdırlar və qulama tapĢırılmalıdır ki, bu iĢ filan qədərlikdir, bundan artıq alma,
hər Ģey öz qaydasında olsun.
On üçüncü fəsil
CASUSLAR GÖNDƏRMƏK, ÖLKƏ VƏ RƏĠYYƏTĠN
VƏZĠYYƏTĠNĠ YAXġILAġDIRMAQ TƏDBĠRLƏRĠ HAQQINDA
HəmiĢə hər tərəfə sövdəgər, səyyah, sufi, əttar, dərviĢ libasında casuslar
göndərilməlidir; bunlar eĢitdiklərini xəbər verməlidirlər, beləliklə, heç bir Ģey gizli
qalmamalıdır; bir iĢ baĢ versə, yenidən baĢ qaldırsa, vaxtında tədbir görülsün.
Çox vaxt olub ki, valilər, iqtidarlar məmurlar və əmirlər qiyam fikrinə
düĢmüĢ, Ģaha qarĢı üsyan xəyalında olmuĢlar, lakin casus gəlib Ģaha xəbə
69
verdikdən sonra Ģah vaxtında atı minərək hücuma keçmiĢ, qəflətən onların baĢının
üstünü alaraq həbs etmiĢ, onların arzularını puça çıxarmıĢdır. BaĢqa bir hökmdar
xarici qoĢunla birlikdə ölkəni tutmaq qəsdində olmuĢsa, Ģah hazırlaĢıb onun
hücumunu dəf etmiĢdir. Bundan baĢqa onlar rəiyyətin vəziyyətindən, xeyir və
Ģərdən də xəbər vermiĢlər, Ģahlar isə lazımi qayğı göstərmiĢlər. Məsələn
Əzüddövlə vaxtında olduğu kimi.
Hekayət. Deyləm Ģahlarından baĢqa padĢahlardan da, Əzüddövlə kimi
daha sayıq, bacarıqlı, uzaqgörən bir padĢah olmamıĢdır. O, abadlıq iĢini sevən,
alicənab, elmli, zəhmli, siyasətmədar bir padĢah idi.
Bir gün xəfiyyə ona yazdı: "Mənə tapĢırdığınız iĢi yerinə yetirmək üçün
Ģəhər darvazasından çıxdıqdan sonra iki yüz addım getməmiĢdim ki, yol kənarında
bir gəncin durduğunu gördüm. Onun rəngi qaçmıĢdı, üzündə, boynunda yara izləri
var idi. Məni gördükdə salam verdi, mən də salamını aldım və soruĢdum: "Nə üçün
burada dayanıbsan?" Dedi: "Bir bələdçi axtarıram, məni elə bir Ģəhərə aparsın ki,
onun Ģahı ədalətli, qazisi mürüvvətli olsun". Dedim: "Heç bilirsən nə danıĢırsan?!
Əzüddövlədən daha ədalətli Ģah, Ģəhərin qazisindən daha mürüvvətli qazi
istəyirsən?,, Dedi: "ġah ədalətli, iĢdə sayıq olsaydı, hakimi də düz iĢlərdi. Ġndi ki
hakim düz iĢləmir, Ģah ədalətli yox, qafıldir". SoruĢdum: "ġahın
sayıqsızlığından, qazinin insafsızlığından nə deyə bilərsən?,, Dedi: "Mənim
macəram uzundur, lakin bu Ģəhərdən çıxcaq qısaldı. Dedim: "Gərək mənə
danıĢasan. Dedi: "Onda gedək, yolu söhbətlə qısa edək".
Yola düĢən kimi dedi: "Mən tacirin oğluyam, atamın malikanəsi də filan
məhəllədədir, necə adam olduğu, mal-dövləti də hamıya məlumdur. Atam vəfat
etdikdən sonra mən bir neçə il kef, əyləncə və əyyaĢlıqla məĢğul oldum, ağır
xəstələndim, əlim yaĢamaqdan üzüldü. Xəstəlikdə allah-taalaya nəzir etdim ki, bu
naxoĢluqdan sağalsam, həccə gedəm, cahadda iĢtirak edəm. Allah-taala mənə Ģəfa
verdi, sağalıb ayağa qalxdım. Qəti qərara gəldim ki, əvvəl həccə gedəm, sonra
cahadda iĢtirak edəm. Kəniz və qulamlarımı azad etdim, hamısına qızıl və torpaq
bağıĢladım, bəzilərinin bir-birinə niĢanını elədim, nə qədər ev-eĢiyim, mal-
dövlətim var idisə, hamısını satdım, əlli min dinar nağd pul etdim. Sonra məni fikir
götürdü, qarĢıda olan iki səfərimin hər ikisi qorxulu idi, bu qədər qızılı yanımda
gəzdirmək doğru olmazdı. Belə qərara gəldim, otuz min dinarı götürüb, qalanını
qoyam. Sonra gedib, iki aftafa aldım, hərəsinə on min dinar tökdüm. Dedim indi
bunları birinin yanında qoymaq lazımdır. Hamıdan çox ürəyim Ģəhərin baĢ qazisinə
razılıq verdi. Dedim: "O, hakim və alim bir adamdır, müsəlmanların canı, malı ona
tapĢırılmıĢdır, ona etibar edilmiĢdir. O heç vaxt xəyanət etməz. Getdim və bu
məsələni yavaĢca ona bildirdim. Razılıq verdi. Mən sevindim, gccə vaxtı qalıb
onun evinə getdim və əmanəti ona tapĢırdım. Sonra səyahətə çıxdım, həccə geldim,
Məkkədən Mədinəyə gəldim. Oradan Ruma gedib, cahadçılara qoĢuldum...Bir neçə
cahad davasında iĢtirak etdim. Bir dəfə vuruĢma zamanı kafirlərə əsir düĢdüm və
neçə yerdən yaralandım. Dörd il rumluların əlində zəncir və zindanda qaldım.
70
Sonra Rum qeysəri xəstələndi, bütün əsirləri azad etdilər, mən də buraxıldım.
Oradan dənizçilərin yanına gəlib bir parça çörək qazanmaq üçün onların yanında
iĢləməyə baĢladım.
Arxayın idim ki, Bağdad qazisinin yanında iyirmi min dinar əmanətim
vardır. Bu ümidlə qalxıb yola düzəldim. On ildən sonra əliboĢ, ac-yalavac, yamaqlı
paltar, anq, əzgin, taqətdən düĢmüĢ bir halda qazinin yanına getdim. Salam verib
oturdum, bir azdan sonra durub getdim. Ġki gün də onun yanına beləcə getdim,
özünü o yerə qoymadı. Üçüncü gün gedib qarĢısında oturdum.Yanı boĢaldıqda
ehmalca dedim: "Mən filankəs oğlu filankəsəm, həccə getdim, cahadda iĢtirak
etdim, baĢım çox bəlalar çəkdi, özümlə nə aparmıĢdımsa hamısı əlimdən çıxdı. Ġndi
bu hala düĢmüĢəm, bir qırıntı qızıla da gücüm çatmır, sənin yanında qoyduğum
əmanətə ehtiyacım vardır".
Qazi azdan-çoxdan mənə heç nə demədi, guya heç dediklərimi də
eĢitmədi. Sadəcə durub hücrəsinə getdi. Mən qanıqara ordan çıxdım. Halımın
pisliyi, üst-baĢımın cındırlığı və çılpaqlığım üzündən utanıb nə öz evimizə, nə
qohumların nə də dostların evinə gedə bildim. Gecələri məsciddə keçirir,
gündüzləri özümü dalda yerlərə verirdim. Sözün qısası, iki-üç dəfə onunla bu
barədə danıĢdım. Heç bir cavab vermədi. Yeddinci gün bir az da möhkəm
yapıĢdım. Mənə dedi: "Ağlın çaĢıb, yolun toz-torpağından sənin beynin quruyub,
baĢın xarab olubdur, çoxlu hədərən-pədərən danıĢırsan, nə səni tanıyıram, nə də
dediyin Ģeydən xəbərim vardır. Adım çəkdiyin adama, oğlana gəldikdə isə o,
gözəlüzlü, sağlambədənli, qəĢəng geyimli bir cavan idi". Dedim: Ey qazi, mən elə
haman adamam, ağır yaralar, pis günlər məni bu hala salmıĢdır". Dedi: "Dur get,
baĢımı ağrıtma, özünü də əziyyətə salma". Dedim: "Allahdan qorx, axirəti yadına
sal, hər iĢin öz savabı və günahı vardır. Qoy o iyirmi min dinarın beĢ mini də sənin
olsun". Cavab vermədi. Dedim: "O iki aftafanın biri sənin halalın olsun, o birini
mənə ver, çox ehtiyac içindəyəm. Bununla belə sənə imzalı qəbz verərəm ki,
bundan sonra səndən heç bir müddəam, filanıın olmayacaqdır".
Dedi: "Dəlilik deyəsən səni narahat edir, istəyirsən səni dəlixanaya salıb,
əl-ayağına zəncir vursunlar, nə qədər ömrün var, oradan canını qurtara
bilməyəsən!"
Mən qorxdum, bildim ürəyində bu qərara gəlib ki, mənə heç nə verməsin,
nə hökm çıxarsa xalq da onu yerinə yetirəcək. YavaĢ-yavaĢ onun qarĢısından durub
küçəyə çıxdım və öz-özümə dedim: "Atalar yaxĢı deyiblər ki, ət iylənəndə ona duz
vurarlar, bəs duz iylənsə onun çarəsi nədir?".
Ət iylənsə, tez ona vurarlar,
Duz iylənsə, bəs çarəsi nə olar?
Bütün zülmlər üçün qaziyə Ģikayətə gedirlər, bəs qazi zülm etdikdə kimə
Ģikayətə getsinlər? Əgər Əzüddövlə ədalətli olsaydı, mənim iyirmi min dirhəmim
71
qazinin əlində qalmazdı, mən belə ac-yalavac bir halda, malımdan, mülkümdən,
Ģəhərimdən məhrum edilib didərgin düĢməzdim.
Xəfiyyə bu əhvalatı eĢitdikdə ürəyi ona bərk yandı və dedi: "Ey
cavanmərd, bütün ümidlər ümidsizlik arxasındadır. Ümidini allaha bağla ki, o
bütün bəndələrinin iĢini düzəldəndir". Sonra xəfiyyə o adama dedi: "Mənim bu
kənddə bir alicənab, qonaqpərvər dostum vardır, indi mən ona qonaq gedirəm.
Mənim səndən çox xoĢum gəldi, razılıq ver, bu gün və gecəni o dostumun evində
qalaq, görək sabah qarĢımıza nə çıxacaq".
Onu götürüb dostunun evinə apardı. Evdə allah verəndən nə vardısa
gətirib yedilər, sonra yatmağa getdilər. Xəfiyyə bunların hamısını bir kağıza yazıb,
bir kəndliyə verdi və dedi: "Əzüddövlənin sarayına aparıb filan xidmətçini çağır və
bu kağızı ona ver, de ki, Əzüddövləyə çatdırsın".
Əzüddövlə məktubu oxuyan kimi barmağını diĢlədi, dərhal bir adam
göndərib xəfiyyəyə dedi ki, haman adamı elə bu gecə mənim yanıma gətir. Xəfiyyə
bunu bilcək o kiĢiyə dedi: "Qalx Ģəhərə gedək, Əzüddövlə qasid göndərib səni və
məni çağırır". KiĢi dedi: "Xeyirdir?" Dedi:"Xeyirdən baĢqa nə olacaq?" Yəqin sən
dediklərini onun qulağına çatdırıblar. Ümid edirəm ki, sən öz istədiyinə çatacaq və
bu əziyyətdən qurtaracaqsan".
Qalxıb kiĢini Əzüddövlənin yanına apardı. Əzüddövlə buyurdu məclisi
xəlvət etsinlər və onu dindirsinlər. Əvvəldən axıra qədər necə olmuĢdusa, elə də
təzədən nağıl etdi. Əzüddövlənin ona ürəyi yandı və dedi: "Ürəyini sıxma, təsəvvür
et ki, bu iĢ sənin yox, mənim baĢıma gəlmiĢdir, çünki, onu o iĢə mən təyin
etmiĢəm, tədbirini də mən görməliyəm. Allah-taala məni ona görə yaradıbdır ki,
mən xalqı qoruyam, qoymayam bir adam onları incitsin, bu incidən qazi olsa belə.
Mən müsəlmanların malını-dövlətini ona tapĢırır, maaĢ və əmək haqqını ona görə
verirəm ki, o, müsəlmanların iĢinə düzlüklə baxsın, Ģəriətlə hökm versin, zorakılığa
salıb rüĢvət almasın. Əgər mənim ölkəmdə qoca, təcrübəli, alim bir qazi belə
edirsə, gör qorxmaz, cavan qazilərdən nə kimi xəyanətlər baĢ verər‖?! Əvvəllər bu
qazi yoxsul, ailəli bir adam idi. Ona təyin etdiyim maaĢ dolanacağı üçün kifayət
edərdi. Bu gün Bağdad və onun ətrafında o qədər torpaq, meyvə bağı, xurma ağacı,
bostanı, malikanəsi, ticarət dükanı, cah-cəlalı, dəm-dəstgahı var ki, hədd-hesabı
yoxdur. Bu qədər neməti isə o qədər maaĢdan toplamaq mümkün deyildir. Deməli
müsəlmanların malından olduğu doğrudur".
Sonra üzünü o kiĢiyə çevirib dedi: "Haqqını sənə çatdırmayınca mən rahat
yeyib, rahat yala bilməyəcəyəm, xərcliyini məndən al, bu Ģəhərdən çıxıb get
Ġsfahana, filankəsi tapıb, biz tələb edənə qədər onun yanında qal. Biz yazarıq o
sənə yaxĢı baxar.
Sonra iki yüz dinar qızıl, beĢ dəst paltar verib haman gecə onu Ġsfahana
yola saldı. Əzüddövlə yatmayıb səhərə qədər o malı qazinin əlindən necə almaq
haqqında fikirləĢdi. Öz-özünə deyirdi: "Əgər zora, ya Ģahlığıma salıb qazini
tutdursam və döydürsəm o heç vaxt etiraf edib xəyanətini boynuna almayacaq, mal
72
isə batıb gedəcəkdir. Camaat da məni məzəmmət edib deyəcəklər ki, Əzüddövlə
qoca və alim bir adamı incitdi, malına tamahı düĢdüyü ücün onu bədnam etdi.
Mən elə bir tədbir görməliyəm ki, qazinin bu xəyanətini ona sübut edə
bilim, kiĢi də öz malını ala bilsin".
Bu hadisədən bir-iki ay keçdi. Qazi qızıl yiyəsindən heç bir əsər
görmədikdə öz-özünə dedi: ―Ġyirmi min dinar mənə qaldı. Lakin mən səbr
etməliyəm. Bəlkə bir adamdan onun ölüm xəbərini eĢitdim. O halda ki, mən onu
gördüm, daha tez ölər".
Ġki ay da keçdi.
Ġsti günlərin birində, istirahət vaxtı Əzüddövlə bi adam göndərib qazini
çağırtdırdı, aranı xəlvət edib dedi: "Ey qazi, bilirsənmi sənə nə üçün əziyyət
vermiĢəm‖. Dedi: "ġah daha yaxĢı bilir". Dedi: "Gələcək haqqında fikir məni
götürmüĢ, yuxum ərĢə çəkilmiĢdi‖.
Bu ölkə və dünyanın müqəddəratı məlum deyildir, ömrə də etibar yoxdur.
Ġki haldan biri olacaqdır-Ya bir rəqib bir küncdən baĢ qaldırıb bu dövləti alacaq,
necə ki, biz baĢqasının əlindən almıĢıq, özün də bilirsən ki, bu rahatlığa çıxana
qədər mən nə qədər əziyyətlər çəkmiĢəm; ya haqqın fərmanı nazil olub bizi bu
dünyadan nakam aparacaq. Heç kəs ölümdən yaxasını qurtara bilməyəcəkdir. Nə
qədər ömrümüz qalıbsa, allah bəndələri ilə yaxĢı rəftar etsək, xalq bizdən razı
qalsa, dünya durduqca bizim adımızı yaxĢılıqla yad edəcək, qiyamətdə bəraət
qazanıb behiĢtə gedəcəyik, pis olsaq, xalqla pis rəftar etsək, qiyamətədək bizim
adımızı pisliklə yad edəcək, bizə lənət yağdıracaq, qiyamət günü müttəhim hesab
edilib cəhənnəmə göndəriləcəyik. Deməli, nə qədər imkan var yaxĢılıq etməyə can
atıb, xalqa ədalətlə dolanmalı və onlara ehsan verməliyik. Lakin bunları sənə
deməkdə məqsədim budur ki, sarayda bir ovuc arvad-uĢağım vardır. Oğlanlarımın
iĢi asandır, onlar quĢ kimidirlər, uçub ölkədən-ölkəyə gedə bilərlər. Lakin
üzüörtülülərin iĢi daha pisdir, onIar zəif və yazıq olurlar. Mən bu iĢin onlar
haqqında bir Ģey düĢünə bilərəm, lakin qorxuram sabah əcəl çata, ya dövlət
çevriliĢi ola, imkan tapmayam. Ġndi istəyirəm onlara bir yaxĢlıq eləyəm. Bu gün
fikirləĢmiĢəm səndən daha mömin, daha pak, daha gözütox, daha etimadlı, daha
etibarlı bir adam yoxdur. Mən istəyirəm iki dəfə min-min nağd qızıl və cəvahiri
sənin yanında əmanət qoyam. Elə olsun ki, bir sən biləsən, bir mən bilim, bir allah.
Əgər sabah mənim baĢıma bir iĢ gəlsə, onların vəziyyəti ağırlaĢsa, bir parça çörəyə
möhtac qalsalar, baĢqaları xəbər tutmadan gizlicə çağırıb bu dövləti onlar arasında
bölüĢdürərsən, hərəsini ərə verərsən ki, ismət pərdələri götürülməsin, bir parça
çörək üçün xalqa əl açmasınlar. Bunun üçün isə sən belə lədbir gör:- Öz sarayının
daxilindəki hücrələri ayır, onların altında biĢmiĢ kərpicdən möhkəm zirzəmilər
tikdir. Hazır olacaq mənə xəbər elə. Mən əmr edim, ölümə məhkum iyirmi
məhbusu zindandan gətirsinlər, bu malları onların dalına yükləyib sizə
göndərsinlər, onlar yükləri zirzəmiyə yığıb sərdabanın ağzını hörsünlər, sonra
onları geri qaytarsınlar. Əmr edərəm məhbusların hamısını öldürərlər və bu iĢ gizli
73
qalar‖.
Qazi dedi: "Əmrə hazıram, nə mümkündürsə hamısını yerinə yetirərəm
‖
.
Sonra Ģah bir xidmətçini çağırıb yavaĢca dedi: "Get xəzinədən iki yüz
məğrib dinarını kisəyə qoy gəlir. Xidmətçi gedib qızılı gətirdi. Əzüddövlə alıb
qazinin qabağına qoydu və dedi: "Bu iki yüz dinarı bu zirzəmi üçün xərclə,
çalmasa, yenə göndərərəm". Qazi dedi: "Allah xatirinə götürün, mən bunu öz
qızılımla yerinə yetirərəm,,. Əzüddövlə dedi: "Bu düzgün deyil ki, sən mənim iĢim
üçün öz qızılım xərcləyəsən. Bir də ki, sənin qızılın halaldır, bu iĢ üçün
xərclənməsi düz olmaz.
Sənə etimad ediləni yerinə yetirsən, elə böyük iĢ görmüĢ olarsan". Qazi
dedi: "ġahın buyruğu doğrudur
‖
. O iki yüz dinarı ətəyinə doldurub sevincək çıxdı
və öz-özünə dedi: "Bu qoca vaxtımda bəxtim yar olmuĢ, dövlət qapıları üzümə
açılmıĢdır, evim qızılla dolacaqdır. Əgər Ģaha bir hadisə üz versə, heç kəsin məndə
qəbaləsi və sənədi yoxdur, heç nə tələb edə bilməz". Hamısı mənə qalar. O iki
aftafa qızıl sahibi sağ ola-ola məndən bir dang ala bilmir, Ģah öləndən sonra necə
ala bilər?!"
Evinə getdi, təcili olaraq sərdabəni tikdirməyə baĢladı, bir ay çəkmədi ki,
çox möhkəm bir sərdabə hazır oldu. Qalxıb gecə namazı vaxtı Əzüddövlənin
yanına getdi. Əzüddövlə onu xəlvətə çağırıb soruĢdu: "Bu vaxt nə iĢ üçün
gəlibsən?,, Dedi: "ġaha bildirmək istəyirəm ki, buyurduğunuz sərdabə hazırdır‖
Əzüddövlə dedi: "Allaha Ģükür, mən sənin haqqında səhv etməmiĢəm. Bu cəhətdən
mənim ürəyimi sakitləĢdirdin. Sənə dediyimi, min min və beĢ yüz min dinar qızıl
və cəvahir hazırlamıĢam. Əlavə olaraq çoxlu paltar, ud, ənbər, müĢk, kafur
ayırmıĢam. Gözləyirəm yaxın günlərdə müĢtərilər gəlib onları da alsınlar. Bu
həftəyə tamam olar, bir dəfəliyə hamısını ora gətirərlər. Mən sabah gecə o
sərdabəni görmək üçün sənin sarayına gəlib ona baxmaq istəyirəm, görüm necə
çıxıbdır. Ġstəmirəm xərcə düĢüb hazırlıq görəsən, çünki o saat qayıdacağam.
Qazini yola salcaq dərhal qızılın sahibini gətirmək üçün Ġsfahana bir qasid
göndərdi.
Sabahısı gün gecə qazinin sarayına getdi, o sərdabəyə baxıb bəyəndi və
qaziyə dedi: "ÇərĢənbə axĢamı gəlib vəd edilmiĢ əmanətlərə baxa bilərsən,,. Qazi
dedi: "BaĢ üstə!" Qazinin sarayından çıxdıqdan sonra xəzinədara əmr etdi ki, yüz
qırx aftafa qızıl hazırlasınlar, üç qurrabe mirvari, qırmızı yaqutla dolu bir cam, ləl
ilə dolu bir cam, firuzə ilə dolu bir cam da aftafaların qabağına düzsünlər.
Xəzinədar bunları hazırlayana qədər çərĢənbə axĢamı çatdı. Əzüddövlə qazini
çağırdı, onun əlindən tutub malların yığıldığı otağa apardı. Qazi malları gördükdə
valeh oldu. ġah dedi: "Bu həftəni gecə yarısına qədər gözdə-qulaqda ol, bəlkə
malları göndərdim, sonra otaqdan çıxdılar.
Qazi evinə qayıtdı, sevincindən ürəyi köksündən quĢ qanadı kimi
titrəyirdi. Qəzadan sabahısı gün qızıl sahibi də gəlib çıxdı. Əzüddövlə ona dedi:
"Get qazinin yanına, ona de ki, mən indiyə qədər dözüb sənin hörmətini
74
saxlamıĢam, bundan sonra isə səbr etməyə taqətim yoxdur; bütün Ģəhər bilir ki,
mənim və atamın nə qədər malı var idi, mənim dediklərimi təsdiq edərlər,
qızıllarımı versən heç, verməsən gedib Əzüddövləyə Ģikayət edəcəm, səni elə
hörmətdən salacağam ki, bütün dünyaya ibrət olsun. Gör qazi nə cavab verir. Qızılı
qaytarsa, daha yaxĢı, qaytarmasa, gəlib mənə danıĢarsan".
Haman adam qazinin yanına getdi, ədəblə yanında oturub o cürə dedi.
Qazi fikirləĢdi ki, əgər bu kiĢi gedib mənim haqqımda Əzüddövləyə Ģikayət etsə,
o da məndən Ģübhələnib malları mənim evimə göndərməz. YaxĢısı budur
ki, onun qızılını qaytarım, hər halda yüz əlli aftafa qızıl və filan qədər cəvahir iki
aftafa qızıldan daha sərfəlidir, sonra o adama dedi: "Haradasan, səni axtarmaqdan
yorulmusam, bir az gözlə". Durub hücrəyə getdi, sonra onu da hücrəyə çağırdı
qucaqlayıb dedi: "Sən mənim dostum, özün də oğlum yerindəsən. O iĢi
ehtiyat üzündən edirdim. O gündən də səni axtarıram. Allaha Ģükür ki, gəlib çıxdın,
məni də nigarançılıqdan qurtardım, qızılların da yerində cabəcadır". Qalxıb hər iki
aftafa qızılı kiĢinin qabağına gətirdi və dedi: "Bu da sənin qızılların, götür hara
istəyirsən get". KiĢi evdən çıxıb iki hambal tutdu, qazinin evinə aparıb o iki
aftafanı onların çiyninə qoydu və eləcə də Əzüddövlənin sarayına apardı.
Əzüddövlə qızılları gördükdə güldü və dedi: "Allaha Ģükür, sən haqqına
çatdın, qazinin isə xəyanəti aĢkara çıxdı. Bilirsənmi, qızılını sənə çatdırmaq üçün
mən nə fənd iĢlətmiĢəm? Böyüklər əhvalatı soruĢdular. Əzüddövlə onlara danıĢdı,
hamısı təəccüb etdilər. Sonra Ģah baĢ hacibə əmr etdi: "Get qazinin çalmasını
boğazına dolayıb baĢıaçıq, ayağıyalın yanıma gətir".
Hacib getdi, necə əmr edilmiĢdirsə elə də etdi. Qazi haman kiĢini, əlində
tutduğu iki aftafanı gördükdə dedi:"Vay yandım". BaĢa düĢdü ki. Əzüddövlənin
ona dedikləri və göstərdikləri bu iki aftafa üçün imiĢ. Sonra Əzüddövlə onun
üstünə qıĢqırıb dedi: "Sən qoca alim və hakimsən, bir ayağın gordadır, bir ayağın
burda, sən əmanətə xəyanət edəndə gör baĢqalarından nə gözləmək olar?! Aydın
oldu ki, sənin topladığın bütün var-dövlət xalqın malından və rüĢvətdəndir. Bu
dünyada mən sənin cəzanı verirəm, o dünyada isə özün öz mükafatını alarsan.
Qoca və alım olduğun üçün canını bağıĢlayıram, lakin malın və nıülkün xəzinənin
olacaqdır".
Nə qədər malı-mülkü var idisə hamısını müsadirə etdilər. ondan sonra ona
bir daha vəzifə tapĢırmadılar. O iki aftafa qızılı isə yiyəsinə verdilər.
Dostları ilə paylaş: |