Hekayət. Həmin Ġsmail ibn Əhmədin adəti bu imiĢ ki, gün çox soyuq
olduqda, həddən artıq qar yağdıqda tək ata minib meydana gələr və günorta
namazına qədər orada durardı. Deyərdi : "Bəlkə bir Ģikayətçi gəldi, ehtiyacı oldu,
yeməyə çörəyi, qalmağa yeri olmadı, qar və yağıĢdan bizim yanımıza gəlmək onun
üçün çətin oldu. Lakin bilsə ki, biz burada durmuĢuq, gəlib öz sözünü deyər və
salamat qayıdıb gedər".
Belə Ģeylərdən çox demiĢlər. Hamısını o dünyanın qorxusundan
edərmiĢlər.
Dördüncü fəsil AMĠLLƏR, VƏZĠR, QULAM VƏ BAġQALARININ ĠġLƏRĠNƏ NƏZARƏT HAQQINDA Amilə iĢ tapĢırdıqda onlara nəsihət edib öyüd vermək lazımdır ki, allah
bəndələri ilə xoĢ rəftar edib, qanuni vergidən baĢqa bir Ģey istəməsinlər, vergini isə
müdara və xoĢ dillə almaq lazımdır. Əlləri məhsula çatmayınca onlardan heç bir
Ģey tələb etmək lazım deyildir, çünki vaxtından əvvəl istədikdə rəiyyətə zülm olar,
xərmən vaxtı gəldikdə isə zərurət üzündən yarım dirhəm satmağa məcbur olar,
iflasa uğrayıb didərgin düĢərlər.
Rəiyyətdən biri yoxsullaĢıb, öküzə, toxuma ehtiyacı olsa, ona ol tutub
borc vermək, yükünü yüngülləĢdirmək lazımdır ki, yerində qalsın, evini tərk edib
qürbətə getməsin.
Həmin mənada bir hekayət. Belə eĢitmiĢəm ki, Qubad Ģahın
44
dövründə
yeddi il dünyanı qəhətlik bürüdü, bərəkət göydən kəsilmiĢdi. Amillərə əmr etdi ki,
yığdıqları taxılları satsınlar, bəzilərini sədəqə versinlər, beytülmal
45
və xəzinədən
yoxsullara kömək etsinlər. Elə etdilər ki, o yeddi il içərisində bir nəfər də acından
ölmədi. Bu ona görə belə oldu ki, o valiləri cəzalandırır, amillərin iĢlərini isə
nəzarət altında saxlayırdı.
Əgər indicə dediyim kimi iĢləsələr, onları vəzifədə saxlamaq olar, belə
olmazsa, onlan daha layiqliləri ilə əvəz etmək lazımdır. Belə iĢ tutan amilin öz malı
müsadirə edilməlidir ki, baĢqalarına ibrət olsun və əliuzunluq etməsinlər.