EcoVision



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə79/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   75   76   77   78   79   80   81   82   ...   95
Ekspertlər  hesab  edirlər  ki,  bu  sahənin  inkişafını 

ləngidən səbəblərdən biri də onlayn ödəmələrin həyata 

keçirilməsindəki mövcud problemlərdir.  Fikrinizсə, bu 

nə dərəcədə doğrudur?

Qeyd etdiyiniz ekspertlərin, yəqin ki, son zaman-

lar  ölkəmizdə  bu  sahədə  görülən  işlərdən  xəbərləri 

yoxdur.  Söhbət  hansı  problemlərdən  gedir?  Bu  gün 

“Millikart”,  “Azericard”  və  “GoldenPay”  üzərindən 

istənilən  VÖEN-i  olan  fiziki  və  ya  hüquqi  şirkət  on-

layn ödənişləri qəbul edə bilir. Bu üç şirkətin də ver-

diyi xidmət, demək olar, eynidir. Tariflər də oxşardır, 

təhlükəsizlik  də  dünya  standartlarına  cavab  verir. 

Söhbət  hansı  problemlərdən  gedir?  Bir  az  qoşulma 

asan proses olmaya bilər, amma ölkədəki qanunlar-

la  əlaqəli  olduğundan  bu  da  normaldır.  Məncə,  bu 

sahədə ciddi çətinlik yaradan problem yoxdur.

Sizin də qeyd etdiyiniz kimi, yerli bazarda nağdsız 

ödəniş qəbulu xidmətləri göstərən “GoldenPay” şirkəti 

var. İstərdik “GoldenPay” şirkətinin onlayn ödəmələrlə 

bağlı təklif etdiyi xidmətlər və gələcəkdə planlaşdırdığı 

yeniliklərlə bağlı oxucularımıza məlumat verəsiniz.

Növbəti bir ildə onlayn ödənişlərlə bağlı ciddi bir 

yenilik planlaşdırmırıq. Hazırda ən çox diqqət etdiyimiz 

A

lıcı üçün ən böyük üstünlük rahatlıq, çeşidlilik, qiymətlər 



və  məhsullar  barədə  yalnız  real  həyatdakı  kimi  satıcı-

nın  verdiyi  məlumatla  deyil,  digər  insanların  da  fikirlərini 

öyrənmək, məhsulları rahat şəkildə müqayisə etmək kimi im-

kanların təklif edilməsidir. Satıcı isə xərclərini azalda və bazarı-

nı birdən-birə qloballaşdıra bilər. Detallara getsək, çoxlu xırda-

lıqlar tapa bilərik, amma məncə, bunlar ən əsas məsələlərdir.

Ümumilikdə bu növ ticarətin üstünlükləri olmasaydı, bu gün 

elektron ticarət ən sürətlə böyüyən sahələrdən biri olmazdı.




51

məsələ elektron xidmətlər portalımız olan Hesab.az-dır. Bu 

günlərdə onun re-brendinqini edəcəyik. Məqsədimiz bura-

da çoxlu xidmət təqdim etməkdir. Bu, səyahət məhsullarının 

satışından  tutmuş  hazırda  populyar  olan  kommunal 

ödənişlərə qədər xidmətləri əhatə edəcək. Biz artıq başqa 

ölkələrdə  də  Hesab.az  kimi  portal  yaratmağı  planlaşdırı-

rıq. Hesab.az-la bağlı plan və yeniliklər çox olacaq. Növbəti 

iki illə bağlı planlarımız var və zamanla istifadəçilərimiz bu 

yeniliklərin şahidi olacaq.



Plastik  kart  istifadəçilərini  narahat  edən  məsələlərdən 

biri  də  onlayn  ödəmələr  zamanı  qarşıya  çıxa  biləcək 

təhlükəsizliklə  bağlı  problemlərdir.  “GoldenPay”  ödəniş 

sistemlərinin təhlükəsizliyi nə dərəcədə etibarlıdır?

Ölkəmizdə  onlayn  ödəmə  xidməti  verən  bütün 

şirkətlərdə, habelə “GoldenPay”də təhlükəsizlik məsələləri 

qlobal  standartlara  cavab  verir.  Bu  işi  onsuz  da  başqa 

şəkildə  etmək  olur.  Biz  hamımız  müəyyən  vaxtdan  bir 

“Visa” və “MasterCard” tərəfindən tez-tez audit olunuruq. 

Ümumiyyətlə, onlayn ödəmələr zamanı kart informasiya-

sının oğurluğu mümkün bir şey deyil. Kart informasiyasını 

daxil etdiyiniz zaman sadəcə saytın real olub-olmadığına 

əmin  olun.  Əvvəllər  eşitmədiyiniz,  güvənmədiyiniz  və  ya 

haqqında  Google-da  və  s.  heç  bir  normal  məlumat  çıx-

mayan  saytlarda  kart  informasiyasını  daxil  etməmək  la-

zımdır. Bundan əlavə, kartınızda 3D təhlükəsizlik xidmətini 

aktivləşdirmək  çox  məsləhətdir.  Bunun  üçün  banklara 

müraciət etmək lazımdır.

Kart informasiyaları real həyatda oğurlana bilir. Adətən 

kart  məlumatlarının  oğurluğu  bank  və  ya  prossesinq 

mərkəzinin əməkdaşları və ya bank sisteminin sındırılma-

sı zamanı oğurlanır. Bankomatlarda skimmer sistemi qoy-

maqla və ya real həyatda istifadə zamanı ehtiyatlı olmaq 

lazımdır. Ümumiyyətlə, kartda pul saxlamaq pul kisəsində 

saxlamaqdan daha təhlükəsizdir. Məsələn, pul kisəsi itdi-

yi zaman bütün pulları itirə bilərsiniz. Kartı isə bloklatmaq 

mümkündür.  3D  təhlükəsizlik  sistemini  aktivləşdirməklə 

onlayn  ödənişlərdə  tam  təhlükəsizliyə  nail  olmaq  olar. 

Oxucularımıza  bundan  qorxmamağı  tövsiyə  edirəm.  Bu 

gün  onlayn  ödənişlərin  dünya  üzrə  dövriyyəsi  milyard-

lar,  ölkəmizdə  isə  15-20  milyon  AzN  arasındadır.  Baş 

verən  problemlər  isə  bu  rəqəmlərin  yanında  qəpiklər 

səviyyəsindədir.



Elektron  ticarət  zamanı  məhsul  və  xidmətlərin 

vaxtında çatdırılması da bu sahənin inkişafına təsir edən 

əsas  amillərdəndir.  Ölkəmizdə  çatdırılma  xidmətlərinin 

inkişaf  etdirilməsi  üçün  hansı  addımların  atılmasını 

zəruri  hesab  edirsiniz?  Necə  hesab  edirsiniz,  elektron 

ticarət  şirkəti  bu  xidməti  öz  üzərinə  götürməlidir,  yoxsa 

ayrıca  bu  sahədə  fəaliyyət  göstərən  peşəkar  şirkətlərlə 

əməkdaşlıq etməlidir?

Məncə,  bu  sarıdan  heç  bir  problem  yoxdur.  Şirkət 

özü  biznes  planına  və  ya  imkanlarına  əsasən  ya  kuryer 

xidmətindən istifadə edə və ya öz kuryerlərini saxlaya bilər. 

Elektron ticarət inkişaf etdikcə bu tip xidmətlər də inkişaf 

edəcək. Hazırda bu məsələdə heç bir problem görmürəm.



Fərid müəllim, elektron ticarət alıcıya və bu xidmətləri 

təşkil edən tərəflərə hansı üstünlükləri verir?

Alıcı  üçün  ən  böyük  üstünlük  rahatlıq,  çeşidlilik, 

qiymətlər və məhsullar barədə yalnız real həyatdakı kimi 

satıcının  verdiyi  məlumatla  deyil,  digər  insanların  da 

fikirlərini  öyrənmək,  məhsulları  rahat  şəkildə  müqayisə 

etmək kimi imkanların təklif edilməsidir.

Satıcı isə xərclərini azalda və bazarını birdən-birə qlobal-

laşdıra bilər. Detallara getsək, çoxlu xırdalıqlar tapa bilərik, 

amma  məncə,  bunlar  ən  əsas  məsələlərdir.  Ümumilikdə 

bu növ ticarətin üstünlükləri olmasaydı, bu gün elektron 

ticarət ən sürətlə böyüyən sahələrdən biri olmazdı.

Ölkəmizdə onlayn ticarəti inkişaf etdirmək üçün dövlət, 

iş adamı və vətəndaşın üzərinə hansı öhdəliklər düşür?

Dövlət olaraq yerli elektron ticarəti vergidən azad edə 

bilsəydik, yaxşı olardı. Bu, çox çətindir, başa düşürəm. Bun-

dan süni istifadə edilməməsi üçün proses və mexanizmlər 

qurmaq lazımdır.

Vacibdir  ki,  iş  adamları  onlayn  ödəniş  və  xidmətləri 

daha çox həm tətbiq, həm də təbliğ etsin. Əvvəlki sualda 

haqqında danışdığım telekom operatorları ilə artıq onlayn 

ödəmələrin təbliği barədə bəzi işlər gedir. Ümid edirəm ki, 

danışıqlar uğurlu alınacaq. 

Vətəndaşları  isə  onlayn  ödəniş  və  xidmətlərdən 

çəkinməməyə,  vaxtlarına  qənaət  etməyə  çağırıram.  Bu 

sahədə  maariflənsinlər.  Onlayn  ödənişlər  və  elektron 

ticarət artıq həyatımızın bir parçasına çevrilib və onsuz da 

bundan qaçmaq mümkün deyil. Vərdişlərini nə qədər tez 

dəyişsələr, daha çox rahat olarlar. 

 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin