Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə30/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   26   27   28   29   30   31   32   33   ...   100
Siyasetname

Hekayət. Belə deyirlər ki, Rum padĢahı, Pərvizin
112
vəziri Bəhram 
Çubinə
113
əvvəllər çox hörmət edər, istər kef məclislərində, istər ovda, istərsə 
tənhalıqda onu yanında saxlardı. Bu Bəhram Çubinin at çapmaqda, qılınc 
oynatmaqda tayı yox idi. 
Bir gün Merat və Sərəxs
114
amili Pərvizə üç yüz qırmızı lük dəvə gətirdi, 
hər dəvəyə bir xarvar mal azuqə yüklənmiĢdi. Pərviz əmr etdi hamısını Bəhram 
Çubinin sarayına aparsınlar. Mətbəxdə azuqə çox olmaq üçün ora versinlər. 
Sabahısı gün Pərvizə xəbər gətirdilər ki, dünən Bəhram öz qulamını 


68 
uzatdırıb iyirmi çubuq vurmuĢdur. 
Pərvizin acığı tutdu. Əmr etdi Bəhramı gətirsinlər. Bəhram gəldikdə əmr
etdi silahxanadan beĢ yüz qılınc gətirdilər. 
Bəhrama dedi: "Ey Bəhram, bunların içərisindən ən yaxĢılarını seç". 
Bəhram yüz əllisini seçdi. Pərviz dedi: "Bu seçdiklərindən on dənə ən nazik 
tiyəsini ayır". Bəhram onunu ayırdı. Pərviz dedi: "Ġndi əmr et, bu iki tiyəni bir qına 
yerləĢdirsinlər". Bəhram dedi: "ġahım, iki tiyə bir qına sığmaz". Pərviz Ģah dedi: 
"Bəs iki sərkərdə bir Ģəhərə necə sığa bilər?" Bəhram bu sözü eĢitdikdə səhv 
buraxdığını baĢa düĢüb dərhal təzim etdi. Pərviz dedi: "Xidmətlərinə görə mənim 
boynumda haqqın olmasa idi bu günahı sənə bağıĢlamazdım, bir də ki, öz 
qaldırdığımı yerə vurmaq istəmirəm. Belə iĢlərlə qoy özümüz məĢğul olaq, çünki 
allah-taala bizi yerə hakim təyin etmiĢdir, səni yox. Kimin haqqında hökm 
lazımdırsa bizə deyilməlidir, biz də düzü necədirsə elə ölçü götürək. Əgər bundan 
sonra nökər və qulamlarından bir xəta baĢ versə, əvvəlcə bizə xəbər verməlisən, biz 
də nə tərbiyə lazımsa, onu da verək, heç kəs layiq olduğundan artıq cəza almasın. 
Bu dəfə səni bağıĢladım".Bəhram Çubin sərkərdə olmasına baxmayaraq, ona
belə xəbərdarlıq edilmiĢdi. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin