60
EcoVision
Onların 70%-ni artıq dünya miqyaslı nüfuza malik
məşhur şirkətlər təşkil edir. Almaniya, İtaliya, Çexiya,
Böyük Britaniya, Çin, Türkiyə və Rusiya kimi ölkələr
milli qruplarla çıxış edir. Həmçinin ötən il keçirilmiş
sərgi ilə müqayisədə bu il yeni iştirakçıların sayı art-
mışdır.
-
Bəs indiyə kimi bu sərgidə iştirak etməyən
yeni şirkətlərin faiz nisbəti necədir?
- Yeni şirkətlər sərgi iştirakçılarının ümu-
mi sayının 15%-ni təşkil edəcək. Coğrafi baxımdan,
bu şirkətlər Azərbaycan, Malayziya, Çexiya və digər
ölkələrdəndir. Qeyd etmək istəyirəm ki, Çexiya mil-
li pavilyonu ilk dəfə olaraq Azərbaycan sərgisində
təmsil olunur və onun tərkibində 25 çex şirkəti var.
Əvvəllər heç vaxt Azərbaycan bazarında təmsil olun-
mamış İtaliya pavilyonu da sərgidə ayrıca iştirak edir.
Sponsorların tərkibində də yeni şirkətlər var. Belə ki,
hazırda sərgi və konfransın 21 sponsoru qeydə alınıb
ki, onların da arasında “Türkiye Petrolleri” və “Caspian
Pipe Coatings” şirkətləri debütant şirkətlər kimi çıxış
edir.
-
“Xəzər Neft və Qaz” konfransında hansı möv-
zular müzakirə olunacaq?
-
Bu il konfrans “Mariott Abşeron Baku”
hotelində keçiriləcək və Azərbaycan, Böyük Brita-
niya, Almaniya, Gürcüstan, İran, Türkiyə, ABŞ və bir
sıra digər ölkələrdən 500 nəfərdən çox mütəxəssis və
yüksək vəzifəli qonağı bir araya gətirəcəkdir.
“Xəzər Neft və Qaz” konfransının plenar iclasının
mövzusu isə belə adlanır: “Avrasiya enerji təchizatının
təhlükəsizliyində Azərbaycanın rolu”. Plenar iclas zama-
nı Azərbaycan Respublikasının Energetika naziri Natiq
Əliyevin çıxışı nəzərdə tutulur. Həmçinin, konfransda
ARDNŞ prezidenti Rövnəq Abdullayev, “BP” şirkətinin
Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezi-
denti Qordon Birell və digər şəxslər də çıxış edəcəklər.
Konfransda neft-qaz layihələrinin həyata keçirilməsində
beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iri neft-
qaz layihələrinin maliyyələşdirilməsi və sabit inkişa-
fının təmin edilməsi, neft və qazın Xəzər regionun-
dan nəqli marşrutlarının diversifikasiyası, energetika
vəsaitləri bazasının genişləndirilməsi və yeni imkan-
ların müəyyənləşdirilməsi, Xəzər regionunda ekoloji
təhlükəsizliyin təmin edilməsi, habelə Azərbaycanda
neft-kimya və neft emalının icmalı və inkişaf
perspektivləri kimi mövzulara toxunulacaq. Konfransın
ətraflı proqramı yaxın zamanda konfransın rəsmi veb-
saytında (www.oilgasconference.az) yerləşdiriləcək.
-
Bir təşkilatçı kimi, Siz sərgi çərçivəsində əlavə
tədbirlərin keçirilməsini nəzərdə tutursunuzmu?
- Bildiyiniz kimi, Azərbaycandan fərqli olaraq, neft
hasilatı ilə məşğul olan heç bir digər dünya ölkəsində
tarix və incəsənət neftlə bu qədər sıx bağlı deyil. İş-
tirakçıların diqqətini bu fakta yönəltmək bizim üçün
çox xoşdur. Belə ki, bu il
“Xəzər Neft və Qaz” sərgisi
çərçivəsində “Nobel qar-
daşları və Bakı nefti. Müka-
fat” adlı rəsm sərgisi təşkil
olunacaq. Nobel mükafatı
ilə Azərbaycanda neft ha-
silatının tarixi bir-biri ilə sıx
bağlıdır. Bundan əlavə, No-
bel qardaşları neft hasilatı-
nın inkişafına böyük töhfə
vermişlər. Bu kolleksiya bi-
zim təşəbbüsümüzlə yara-
dılmış və Nobel qardaşları-
na məxsus neft şirkətinin Azərbaycanda fəaliyyətinin
135 illiyinə həsr olunmuşdur. Bütün rəsm əsərləri
dəfələrlə öz işlərində neft mövzusunu seçmiş məşhur
rəssam İrina Eldarovanın fırçasına məxsusdur.
Biz “Nobel qardaşları və Bakı nefti. Mükafat” adlı
nadir rəsm kolleksiyası ilə hər şeyin nədən başladığı-
nı bir daha xatırlamaq istəyirik. Şübhəsiz ki, bu rəsm
sərgisi Azərbaycanda neft hasilatı tarixinin işıqlandı-
rılması və təbliğatı işində daha bir mühüm tədbirə
çevriləcək. Biz bu kolleksiyanın yaradılması ilə bağlı
irəli sürdüyümüz ideyanı dəstəkləyən sponsorumuza
- BP şirkətinə öz minnətdarlığımızı bildirir və sərginin
fəaliyyət göstərdiyi günlərdə sərgi qonaqlarını bu
möhtəşəm vernisaja dəvət edirik.
Mən Azərbaycanda “Iteca Caspian” şirkəti
tərəfindən keçirilən sərgiləri dəstəklədiyinə görə “Eko-
Vizion” jurnalına öz minnətdarlığımı bildirirəm. Biz ar-
tıq bir neçə ildir bir sıra layihələr çərçivəsində uğurla
əməkdaşlıq edirik və ümidvarıq ki, əməkdaşlığımız
gələcəkdə də davam edəcək.
Fürsətdən istifadə edərək neft-qaz sahəsinin bü-
tün mütəxəssislərini, eləcə də KİV nümayəndələrini
2-5 iyun tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək
“Xəzər Neft və Qaz” sərgisinə dəvət edirik.
Ş
übhəsiz ki, ölkə rəhbərliyinin diqqəti və dəstəyi olma-
dan sərgi bu statusa nail ola bilməzdi. Azərbaycan Res-
publikasının Prezidenti cənab İlham Əliyevin hər il açılış
mərasimində iştirak etməsi “Xəzər Neft və Qaz” sərgisi üçün
böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ener-
getika Nazirliyinin, habelə ARDNŞ-nın çoxillik əməkdaşlığı
və dəstəyi nəticəsində bu sərgi və konfrans dövlət və özəl
layihələr çərçivəsində etibarlı tərəfdaşlıq axtaran milli və xarici
şirkətlər arasında əməkdaşlıq körpüsünə çevrilmişdir.
61
İnformasiya texnologiyalarının inkişafı sahəsində
baş verən son sıçrayışlar və dinamik inkişaf biznes
subyektlərinin fəaliyyət dairəsinin genişlənməsində yeni
imkanlar formalaşdırır. Artıq əmtəə və xidmətlərin mad-
di aləmdəki dövriyyəsində baş verən rəqabət öz yerini
getdikcə virtual aləmə verməkdədir.
Elektron satış sistemlərinin inkişafı sahibkarlara öz
əmtəə və xidmətlərini internet üzərindən satmağa kömək
edir. Bu baxımdan elektron ticarət (e-ticarət) müasir dövrdə
biznesin əmtəə və xidmətlərini bazarda realizə etməkdə
müraciət etdiyi ən əlverişli satış vasitələrindən biridir.
Elektron ticarət sifarişçi tələblərinin formalaşması-
na əsaslı təsiretmə imkanı təklif edir ki, bu da bazarların
quruluşunu ya kökündən dəyişdirir, ya da tamamilə yeni
tipli bazarların formalaşmasına şərait yaradır. İstehlakçılar
əmtəələrin və xidmətlərin əldə edilməsi proseslərinə, in-
formasiya əlyetərliyinə və biznes strukturları ilə qarşılıqlı
əlaqədə tamamilə yeni imkanlara malik olur. Bu vaxt seçim
imkanı coğrafi və vaxt məhdudiyyətindən asılı olmur.
Elektron texnologiyalar istehsalçılara müxtəlif alıcı-
lıq qabiliyyətli maksimal istehlakçılar auditoriyasına da-
xil olmaq, onlara öz sifarişlərini yoxlamaq, tələb bazarını
genişləndirmək, özləri haqqında müfəssəl məlumatı pay-
laşmaq imkanı verir.
E-ticarət alıcı və satıcılara aşağıdakı imkanlardan eyni
dərəcədə yararlanmağa imkan verir:
• Biznesin dünya səviyyəsində həyata keçirilməsi;
• Sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliyinin
yüksəlməsi;
• İstehlakçı ilə birbaşa əlaqənin qurulması: bazarın bütün
təbəqələri ilə birbaşa əlaqə quraraq onların tələblərinin
öyrənilməsi və həmin ehtiyaclara uyğun çevik məhsul
təklif etmək imkanının formalaşması;
• İstehlakçıların tələblərinə cəld reaksiya verilməsi;
• Kommersiya xərclərinə qənaət olunması və s. imkanları
sadalamaq olar.
Müasir dövrdə elektron ticarət vasitəsilə başlıca olaraq
aşağıda qeyd edilən fəaliyyət növləri həyata keçirilir:
1. elektron sistemlərindən istifadə etməklə müştəri
tərəfindən sifariş olunub dəyəri ödənilən və çatdırılan
“fiziki” malların satışı;
2. elektron əmtəələrin satışı (proqramlar, musiqilər və s.);
3. real vaxt kəsimində maliyyə xidmətlərinin realizə olun-
ması (broker, maliyyə xidmətləri və s.);
4. informasiya xidmətlərinə çıxışın əldə olunması
(məsələn, biznes üçün əhəmiyyətli məlumatlar);
5. telekommunikasiya xidmətləri (məsələn, vebinarların,
videokonfransların keçirilməsi və s.).
Qeyd edək ki, e-ticarət əməliyyatları əqdlərin aparılma-
sı formasına görə aşağıdakı növlərə bölünür:
• Business-to-business (B2B). E-ticarətin bu növü şirkətlər
(sahibkarlar) arasında mövcud olan elektron kommersi-
ya münasibətlərini müəyyən edir;
• Business-to-consumer (B2C). E-ticarətin B2C növü biz-
nes strukturları ilə istehlakçıların internet üzərindən
əlaqələrini ehtiva edir;
• Consumer-to-consumer (C2C). E-ticarətin C2C
növü iki istehlakçı arasında baş verən virtual biznes
münasibətlərini müəyyən edir;
• Business-to-goverment ( B2G ). Bu növ əməkdaşlıq
dövlət qurumları ilə şirkətlər arasında aparılan
e-ticarətin izahını verir.
Qeyd edək ki, beynəlxalq aləmdə ticarət dövriyyəsində
mühüm yeri olan e-ticarətin həddinin 2015-ci ildə rekord
göstəriciyə – 1 700 mlrd. ABŞ dollarına çatması gözlənilir.
Diaqram 1-dən də göründüyü kimi, e-ticarətin illər üzrə
həcmi artımla müşahidə olunur. Belə ki, dünya iqtisadiy-
yatında elektron vasitələrlə ticarət əməliyyatlarının həcmi
2012-ci ildə 1 058 mlrd., 2013-cü ildə 1 233 mlrd., 2014-
cü ildə 1 471 mlrd. ABŞ dolları həcmində olmuşdur. Qeyd
edək ki, beynəlxalq ekspertlərin proqnoz hesablamaları-
na görə, dünya üzrə e-ticarətin həcmi artmaqda davam
edərək 2015-ci ildə 1 700 mlrd., 2016-cı ildə 1 922 mlrd.,
Dostları ilə paylaş: