Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə25/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   21   22   23   24   25   26   27   28   ...   100
Siyasetname

 
Səkkizinci fəsil 
 
DĠN, ġƏRĠƏT VƏ BU KĠMĠ ĠġLƏRĠ ÖYRƏNĠB NƏZARƏT 
ALTINA ALMAQ HAQQINDA 
Dini ehkamları öyrənmək, adət-ənənələri bilmək, allahın əmrlərini yerinə 
yetirmək, din alimlərinə hörmət etmək, onların maaĢını beytülmaldan
90
vermək, 
zahidləri, təmiz adamları əziz və girami tutmaq padĢaha vacibdir. Həftədə bir və ya 
iki dəfə din xadimlərinə qəbul düzəltmək lazımdır ki, allah-taalanın əmrini, 
Quranın təfsirini, peyğəmbərin rəvayətini, adil Ģahların hekayətini eĢitsin, o vaxt 
dünyanın iĢindən rahat olub onların sözlərinə diqqətlə qulaq assın. 
Əmr etsin, iki yerə ayrılıb mübahisə eləsinlər, aydın olmayanı yenidən 
soruĢsun, baĢa düĢdümü, yadında saxlasın. Bir müddət belə keçdikdən sonra bu 
adətə çevrilər, az keçməz ki, Ģəriət qanunları, Quranın təfsiri və peyğəmbər ə.s. 
rəvayətlərinin bir çoxu ona məlum olar və yadda qalar, din və dünya iĢləri, onların 
çarəsi və cavabı yolları onun üzünə açılar, heç bədməzhəb və bəd adam onu yoldan 
çıxara bilməz, iradəli, ədalətli, insaflı olar, hava-həvəs, onun məmləkətindən yox 
olmağa baĢlar, onun əlindən böyük iĢlər gələr, fitnə-fəsad. qarıĢıqlıq, pozğunluğun 
kökü kəsilər, düz adamlar güclü, əyrilər zəif olar, bu dünyada yaxĢı ad qoyar, 
dünyada savab qazanıb yüksək dərəcəyə çatar. Onun dövründə adamlar elm 


60 
öyrənməyə böyük rəğbət bəsləyərlər. 
Rəvayət. Ġbn Ömər deyir: (allah ondan razı olsun) "Peyğəmbər ə.s. deyib 
ki, ədalətli adamların behiĢtdə nurdan sarayları olacaqdır, onlar burada qohum-
qardaĢ və xidmətçiləri ilə birlikdə olacaqlar. ġahlara ən çox lazım olan 
möminlikdir, çünki ölkə, Ģah və din iki qardaĢ kimidirlər. Məmləkətdə qarıĢıqlıq 
olanda dində də dolaĢıqlıq yaranar, müfsidlər, bədməzhəblər baĢ qaldırar, Ģahları 
hörmətdən salar və könlünə dəyərlər, müxalifət güclənər. 
Sufiyan Sövri
91
(Suri) deyir: "Sultanların ən yaxĢısı odur ki, elm adamı ilə 
oturub-dura, alimlərin ən pisi odur ki, soltanla durub-otura".

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin