Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə21/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   17   18   19   20   21   22   23   24   ...   100
Siyasetname

Bu mənada hekayət. Deyirlər ki, Sultan Mahmud hər gecə yaxın 
adamları, nadimlərilə bir yerdə Ģərab içib, badə qaldırarmıĢ, onun sərkərdəsi olan 
Əli NuĢtəkin və Məhəmməd Ərəbi də bu məclislərdən birində iĢtirak edirmiĢlər. 
Bütün gecəni Ģərab içib ayıq qalmıĢdılar. Səhər yeməyi vaxtına yaxın Əli 
NuĢtəkinin baĢı gicəlləndi, sərxoĢluq, yuxusuzluq və Ģərab içməkdən ifrat öz iĢini 
görmüĢdü. Evə getmək üçün icazə istədi. Mahmud dedi: "YaxĢı deyil, günün-
gündüz vaxtı bu halda gedəsən. Buradaca dincəl, qürub namazından sonra ayıq 
vaxtı gedərsən. Möhtəsib səni bu halda görsə tutub cəzalandırar, sənin abrın gedər, 
mənim qəlbim inciyər, heç bir Ģey də deyə bilmərəm". Əli NuĢtəkin əlli min 
adamın sərkərdəsi idi, Ģücaətli, dövrünün qorxmaz sərkərdələrindən hesab edilərdi, 
onu min adama bərabər tutardılar, heç xəyalına da gəlməzdi möhtəsib belə bir iĢ 
görsün. Təkəbbürlənib sərkərdəliyinə saldı və dedi: "Mütləq mən gedəcəyəm". 
Mahmud dedi: "Özün bilərsən". Sonra dedi: "Qoyun getsin". 
Əli NuĢtəkin ata mindi, böyük bir dəstə silahlı adamları, nökər və 
qulamları ilə öz evinə yollandı. Yüz atlı və piyada ilə gəzən möhtəsib Əli NuĢtəkini 
belə məst gördükdə əmr etdi onu atdan saldılar, özü də atdan düĢdü, öz əli ilə ağına 
baxmadan harası gəldi vurmağa baĢladı, o qədər döydü ki, diĢi ilə torpağı 
gəmirirdi. Onun yaxın adamları, qoĢunu baxır, heç kəs qorxusundan cınqırını belə 
çıxara bilmirdi. O möhtəsib türk xadimlərindən biri idi, xidmətdə çox böyük haqqı 
var idi. O gedəndən sonra Əli NuĢtəkini evinə apardılar. Bütün yolu deyirdi: 
"ġahın əmrinə baxmayanın halı mənim kimi olar". Sabahısı gün Əli NuĢtəkin 
köynəyini çıxarıb kürəyini Mahmuda göstərdi, zolaq-zolaq olmuĢdu. Mahmud 
gülüb dedi: "Tövbə et ki, bir də evdən məst halda çıxmayacaqsan". 
Ölkədə qayda-qanun möhkəm, hökmlər düzgün yerinə yetirilsə, deyildiyi 
kimi iĢlər ədalətlə gedər. 
Hekayət. EĢitmiĢəm Qəzneyndə
79
çörəkçilər dükanlarını bağlamıĢ, çörək 
tapılmaz olmuĢdu. Qəriblər və yoxsullar çətinliyə düĢüb saraya Ģikayətə getdilər. 
Sultan Ġbrahimin
80
yanında ağlayıb sızladılar. Əmr etdi hamısını gətirdilər. 
SoruĢdu: "Nə üçün çörəyi qıt edibsiniz?" Dedilər: "Bu Ģəhərə nə qədər buğda və un 


52 
gəlirsə, hamısını sənin çörəkçilərin alıb anbara yığır və deyirlər ki, əmr belədir. 
Bizi bir batman un almağa da qoymurlar". 
Sultan əmr etdi: sarayın çörəkçibaĢını gətirib filin ayaqları altına atdılar. 
Öldükdən sonra onu filin diĢinə bağlayıb bütün Ģəhəri gəzdirdilər və car çəkdilər 
ki, çörəkçilərdən kim çörək dükanının qapısını açmasa, onunla da belə rəftar 
ediləcəkdir. Anbarını açıb unu xərclədi. Səhər-axĢam hər dükanda əlli batman 
çörək qalardı, alan olmazdı. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin