58
Türk bizim səsimizi eĢitcək öz qulamları ilə evdən çıxdı. Bizi əməlli-baĢlı
əziĢdirdilər, əl-ayağımızı sındırdılar. ĠĢi belə gördükdə qaçıb hərəmiz bir tərəfə
dağılıĢdıq. ġam namazı vaxtı idi. Namaz qıldıq. Yatağa girdik. Təhqir, ağrı va
qeyrətdən yata bilmirdim. Gecə yarısı oldu. Fikir məni götürmüĢdü: "Rüsvayçılıq
baĢ vermiĢsə, artıq onun qarĢısını almaq mümkün deyildir,
daha pisi bu idi ki, o
qadın evə gec dönərsə, əri onu boĢayacağına and içmiĢdi. EĢitmiĢdim əyyaĢ
adamlar yuxudan ayılarkən gecədən nə qədər keçdiyini ayırd edə bilmirlər. Ġndi
bircə çarə qalır minarəyə çıxıb azan verəm. Türk elə bilər səhərdir, qadını buraxar,
yolu yəqin bu məscidin yanındandır. Elə ki, namaz azanını verdim, dərhal
minarədən düĢüb məscidin qapısında durar, qadın bura çatcaq götürüb ərinin evinə
apararam. Heç olmazsa əri boĢamaz.
Elə də etdim, minarəyə dırmaĢıb azan verdim. Demə Mötəsim hələ
yatmayıbmıĢ. Vaxtsız azan eĢitdikdə bərk qəzəblənir və deyir: "Gecə yarısı azan
verən kim olursa-olsun müfsid adamdır, çünki azanı eĢidən
elə biləcək səhərdir,
evdən çıxacaq, gecə keĢikçisi də onları tutacaq və xalq əzaba düçar olacaqdır.
Xidmətçilərdən birini göndərib qapı hacibinə deyir ki, get bu müəzzini bura gətir".
Mən məscidin qapısında durub arvadın yolunu gözlədim. Gördüm qapı
hacibi məĢəl ilə gəlir. Məni məscid qapısında duran gördükdə soruĢdu: "Azan
çəkən sən idinmi?" Dedim: "Bəli". Dedi: "Nə üçün vaxtsız azan veribsən,
əmirəlmöminin bərk acığına gəlib, sənə qəzəbi tutub, indi məni göndərib ki, səni
onun yanına aparım, tərbiyə versin
‖
.
Dedim: "Onun fərmanı dünyanın bütün adamları
üçün qanundur, lakin
tərbiyəni o ədəbsizə versin ki, məni vaxtsız azan çəkməyə məcbur etmiĢdir". Dedi:
"Bu ədəbsiz kimdir? Dedim bu elə bir məsələdir ki, onu əmirəlmömindən baĢqa
heç kəsə deyə bilmərəm. Əgər mən namaz azanını yersiz vermiĢəmsə, nə cəza
versə razıyam
Dedi: "Gəl gedək xəlifə sarayına".
Biz sarayın qapısına çatanda xidmətçi bizi gözləyirdi. Mən qapı hacibinə
nə demiĢdimsə, o da hamısını xidmətçiyə dedi. Xadim də gedib Mötəsimə danıĢdı.
Mötəsim xidmətçiyə məni onun yanına aparmağı əmr etdi. Məni Mötəsimin yanına
apardılar. Mənə dedi: "Nə üçün vaxtsız azan veribsən?" Mən əhvalatı danıĢdım.
EĢitdikdən sonra xidmətçiyə dedi:"Qapı hacibinə de,
yüz adamla filan əmirin
sarayına gedib onu götürsün, qadını çıxarıb arının evinə aparsın, ərini qapıya
çıxarıb desin ki, Mötəsimdən sənə salam var və bu qadının günahından keçməyi
sənə tapĢırır, ondan yaxĢı muğayat ol. Sonra əmiri tez mənim yanıma gətir. Mənə
dedi: "Sən də bir saatlığa burada otur". Bir saat keçməmiĢdi ki, əmiri Mötəsimin
yanına gətirdilər. Mötəsimin gözü ona sataĢacaq dedi: "Ay
səni görüm belə-belə
olasan, müsəlmançılıqda məndən nə pislik görübsən? Mənim xəlifəlik dövrümdə
müsəlmançılığa nə sədəmə dəyibdir? Mən o adam deyiləmmi müsəlmanlıq üstə
Ruma əsir düĢdüm, Bağdad vuruĢuna gedib, Rum qoĢununu dannadağın, Qeysəri
geri qaçmağa məcbur etdim? Altı il Rumu taladım, Konstəntəniyə
89
od vurub viran
59
etdim, məscid tikdirdim, ibadətgahlar yaratdım, minlərlə adamı əsirlikdən xilas
edib qayıtdım. Ġndi mənim ədalətimin qorxusundan qurdla qoyun bir bulaqdan su
içdiyi zamanda, sən nə cəsarət edib qadını zorla evinə aparıb rüsvay, köməyə
gələnləri isə Ģil-küt eləyirsən?"
Əmr etdi çuval gətirib onu ora saldılar, ağzını möhkəm bağladılar.
Sonra
gəcdöyən çomaq gətirtdirib onu döydürməyə baĢladı. O qədər vurdular ki, xurd-
xəĢili çıxdı. Dedilər: "Ya əmirəlmömin, bütün sümükləri xurd-xəĢil olmuĢdur".
Əmr etdi, Dəcləyə atdılar. Sonra mənə dedi: "Ey Ģeyx bil ki, allahından qorxmayıb
yaramaz iĢ tutan adamın hər iki dünyada günü qara olar. Bu nalayiq iĢ
gördüyündən cəzasını aldı. Bundan sonra sənə əmr edirəm, kim-kimə zülm etsə, ya
biri baĢqasının haqqını kəssə, Ģəriətə xor baxsa və sən xəbər tutsan, dərhal
minarəyə çıxıb
azan ver ki, mən bilib səni çağırım, məsələni öyrənim, övladım,
qardaĢım olsa belə o adama da bu itə verdiyim cəzanı verim".
Sonra mənə bəxĢiĢ verib yola saldı. Bütün böyüklər , əyan-əĢraf bu
əhvalatı bilir. O əmir də sənin qızılını mənə hörmət xatirinə deyil, Ģallaq çubuq və
Dəclə xatirinə verdi. Qorxdu sözümdən çıxsa vaxtsız azan verəm, o türkün baĢına
gətirilən bunun da baĢına gətirilsin ".
Belə hekayətlər çoxdur. Bunu ona görə dedim, dünya hökmdarı bilsin
ki, Ģahlar həmiĢə necə olmuĢlar, qoyunu qurddan necə qorumuĢlar,
müfsidləri necə cəzalandırmıĢlar, düzlüyü necə müdafiə etmiĢlər.
Dostları ilə paylaş: