Qırx birinci fəsil
LƏQƏBLƏR HAQQINDA
Ġndi ləqələr yaman çoxalıbdır, çoxaldıqca da qədir-qiymətdən düĢübdür.
ġahlar ləqəb verməkdə həmiĢə ehtiyatlı olmuĢlar, çünki yaxĢı məmləkət
dolandırmaq qaydalarından biri də ləqəblərin verilməsi, hər kəsin öz mövqeyini, öz
yerini bilməsidir. Bazar adamı
156
ilə dehqanın
117
ləqəbi eyni olsa fərqləri aradan
qalxar, məĢhur adamla qeyri-məlum adam eyni olar. Alimlə cahilin ləqəbi eyni
olsa, onları tanımaq olmaz, ölkədə belə iĢlərə yol vermək yaxĢı deyildir.
Eləcə də əmirlərin və türklərin ləqəbi Hüsaməddin
158
, Seyf əd-dövlə
159
,
Əmin əd-dövlə
160
və buna bənzər ləqəblər olmuĢdur. Xacələrin
l6l
, əmidlərin
162
,
dövlət məmurlarının ləqəbləri: Əmir üd- dövlə
163
, Zahirəlmülk
164
, Qəvamülmülk
165
və buna oxĢar ləqəblər olmuĢdur.
Ġndi belə fərqlər aradan çıxmıĢdır. Türklər xacələrin ləqəblərini götürür,
xacələr də türklərin və bunu eyib hesab etmirlər, halbuki ləqəblər həmiĢə əziz
tutulmuĢdur.
Hekayət. Sultan Mahmud sultanlığa çatdıqdan sonra əmirəlmöminin
Əlqadir Billahdan
166
ləqəb istədi, ona Vəminəddövlə
116
ləqəbini göndərdi.
Mahmud Nimruzu, Xorasanı, Somnata qədər Hindistanı və bütün Ġraqı
112
tutduqdan sonra xəlifəyə çoxlu hədiyyə və bəxĢiĢ göndərməklə ləqəbinin
artırılmasını istədi, qəbul etmədi.
Deyilənlərə görə, Mahmud on dəfə elçi göndərdi, fayda vermədi.
Səmərqənd xaqanına isə üç ləqəb vermiĢ imiĢ: Zəhirəddövlə, Moin Xəlifətullah
168
,
Məlik ƏĢĢərq Vəssin
169
. Mahmuda isə bu çox ağır gəlirdi. Bir dəfə də elçi göndərdi
ki, mən bütün küfr ölkələrini fəth etmiĢəm, sənin adından qılınc vuraram, mənim
təyin etdiyim xaqana üç ləqəb veribsən, bu qədər xidmətlərimə baxmayaraq mənə
bir ləqəb?! Cavab gəldi ki: "Ləqəb Ģərəf üçündür, onu adama verirlər ki, Ģərəfi
artsın, Ģöhrət tapsın. Sən isə özün Ģərəf və Ģöhrətsən, sənə bir ləqəb də kifayətdir.
Lakin xaqan azbilikli, nadan türkdür. Ona görə xahiĢini yerinə yetirib ləqəblərini
artırmıĢam. Sən isə bütün elmlərə vaqifsən, bizə daha yaxınsan, biz sənin haqqında
düĢündüyündən daha yaxĢı fikirdəyik."
Mahmud bu sözü eĢitdikdə bərk incidi. Onun evində bir türk qadın var idi.
Bu qadın savadlı dilbilən idi. O, vaxtının çoxunu Mahmudun sarayında keçirir,
Mahmudla söhbət edir, zarafatlaĢır, onu əyləndirir, cürbəcür əhvalatlar danıĢır və
oxuyurdu.
Bir gün Mahmudun qarĢısında oturub onun könlünü açmağa çalıĢırdı.
Mahmud dedi: "Nə qədər əlləĢirəm ki, xəlifə mənim ləqəbimi artırsın, faydası
olmur, mənim rəiyyətim olan xaqanın isə bir neçə ləqəbi vardır. Bir adam lazımdır
ki, xaqanın evindən xəlifənin onun haqqındakı fərmanı gətirsin, nə istəsə verərəm".
Qadın dedi: "Mən gedib bu fərmanı gətirərəm, lakin nə istəsəm, gərək
verəsən."
Mahmud dedi:"Verərəm."
Ona getmək üçün hər Ģeyi verdi. Arvad oğlunu götürüb Qəzneyndən
KaĢğərə gəldi. Bir neçə türk qulamı, Xəta, Çindən gətirilə bilən zərif Ģeylər, ipək,
gözəl kəniz, tərğu
170
və bu kimi çoxlu mal aldı, sövdəgərlə birlikdə Səmərqəndə
gəldi. Üç gündən sonra xatunun görüĢünə getdi. Çoxlu bilərzik və boyunbağı
taxmıĢ gözəl bir kənizi xanımın yanına aparıb dedi: "Ərim sövdəgər idi, hara getsə
idi məni də özü ilə aparardı - xətaya getmək fikrində idi. Xotənə yetiĢdikdə əcəl
çatdı. Mən geri qayıdıb KaĢğərə gəldim, KaĢğər xaqanının yanına töhfə apardım və
dedim: "Mənim ərim böyük xaqanın xidmətçilərindən idi, mən isə xaqanın
xatununun kənizi idim. Məni azad edib ona ərə verdilər. Bu uĢaq da ondandır.
Xotəndə əcəli çatdı, ondan nə qalıbsa, hamısı böyük xaqan və xatunun verdiyi
mayadan ibarətdir. Ġndi xahiĢim budur ki, öz mərhəmət əlini mənim və bu yetimin
üzərindən əskik etməsin, bizi yaxĢı adamlarla Yüzkəndə və Səmərqəndə göndərsin
ki, gəlib sizi ziyarət edək və nə qədər sağıq, sizin ömrünüzə dua oxuyaq. O, xatunu
çox təriflədi, xaqanı da. Sonra bizi yola saldı. Yüzkənd xaqanına buyurdu ki, bizi
yaxĢı adamlarla Səməqəndə göndərsin. Ġndi sizin dövlətinizdən özümü
Səmərqəndə salmıĢam. Ərim deyərdi: "Özümü Səmərqəndə sala bilsəm, daha
oradan heç yerə getməyəcəyəm.
Ġndi məni oradan çəkib bura gətirən sizin adınız olubdur. Məni qulluğa
113
qəbul edib, mərhəmət əlinizi mənə uzatsanız, burada qalaram, daĢ-qaĢımı satıb bir
parça torpaq alaram. Həm sizin xidmətinizdə olaram, həm bu oğlumu böyüdərəm.
Ümid edirəm ki, sizin bərəkətinizdən allah-taala onu xoĢbəxt edər."
Xatun dedi: "Ürəyini sıxma, yaxĢılıq, qayğıkeĢlikdən nə mümkünsə, heç
birini əsirgəmərəm, sənə bir parça çörək yeri düzəldərəm, elə edərəm ki, ürəyincə
olar, bir saat da qoymaram öz yanımdan uzaq olasan. Xaqana deyərəm, nə istəsən
sənə verər."
Xatuna baĢ əyib dedi: "Ġndi mənim xanımım sənsən, baĢqa heç kəsi
tanımıram, gərək məni xaqanın yanına aparasan ona da sözümü deyəm."
Xatun dedi: "Sabah gələrsən."
Sabahısı gün getdi. Onu xaqanın yanına apardı. Bir türk qulamı və bir
yaxĢı at verib dedi: "Yəqin mənim haqqımda bir az xaqana deyilmiĢdir. Qısası
budur ki, ərim öldükdən sonra Ģəriki dedi ki, xəta üçün nəzərdə tutulmuĢ Ģeyləri
geri qaytarmağına dəyməz. Bəzilərini KaĢğər xanına verdik, qalanını yolda
xərclədik. Ġndi bir mən qalmıĢam, bir də bu yetim. Əgər böyük xaqan da xanımı
kimi mənu kənizliyə qəbul etsə, mən qalan ömrümü bu Ģərəfli xidmətdə səna
vurmağa hazıram."
Xaqan qəbul etdi, ona çoxlu hörmət görstərdi, ondan sonra hər gün
xatunun qarĢısına bir hədiyyə qoydu, maraqlı əfsanələr söylədi. Xatun və xaqanı
elə məftun etdi ki, onsuz üzləri gülmür, könülləri açılmırdı. Həm də bərk utanır və
xəcalət çəkirdilər, çünki kənddən, torpaqdan, mal-dövlətdən ona hər nə təklif
edirdilərsə, qəbul etmirdi. Hər üç-dörd gündən bir onun üçün ayrılmıĢ saraydan
çıxıb ata minir, Ģəhərdən üç-dörd fərsəng kənara gedirdi və deyirdi ki, torpaq
alıram, mülk tikdiririəm. Üç-dörd gün qalır, sonra geri qayıdıb üzr istəyirdi.
Xatun və xaqan adam göndərib onun nə üçün gecikdiyini soruĢduqda
xəbər gətirdilər ki, filan kənddə mülk alır. Xatun və xaqan sevinib deyirdilər:
"Bura ürəyinə yatıbdır."
Altı ay bu minvalla keçdi.
Bu müddət ərzində dəfələrlə üzr istəmiĢ, peĢkəĢ, hədiyyə təklif etmiĢdilər.
HəmiĢə rədd edib demiĢdi: "Dünyada mənim üçün ağalarımı görməkdən daha əziz
heç bir Ģey yoxdur, allah-taala mənə ruzi veribdir, gündən-günə hiss edirəm ki, bir
gün də olsun sizsiz dolana bilmərəm. Əgər ehtiyacım olsa, özüm sizdən
istəyəcəyəm." Beləliklə, onları daha məftun edir, heyran qoyurdu.
Qızıldan-gümüĢdən nəyi vardısa, hamısını Səmərqəndlə Qəzneyn arasında
sövdəgərlik edən bir tacirə vermiĢdi. Bəlx yolu ilə beĢ adam göndərmiĢ və demiĢdi
ki: "Hərəniz bir atla məni mənzil baĢında gözləyin."
Sonra xatun və xaqanın yanına gəldi, hər ikisinə salam verib dedi: "Bu
gün sizə bir iĢim düĢüb, bilmirəm deyim, deməyim...
,,
Xatun dedi: "Səndən qəribə
Ģey eĢidirəm. Ġndiyə qədər sən yüz xahiĢ etməli idin. Nəyə ehtiyacın var, de..."
Dedi: "Bütün dünyada mənim bircə oğlum var, ona Quran və ədəbiyyat
öyrətmiĢəm. Ümid edirəm ki, sizin dövlətinizdən xoĢbəxt olacaqdır. Allahın və
114
peyğəmbərin yazısından sonra, yer üzərində əmirəlmöminin yazısından daha
böyük bir yazı, onu yazmıĢ xəttatdan isə daha bilikli bir münĢi ola bilməz.
Ağalarımızın razılığı olarsa onu iki-üç günlüyə mənə versinlər ki, oğlum onu
müəlliminə göstərsin."
Xatun və xaqan dedilər: "Bu çox qəribə xahiĢdir edirsən, nə üçün bizdən
Ģəhər və ya vilayət istəmirsən? Bizdə belə yazılar əllidən çoxdur, tökülüb ora.
Ġstəyirsən hamısını sənə verək."
Qadın dedi:"Elə biri mənə bəsdir."
Bir xidmətçiyə buyurdu, xəzinəyə getsin, hansı yazını istəyirsə, ona
versin.
Sonra xəzinəyə gedib, fərmanı götürərək evə gətirdi.
Sabahısı günü bütün atlarını yəhərləməyi əmr etdi, dəvələri yüklətdi və
xəbər yaydı ki, filan kəndə torpaq almağa gedirəm və bir həftə orda qalacağam.
BirbaĢa çapıb haman kəndə gəldi. Əvvəlcədən fərman almıĢdı ki, hara
çatsa, hörmət etsinlər, yer düzəltsinlər. Gecə yarısı köçüb Ģəhərdən üç fərsənglik
məsafədə dincəldi, sonra yola düzəlib beĢinci gün Tennezə çatdı. Harada istəyirsə,
orada fərmanı göstərirdi, lazımi hörmət edirdilər, beləliklə gəlib Bəlxə çatdı. Xatun
onun Bəlxə getdiyini bilmirdi.
Bəlxdən Qəzneynə getdi, xəlifənin fərmanını Mahmuda yetirdi. Mahmud
haman fərmanı bir alimlə Qadirin yanına göndərdi, bir məktub da özündən yolladı.
Orada yazırdı: "Mənim xidmətçilərimdən biri Səmərqəndə getmiĢdi, bir məktəbin
yanından keçərkən bu fərmanı hələ ağılları bir Ģey kəsməyən Ģagirdlərin əlində
görür, oxuyurmuĢlar. Mənim adamım bunu uĢaqların əlindən alıb mənim yanıma
gətirmiĢdir, biləsən fərman o adama göndərilməlidir ki, qədir-qiymətini bilsin, onu
baĢının tacı hesab etsin.
Haman elçi-alim Bağdada gəldi, əhvalatı danıĢdı, məktubu verdi. Xəlifə
təəccüb etdi, xaqana "məzəmmətnamə" yazılmasını əmr etdi. Mahmudun elçisi altı
ay xəlifənin sarayında qaldı, ərizələr yazdı, lakin aydın bir cavab ala bilmədi.
Bir gün belə bir Ģəri sual yazdı: "Bir Ģah meydana çıxıb islam xatirinə
qılınc vursa, ya kafirlərlə vuruĢsa, küfr evini islam evinə çevirsə, xəlifə isə ondan
uzaq olub baĢ verən hadisələri həll edə bilməsə, baĢqa bir hörmətli əbbasini seçib
ona beət etmək olar, ya yox?,,
Bu Ģəri sualı baĢ qaziyə göndərdi. BaĢ qazi dedi:" Olar." Mahmudun elçisi
qazinin imza etdiyi fitvanın üzünü çıxardıb bir nüsxə ərizənin içərisinə qoydu. O,
ərizədə yazırdı: "Mənirn burada qalmağım uzun çəkdi. Mahmud yüz qulluq
müqabilində bir neçə ləqəb xahiĢ edir, dünyanın ağası isə bunu ona çox görür.
Əgər Mahmud baĢ qazi tərəfindən təsdiq olunmuĢ və ona görə də Ģəri qanun hesab
edilən bu fitva əsasında hərəkət etsə, üzürlü hesab edilər ya yox?!"
Xəlifə ərizəni oxuyan kimi dərhal dərbar hacibini vəzirin yanına göndərdi
ki: "Bu saat Mahmudun elçisini çağırıb könlünü ələ al, əmr etdiyim xələt və ləqəbi
hazırla, xoĢluqla yola sal."
115
Bununla belə, bu qədər vəsatət, xahiĢ və Mahmudun xoĢa gələn xidmət və
səylərinə baxmayaraq, ona Əminülmillə
171
ləqəbini verdilər. Mahmudun ləqəbi
ömrünün axırına qədər Yəminüddövlə
172
, Əmünilmillə idi.
Bu gün isə ən kiçik vəzifəli adamın ləqəbini on dənədən az yazanda acığı
tutur, inciyir.
Uzun müddət Ģahlıq etmiĢ samanilərin hərəsinin ancaq bir ləqəbi
olmuĢdur. Nuhunki-ġahənĢah, atasınınki-Əmiri-Sədid
173
, babasınınkı-Əmiri
Həmid
174
, Ġsmail bin Əhmədininki-Əmiri-Adil olmuĢdur.
Qazi, imam və alimlərin ləqəbləri: Məcdəddin
175
, ġərifülislam,
Seyiüssünnə
176
, ZeynəĢĢəriə
177
, Fəxrülüləma
178
, və s. olmuĢdur. Çünki bunlar
Ģəriətlə əlaqədardır. Alim olmayan adamlar belə ləqəblər götürdükdə Ģah onları
cəzalandırmalı və icazə verməməlidir. Eləcə də ordu baĢçılarına, iqtidarlara "dövlət
ləqəbi vermiĢlər. Məsələn: Seyf üd-dövlə, Hüssam üd-dövlə, Zəhir əd-dövlə və bu
kimi ləqəblər. Dövlət xadimlərinə, hökumət adamlarına "mülk" ləqəbi verilməlidir,
məsələn-Ģərəfülmülk
179
, əmidülmülk
180
, nizamülmülk
181
, kəmalülmülk
182
və s.
Sultan Səid Alp Arslanın (allah ona rəhmət eləsin) dövründən Sonra
qayda-qanun pozulmağa baĢladı, fərqlər aradan qalxdı, ləqəblər bir-birinə qarıĢdı.
On kiçik adam hansı ləqəbi istəyirdisə, onu da verirdilər. Beləliklə ləqəb
hörmətdən düĢdü.
Ġraqda ən böyük hesab edilən quniyaların
183
ləqəbi Əzüddəd-dövlə
184
və
Rükn üd-dövlə
185
idi, vəzirlərin ləqəbi isə "cəlil"
186
, "ostad xətir"
187
idi. Bütün
vəzirlərin ən müdriki və ən hörmətlisi Sahibəbbad
188
idi, ona kafiülküfat
189
ləqəbi
verilmiĢdi. Sultan Mahmud Qəznəvinin vəzirlərinin ləqəbi Ģəmsülküfat idi.
Bundan əlavə, Ģahların ləqəbində "dünya" və "din" ləqəbi olmazdı.
Əmirəlmöminin Əlmüqtədi Biəmrillah Sultan MəlikĢahın
(allah ona rəhmət eləsin) ləqəbinə Müizzəddünya vəddin
191
artırmıĢdı. Onun
ölümündən Sonra dəb düĢdü. Börkyaruka
192
- Rükn əd-dünya vəddin, Mahmuda-
Nasir əd-dünya vəddin, Ġsmailə Məhy id-dünya vəddin, Sultan Mahmuda-Qiyas
üd-dünya vəddin ləqəbləri verildi; Ģah arvadlarına da bu "Əddünya vəddin" ləqəbi
verilməyə baĢladı.
Belə bəzək və zinət Ģah övladlarının ləqəblərinə də artırıldı. Bu onlara
layiqdir, çünki dövlət və məmləkətin varlığı Ģahların varlığına bağlı olduğu kimi,
din və dünyanın da məsləhəti onların məsləhətindən asılıdır.
Qəribə burasıdır ki, din və məmləkətdə min fisqü-ficur yaradan,
dinsizlikdə tayı olmayan ən miskin bir qul və ya türk özlərinə
"müinəddin","tacəddin" ləqəbi qoyurlar. Ġlk dəfə ləqəbində "mülk" sözü olan
"nizamülmülk" idi ki, ona Qəvamülmülk
193
ləqəbi verilmiĢdir.
Deyilənlərə əsasən nəticə çıxarmaq olar ki, "din", "islam", "dövlət"
ləqəbləri dörd dəstəyə yarayar: biri Ģah, biri vəzir, biri alim, dördüncü isə əmirdir
ki, həmiĢə dini davada olub, islama qələbə qazandırar. Bunlardan baĢqa kim "din"
və ―islam" ləqəbi götürsə, ona cəza vermək lazımdır ki, baĢqaları qüvvət alsın.
116
Ləqəb ona görədir ki, adamı o ləqəbə görə tanısınlar. Məsələn, yüz adam
oturmuĢ bir məclisdə on nəfərin adı Məhəmməd olsa biri çağırsa "Ya
Məhəmməd!", onu da qıĢqırar. ləbbeyk", elə baĢa düĢərki, onu çağırırlar.
Lakin birinə "müxtəs‖
195
, birinə "müvəffəq", birinə "kamil‖ birinə "sədid‖
196
birinə "rəĢid" ləqəbi verib bunlarla çağırsalar, dərhal bilinər kimi çağırırlar.
Vəzir, toğral
197
, mustofi, sultan arizi
198
, Bağdad əmidi
199
Xorasan
əmididindən baĢqa heç kəsə "əlmülk" ləqəbi vermək olmaz. BaĢqalarına tərkibində
"əlmülk" sözü olmayan "xacə", "rəĢid", "müxtəs", "nəcib", "sədid", "ostad xətir",
"təkin" və bu kimi ləqəblər vermək olar ki, böyüklə-kiçiyin, əyan-əĢrafla adi
adamın dərəcəsi məlum olsun, divanın rövnəqi yerində qalsın, məmləkətin iĢləri
nizama düĢsün, adil və sayıq Ģahlar öyrənmədən, götür-qoy etmədən heç bir iĢ
görməzlər, sələflərin adət-ənənələrini soruĢar, kitablar oxuyar, iĢləri öz nizam-
intizamı ilə aparmağı əmr edərlər, ləqəbləri qaydaya salarlar, yeni, zərərli dəbləri
güclü rəy, təsirli fərman və iti qılıncla aradan qaldırarlar.
Dostları ilə paylaş: |