Rəvayət. Rəvayət edirlər ki, peyğəmbər demiĢdir: "Sultanın dünyada
izzəti və qüvvəti ədalətlə olur. Xalqın xeyri, əyan-əĢrəfin faydası, ordu və rəiyyətin
məsləhəti ondandır. Necə ki, allah-taala özü buyurubdur: "Biz kitabı haqq və
mizanla nazil etdik". Ən layiqli adam odur ki, onun qəlbi ədalət yurdu, evi
möminlər, alimlər, iĢ bilənlər, münsiflər və düz adamlar məskəni olsun".
Hekayət. Füzeyl ibn Ġyaz
83
deyərmiĢ: "Mənim duam müstəcəb olsaydı,
yalnız ədalətli Ģaha dua edərdim, çünki onun salamatlığı dünyanın abadlığı
deməkdir".
Rəvayət. Peyğəmbər ə.s. adından (allah öz mərhəmətini onun üstündən
əskik etməsin) belə rəvayət edirlər ki, o deyərmiĢ: "Bu dünyada ədalətli olanlar, o
izzətli və cəlallı allahın mərhəmətindən o dünyada mirvari mənbərlər üstündə
oturacaqlar".
PadĢahlar ədalət və xalqın mənafeyi naminə həmiĢə pəhrizkarları və
allahdan qorxanları vali təyin etmiĢlər ki, düz iĢləsinlər, necə ki, Bağdadda
Əmirəlmöminin Əlmötəsim
84
etmiĢdi.
Bu mənada hekayət. Bəni Əbbasi
85
xəlifələrindən səyasət, heybət, hərbi
sursat, qoĢun çoxluğunda Mötəsimə çatanı olmamıĢdır, onda olan türk qulları qədər
heç kəsin qulu olmamıĢdır. Deyirlər yetmiĢ minə qədər türk qulu olmuĢ, onlardan
çoxunu irəli çəkib, əmirlik dərəcəsinə qədər çatdırmıĢdır. O, həmiĢə deyərmiĢ:
"Türk kimi nökər ola bilməz. Bir dəfə bir əmir öz vəkilini çağırıb dedi:
"Bağdaddan elə bir adam tanıyırsanmı beĢ yüz dinar mənə borc verə? Vacib bir iĢ
var, məhsul yığıldıqdan sonra qaytararam". Vəkil bir qədər fikirləĢdi, bazarda
xırda-xuruĢ alveri edən dostu yadına düĢdü, onun altı yüz xəlifə dinarı var idi, uzun
müddət ərzində yalnız bunu toplaya bilmiĢdi. Əmirə dedi: "Mənim bazarda filan
54
dükanı olan bir tanıĢımın filan qədəri var, bir adam göndərib, onu çağırtdırsan,
yaxĢı bir yerdə oturdub hörmət göstərsən, ortalığa qazane-ziyan söhbəti salsan, ola
bilər rədd etməsin". Əmir elə də etdi. Adam göndərdi ki, zəhmət çəkib gələsən,
səninlə vacib iĢim var. KiĢi dərhal qalxıb Əmirin yanına gəldi, onunla tanıĢlığı yox
idi. Ġçəri girib salam verdi. Əmir salamını aldı, üzünü öz adamlarına çevirib dedi:
"Bu filankəsdir?" Dedilər: "Bəli". Əmir durub onu öz yerində oturtdu, sonra dedi:
Mən sənin alicənab, xoĢəxlaq, etibarlı, mömin adam olduğun haqda çox
eĢitmiĢəm və görmədən sənə məftun olmuĢam.
Deyirlər Bağdad bazarında səndən daha alicənab, borc verməkdə daha
əliaçıq heç kəs yoxdur. Ġndi gərək bizdən çəkinməyəsən, iĢ buyurab, iĢ görəsən".
Əmir nə deyirdisə o təsdiq edir, vəkil isə hey təkrar edirdi: "Belədir ki, var".
Bir müddət keçdi, süfrə açdılar. Əmir onu öz yanında oturtdu, hörmət
göstərdi, qabağına öz əli ilə xörək qoydu. Süfrə yığıldı, əllər yuyuldu, qonaqlar
dağılıb getdi. Əmir üzünü o kiĢiyə çevirib dedi: "Bilirsənmi sənə nə üçün zəhmət
vermiĢəm?" Dedi: "Əmir yaxĢı bilər".
Dedi: "Bilirsənmi ki, mənim Ģəhərdə dostlarım çoxdur, onlara nə iĢarə
etsəm, dərhal yerinə yetirərlər, beĢ min, on min dinar istəsəm, verərlər, qətiyyən
əsirgəməzlər. Ona görə ki, mən onlardan çox müamilə
86
etmiĢəm. Heç kəs mənim
dostluğumdan ziyan çəkməmiĢdir. Ġndi isə istəyirəm səninlə mənim aramda dostluq
və qardaĢlıq olsun, bir-birimizdən çəkinməyək. Doğrudur, mənə borc vermək
arzusunda olanlar çoxdur lakin mən istəyirəm ki, indi sən mənə dörd, ya beĢ aylığa
min dinar borc verəsən, məhsul vaxtı geri qaytarar, üstünə bir dəst paltar da
qoyaram. Onu da bilirəm ki, sənin bu qədər, iki bu qədər varındır və məndən
əsirgəməyəcəksən".
KiĢi üzüyola və utancaqlıqla dedi: "Əmirin buyuruğuna söz ola bilməz,
lakin mən o dükandarlardan deyiləm ki, min və ya iki min dinarım olsun.
Böyüklərə düzdən baĢqa heç nə demək olmaz. Mənim vur-tut altı yüz dinar
sərmayəm var, onunla bazarda çaq-çuq edir, xırda-xuraĢ Ģeylər alıb-satıram. Bunu
isə çox çətinliklə, uzun müddətdə toplaya bilmiĢəm". Əmir dedi: "Mənim
xəzinəmdə nağd qızıl çoxdur, lakin bu iĢ üçün o yaramır, səninlə bu müamiləm isə
dostluq xatirinədir. Bu qədər çənə vurmağına dəyməz. O altı yüz dinarı ver, yeddi
yüz dinarın qəbzini al, ədalət vəsiqəsini də ona əlavə edəcəyəm. Məhsul
yığıldıqdan sonra yaxĢı bir xələtlə borcumu səna qaytaracağam. Sonra vəkil dedi:
Sən əmiri hələ yaxĢı tanımırsan, bütün dövlət idarəsində ondan düz-hesab adam
yoxdur".
KiĢi dedi: "Razıyam, nə qədər varımdır sizə müzaiqə etmərəm". Qızılı
kiĢidən aldılar.
Vəd edilmiĢ vaxtdan on gün sonra kiĢi əmirin görüĢünə gəldi, haqqında
heç nə demədi, bir saat oturduqdan sonra geri qayıtdı. Ġki ay keçdi, bu vaxta qədər
on dəfə əmiri gördü, lakin əmir heç özünü o yerə qoymadı, guya heç ona borcu yox
imiĢ, ona bir Ģey verməməli imiĢ. KiĢi əmirin belə etdiyini gördükdə ərizə yazıb
55
əmirə verdi ki. mənim o qırıq qızıllara ehtiyacım vardır, vəddən də iki ay
keçmiĢdir, mümkünsə, vəkilə göstəriĢ verin, qızılları bu nökərinizə çatdırsın. Əmir
dedi: "Elə bilirsən sənin iĢini yaddan çıxarmıĢam, ürəyini sıxma, bir neçə gün səbir
et, sənin qızılının fikrindəyəm. BaĢı möhürlü öz vəkillərimlə sənə göndərəcəyəm".
KiĢi iki ay da gözlədi, qızıldan bir xəbər-ətər çıxmadı. Əmirin sarayına
gəldi, ərizə yazdı, faydası olmadı. Vədədən səkkiz ay keçdi. KiĢi çarəsiz qalıb
Ģəhər adamlarını vasitəçi salmağa baĢladı. Elə böyük və adlı-sanlı adam qalmadı
ki, əmirlə söhbət etməmiĢ olsun. təsiri olmadı. Qazi qapısından əllidən çox adam
gətirdi, nə Ģər, nə xahiĢlə ondan bir dirhəm də ala bilmədilər. Vəddən il yarım
keçdi. KiĢinin ümidi üzülməyə baĢladı, sələmindən keçib, mayasından da yüz dinar
azına razı oldu. Fayda vermədi.
Böyüklərdən ümidini kəsdi, o yan-buyana qaçmaqdan təngə gəldi, allaha
pənah apardı. Füzulmənd məscidinə gedib bir neçə rükət namaz qıldı, ah-nalə edib
allaha yalvarmağa baĢladı və dedi: "Ġlahi, sən özün mənim dadıma çat, haqqımı
özümə qaytar!"
Orada bir dərviĢ oturmuĢdu, onun belə ah-zar edib inildədiyini eĢitdikdə
ürəyi yandı, yalvarıĢını qurtardıqda dedi: "Ey Ģeyx
87
sənə nə olmuĢdur ki, belə ah-
nalə edirsən? Mənə de!" Dedi:
Mənim vəziyyətim elədir ki, adama deməyin faydası yoxdur. ölkə allah-
taala özü imdadıma çata". Dedi: "Ey dərvis, bircə xəlifə qalıbdır ki, deməmiĢəm,
ondan baĢqa hamıya, böyüklərə, seyidlərə, qazilərə müraciət etmiĢəm, heç bir
fayda verməyibdir.
Sənə deməklə nə fayda verəcək". DərviĢ dedi: "Faydası olmasa da ziyanı
da olmaz. EĢitməmisən ki, ağıllı adamlar deyiblər: "Dərdi olan adam gərək dərdini
hamıya deyə, mümkündür onun dərmanını ən kiçik adam bilə... "Sən də öz
vəziyyətini danıĢ, heç olmazsa, ürəyini boĢaldarsan". KiĢi dedi: "Doğru deyirsən,
düzü budur ki, danıĢım". Sonra baĢına gələn əhvalatı dərviĢə nağıl etdi. DərviĢ
eĢitcək dedi: "Ey alicənab adam, budur sənin dərdinə dərman tapıldı. Əgər
tapılmasa, hər nə mənə deyirsən de. Özünü ələ al, mən dediyimi etsək, elə bu gün
qızıllarına çatarsan". Dedi: "Filan məhəlləyə get, orada minarəli bir məscid,
məscidin yanında bir qapı, qapının dalında bir dükan var. O dükanda yamaqlı
paltar geymiĢ bir qoca kiĢi oturub dərzilik edir, iki uĢaq da onun yanında nə isə
tikir. O qocanın yanına gedib salam ver, macəranı ona danıĢ, məqsədinə çatdıqda
məni dua ilə xatırla. Mən dediyimi mütləq yerinə yetir, tənbəllik etmə".
KiĢi məsciddən çıxdıqda öz-özünə fikirləĢdi: "Qəribədir, əmirlərdən,
böyüklərdən vasitəçi saldım, əleyhdarımla söhbət apardılar, xahiĢ etdilər, heç bir
fayda vermədi, indi məni aciz, qoca bir dərzinin yanına göndərir və deyir ki,
məqsədinə çatacaqsan. Bu mənə çox gülünc görünür, lakin, nə etməli, necə varsa,
gərək gedəm, hər halda indikindən pis olmayacaq..."
Məscidə qədər getdi, haman dükana girdi, qocaya salam verdi və onun
qarĢısında oturdu. Bir az oturdu. Qoca əlində nə isə tikirdi, əlindən yerə qoyub o
56
kiĢidən soruĢdu: "Nə iĢ üçün gəlibsən?"
KiĢi əvvəldən axıra qədər öz baĢına gələni danıĢdı. Dərzi onun macərasını
eĢitdikdən sonra dedi: "Allah bəndələrinin iĢini bizim əlimizlə düzəldir. Biz də
sənin əleyhdarınla danıĢarıq, ümid edirəm ki, allahın köməyi ilə iĢin düzələr,
məqsədinə çatarsan. Bir dalını divara söykəyib rahat otur. Sonra Ģagirdinə dedi:
"Ġynəni yerə qoy, get filan əmirin sarayına. Elə ki, səni içəri çağırdı, salam verib
deyərsən: "Ustam sənə salam göndərir və deyir ki, filankəs səndən Ģikayətə gəlib,
əlində səndən yeddi yü dinara borc qəbzi vardır, vəd edildiyi vaxtdan da il yarım
keçmiĢdir. Ġstəyirəm ki, bu kiĢinin qızılını tamam-kamal verəsən onu razı salasan,
heç bir əyər-əskiyə yol verməyəsən. Sonra tez cavabını mənə gətir".
UĢaq cəld yerindən qalxıb, əmirin sarayına yollandı. Mən təəccübə batıb
qalmıĢdım. Heç bir ağa öz quluna belə söz deməzdi ki, o əmirə göndərmiĢdi.
Bir azdan sonra uĢaq qayıdıb ustasına dedi: "Buyurduğunuz kimi etdim,
sifariĢinizi ona çatdırdım. Əmir dərhal qalxıb dedi: "Mənim salamımı ağana çatdır.
De ki, təĢəkkür edirəm, necə buyurubdursa, elə də edərəm. Bu saat qızılları da
götürüb, xidmətinə gələrəm, səhvim üçün üzr istəyib, sizin yanınızda qızılları
sahibinə qaytararam".
Bir saat keçməmiĢdi ki, əmir gəldi, mehtəri və iki nökəri ilə atdan düĢüb
salam verdi, qocanın əlindən öpdü, sonra qarĢısında diz çökdü, qızıl kisəsini
nökərdən alıb mənə verdi və dedi: "Bu da sənin qızılın, elə güman etmə ki, mən
sənin pulunu mənimsəmək istəmiĢəm. Səhv mənim tərəfimdən deyil, vəkillər
tərəfindən buraxılmıĢdır".
Çoxlu üzr istədi, sonra nökərə dedi: "Get bazara, məhəkçini tərəzisi ilə
bura gətir". Nökər gedib gətirdi. Məhəkçi qızılı məhək daĢına vurdu, ağırlığını
yoxladı, beĢ yüz xəlifə dinarı.
Əmir dedi: "Sabah bargahdan qayıdarkən, onu çağırıb iki yüz dinar verər,
keçmiĢ üçün üzr istəyirəm, könlünü ələ alaram. EIə edərəm ki, günorta namazına
qədər təĢəkkür etmək üçün sizin yanınıza gələr". Qoca dedi: "Hələlik bu beĢ yüz
dinarı ver ona. Sözündən qaçma, qalanını da sabah ona çatdır".
Əmir dedi: "Belə də edərəm".
Qızılı mənə verdi, dərzinin əlini bir də öpdü və getdi. Mən heyrət və
Ģadlığımdan nə edəcəyimi bilmirdim, əlimi uzadıb tərəzini götürdüm, yüz dinar
çəkib qocanın qarĢısına qoydum və dedim: "Mən mayamdan da yüz dinar aza razı
olmuĢdum, indi isə sənin kəramətindən hamısını verir, öz xoĢumla yüz dinarı sənə
bağıĢlayıram".
Qoca üz-gözünü turĢutdu, qaĢ-qabağını salladı və dedi: "Bir allah bəndəsi
mənim sözümlə rahatlıq tapıb, əziyyətdən xilas olursa mən də rahatlıq tapıram. Bu
yüz dinardan bir arpa
88
götürsəm, mən sənə o türkdən daha çox zülm etmiĢ olaram.
Dur tapdığın bu qızıl ilə salamat get sabah o iki yüz dinarı verməsə, mənə xəbər elə
və bundan sonra borc verəcəyin adamı yaxĢı tanı‖.
Nə qədər təkid etdimsə götürmədi. Qalxıb sevincək evimə getdim, o gecə
57
rahat yatdım. Sabahısı gün evdə oturmuĢdum, səhər yeməyi vaxtı bir adam gəlib
mənə dedi ki, əmir deyir bir saatlığa zəhmat çəkib yanıma gəlsin. Qalxıb getdim.
Əmir məni görcək durub hörmət göstərdi, məni yuxarı baĢda oturtdu, öz
vəkilini o ki var söydü ki, günah ondadır. Xəzinədara qızıl kisəsi və tərəzi
gətirməyi əmr etdi. Düz iki yüz dinar çəkib mənə verdi. Aldım təĢəkkür etdim.
Qalxmaq istəyirdim ki, mənə dedi: "Bir az da otur".
Sonra süfrə açdılar. Çörəyi yedikdən sonra xidmətçinin qulağına nə isə
dedi. Gedib tez qayıtdı, bir ipək bahalı paltar çiynimə saldı, bir zərbaft çalma
baĢıma sarıdı. Əmir mənə dedi: "Könüldən məndən razı qaldınmı dedim: "Bəli".
Dedi: "Qəbzimi mənə ver və get o kiĢiyə de ki, haqqım özümə çatdı, mən amirdən
razıyam, onu bağıĢlayıram‖. Dedim: "Belə edərəm, özü də mənə tapĢırıb ki, sabah
onu görəm". Qalxıb onun evindən çıxdım, dərzinin dükanına gəldim, vəziyyəti ona
danıĢdım və dedim: ―Ġndi bu iki yüz dinarı qəbul et. Nə qədər yalvardım, qəbul
etmədi.
Sabahısı gün bir əmlik quzu, bir neçə çolpa qızartdım, bir tabaq halva,
Ģəkərçörəyi götürüb qoca dərziyə apardım və dedim: "Ey Ģeyx, indi ki, qızıl
götürmürsən heç olmasa bu yeməkdən təbərrük üçün qəbul et, öz halal
qazancımdandır, gəl könlümü sındırma! Dedi: "Qəbul edirəm". Əlini uzadıb
hazırladığım təamdan yedi, təĢəkkür etdi, Ģagirdlərinə də verdi. Sonra qocaya
dedim: "Mənim sənə bir iĢim düĢüb, rəva bilsən deyərəm. Dedi: "De". Dedim:
"Bütün böyüklər və əmirlar bu əmirlə danıĢdılar fayda vermədi, necə oldu ki, sənin
sözünü qəbul etdi, hər nə dedin vaxtında yerinə yetirdi. Bu hörmət haradandır?
Dedi: "Sənin mənimlə əmirəlmöminin arasındakı əhvalatdan xəbərin yoxdur?‖
Dedim: "Yox". Dedi: "Onda qulaq as deyim".
Dostları ilə paylaş: |