Hekayət. Yeddi il yarımdan sonra bir gün saray xəlvət olarkən, camaatın
hamısının getdiyi, növbətçilərin yatdığı bir vaxtda zınqırovlar səslənməyə baĢladı.
NuĢirəvan eĢitdi. Dərhal iki xidmətçi göndərib dedi: ―Görün Ģikayətə gələn
kimdir".
Xidmətçilər saray qapısına gəldikdə qoca, arıq, qotur bir eĢĢək gördülər.
Bu eĢĢək özünü zəncirə sürtür, zınqırovlar səslənirdi.
Hər iki xidmətçi qayıdıb deyir ki, heç kəs Ģikayətə gəlməyib, bir eĢĢəkdir,
özünü zəncirlərə sürtür.
NuĢirəvan dedi: "Siz düĢündüyünüz kimi deyildir, diqqətlə baxsanız
görərsiniz ki, bu eĢĢək də Ģikayətə gəlmiĢdir. Ġstəyirəm ki, hər ikiniz bu eĢĢəyi
götürüb bazara aparasınız, soruĢub vəziyyəti öyrənəsiniz‖.
Xidmətçilər eĢĢəyi Ģəhərin ortasına gətirdilər və adamlardan soruĢduIar:
"Sizdən elə bir adam varmı ki, bu eĢĢəyi tanıyıb onun əhvalatını danıĢa?!,, Dedilər:
"Rəhmətlik uĢağı bu Ģəhərdə elə adam var ki bu eĢĢəyi tanımaya!" Dedilər: "Elə
tanıyırıq ki, bu filan paltaryuyanın eĢĢəyidir, iyirmi ilə yaxındır ki, biz bunu onunla
görürük. O camaatın paltarını bu eĢĢəyin dalına yüklər, camaĢırxanaya aparar,
axĢam geri qaytarardı. Nə qədər ki, cavan idi iĢ görə bilirdi, yemini verirdi. Elə ki
qocalıb kardan düĢdü, o da evdən qovub özbaĢına buraxdı. Ġndi il yarımdır ki, belə
sərgərdan gəzir. Kimin rəhmi gəlirdisə yemini verirdi. Ġki gecə gündüzdür ki, yem
tapmır.
Xidmətçilər gəlib eĢitdiklərini Ģaha bildirdilər. ġah dedi: "Sizə
demədimmi bu eĢĢək də Ģikayətə gəlmiĢdir?! Bu gecə də bu eĢĢəyə yaxĢı baxın,
sabah palıtaryuyan kiĢini haman məhəllənin dörd ağsaqqalı ilə yanıma gətirin, nə
lazımsa onu da edərəm. Sabahısı elə də etdilər. NuĢirəvan camaĢırçıya dedi: "Nə
qədər ki, bu eĢĢək sağdır onun yemini verəcəksən!" Əmr etdi yemini verməsə
cəzasını versinlər. Bilməlisən ki, Ģahların yazıqlara əl tutmaları, valilərinə göz
qoymaları bu dünyada yaxĢı ad, o dünyada savab qazanmaları üçündür.
Hər iki-üç ildən bir amilləri və iqtidarları dəyiĢmək lazımdır ki, yerlərini
bərkidib mövqelərini möhkəmləndirməsinlər, qürrələnib özlərindən müĢtəbeh
olmasınlar, xalqla yaxĢı dolansınlar ki, ölkə viran qalmasın.