50
Sonra möbid iĢlərə baxmağa baĢlar, kimin Ģaha qarĢı tələbi haqlı idisə,
onun xeyrinə hökm çıxarar. Kim Ģaha qarĢı əsassız iĢ qaldırıb sübut gətirə
bilməzdisə, ona ən ağır cəza kəsərdi, bilsinlər ki, ölkəyə və ölkə hökmdarına
(yersiz) eyib tutmağa cəsarət etmiĢ adam mükafatı bu olacaqdır.
ġahın mühakiməsi qurtardıqdan sonra o yenə taxta oturar, tacı baĢına qoyar,
üzünü böyüklərə və yaxın adamlarına çevirib deyərmiĢ: "Mən ona görə özümdən
baĢladım ki, siz baĢqalarına zülm etmək tamahına düĢməyəsiniz, indi kimin sizdən
narazılığı varsa könlünü ələ alınız".
O gün ona yaxın adamlar-uzaq, güclü adamlar isə gücsüz olardı. ƏrdəĢir
70
dövründən Yəzdeord
71
vaxtına qədər belə idi. Yəzdeord əcdadlarının adətlərini
dəyiĢdirdi, dünyaya zülm etmək ənənələrini gətirdi, pisliyi dəb saldı, camaat
incidildi, nifrin və qarğıĢ sədaları yüksəlməyə baĢladı. Birdən onun qərargahına bir
at gəldi, orada olanların hamısı atın qəĢəngliyinə heyran olaraq onu tutmağa
çalıĢdılar, ama bir Ģey çıxmadı. At gəlib Yəzdeordun qabağında sakit durdu.
Yəzdeord dedi: "Siz uzağa durun, bunu allah-taala mənə hədiyyə göndərmiĢdir".
Yerindən durub yavaĢ-yavaĢ ata yaxınlaĢdı, yalından tutdu, üzünü sığalladı, dalını
tumarladı. At sakitcə durub heç yerindən də tərpənmirdi. Yəzdeord yəhər və cilov
istədi, baĢına cilov vurdu, belinə yəhər qoydu, örkəni çəkdi, dalına keçib quyruq
altını bərkitmək istəyirdi ki, at birdən iki dal ayağı ilə Ģıllaq atıb düz onun ürəyinin
baĢından vurdu, oradaca da öldürdü. Sonra baĢ götürüb qaçdı, axtardılar tapa
bilmədilər, heç kəs bilmədi ki, haradan gəlib haraya getdi.
Adamlar bu fikrə gəldilər ki, o, allah tərəfindən göndərilmiĢ məlaikə imiĢ,
bizi bu zülmdən qurtarmaq üçün gəlibmiĢ.
Dostları ilə paylaş: