Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə29/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   25   26   27   28   29   30   31   32   ...   100
Siyasetname

Hekayət. Bir gün Əbülfəzl Səkzi
110
Ģəhid Sultan Alp Arslana'" dedi: "Nə
üçün sahibxəbərlərin yoxdur?" Dedi: "Ġstəyirsən mənim ölkəmi bərbad edəsən, 
dostları məndən qaçırdasan?" Dedi: "Nə üçün?" Dedi: "Ona görə ki, mən 
sahibxəbər təyin etsəm ürəkdən mənə səmimi və dost olanlar bu dostluq və 
səmimilik xatirinə sahibxəbəri saymayacaq və ona rüĢvət verməyəcəklər, əksinə, 
mənə qeyri-səmimi və düĢmən olanlar isə sahibxəbərlə dostluq edib, ona rüĢvət və 
bəxĢiĢ verəcəklər. Sahibxəbərlər də məcbur olub dostlardan pis, düĢmənlərdən isə 
yaxĢı sözlər çatdırırlar. YaxĢı və pis söz isə oxa bənzər, bir neçə ox atdıqda axırda 
biri hədəfə dəyər, bizim ürəyimizə hər gün dosta qarĢı xal düĢər, düĢmənə qarĢı isə 
yumĢalar. Bir az keçməz ki, dost uzaqlaĢmağa baĢlar, nəhayət düĢmən dostun 
yerini tutar. Elə ki, düĢmən dostun yerini tutdu, ondan törəyəcək fəlakətin qarĢısını 
heç nə ala bilməz". 


67 
Lakin sahibxəbərin olması olmamasından yaxĢıdır, çünki sahibxəbər təyin 
etmək ölkəni dolandırmaq qaydalarından biridir. Dediyimiz kimi, inam və etimad 
olsa, narahat olmağına dəyməz. 
On birinci fəsil 
 
ƏLAHƏZRƏTĠN ƏMRLƏRĠ VƏ DƏRGAHDAN 
GƏLƏN YAZILARIN HÖRMƏTĠNĠ 
SAXLAMAQ HAQQINDA 
Dərgahdan (Ģah sarayından - R.S.) yazılan məktubların sayı çox olur, çox 
olan Ģeyin isə hörməti olmaz. Ona görə mühüm məsələ olmayınca ali məclisdən bir 
Ģey yazılmamalıdır, yazıldımı, onun həĢəməti elə olmalıdır ki, heç kəs onu yerinə 
yetirməməyə cəsarət edə bilməsin. Bir adamın ona alçaq nəzərilə baxdığı, ya onu 
yerinə yetirməkdə tənbəllik, kahıllıq göstərdiyi meydana çıxdıqda, ən yaxın adam 
olsa belə, ona ağır qulaqburması vermək lazımdır. ġah yazısı ilə baĢqa adam 
yazısının fərqi bundadır. 
Hekayət. Deyirlər bir qadın NiĢaburdan Qəzneynə, Mahmudun yanına
Ģikayətə gedib deyir: "NiĢaburun amili mənim torpağımı mənimsəmiĢdir". 
Məktub verdilər ki, amil torpağı geri qaytarsın. Demə bu amilin əlində haman 
torpağın qəbzi varmıĢ. Deyir: "Bu torpaq onunku deyil, məsələni mən Ģah 
sarayında bildirərəm". Qadın ikinci dəfə Ģikayətə gedir. Qulam göndərib amili 
NiĢaburdan Qəzneynə aparırlar. Sultanın qapısına çatdıqda əmr edir saray 
qapısında ona min çubuq vursunlar. Amil qəbzi göstərir. BeĢ yüz vasitəçi salır, o 
min çubuğu min NiĢabur dinarına almaq istəyir, baĢ tutmur. Min çubuq yedikdən 
sonra ona deyirlər: "Tutaq ki, bu torpaq doğrudan da sənindir, bəs nə üçün formanı 
yerinə yetirib sonra məsələni aydınlaĢdırmadın ki, lazımi göstəriĢ verilsin?! 
Ona görə belə etdilər ki, baĢqaları eĢitsin və heç kəsdə Ģahın fərmanından boyun 
qaçırmağa, dikbaĢlıq etməyə, laqeydlik göstərməyə cəsarət olmasın". 
PadĢah ixtiyarı çatdığı hər Ģeyi idarə edə bilir: döydürmək, baĢ 
vurdurmaq, əl-qol kəsdirmək, axta etdirmək və bu kimi iĢlər. ġahın fərmanı 
olmadan baĢqası öz nökəri və ya qulu ilə belə rəftar etsə, güzəĢtə getməyib, onun 
özünə belə cəza vermək lazımdır ki, baĢqaları öz yerlərini bilib ibrət dərsi alsınlar. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin