EcoVision


azərbaycanda biznesin inkişafında



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə88/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   84   85   86   87   88   89   90   91   ...   95
azərbaycanda biznesin inkişafında

elektron ticarətin yeri və rolu

Ruslan Atakişiyev  | İqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti


62

EcoVision

TƏHLİL


2017-ci ildə isə 2 143 mlrd. ABŞ dolları səviyyəsində 

olması gözlənilir. 



Diaqram 1

Dünya  üzrə  istehlakçılar  üçün  e-ticarətin  əsas 

göstəriciləri

mlrd. ABŞ dolları



Mənbə: Divante Business Services təqdimatları 

Dünya üzrə elektron ticarətin paylanmasına görə 

Asiya  və  Sakit  okean  hövzəsi  ölkələri  33,4%,  Şimali 

Amerika 31,7%, Qərbi Avropa 24,6%, Latın Amerikası 

4,2%, Mərkəzi və Şərqi Avropa 3,8%, Orta Şərq və Af-

rika 2,3% paya malikdir. Rəqəmlərdən də göründüyü 

kimi Asiya və Sakit okean hövzəsi regionu dünya üzrə 

elektron kommersiyanın həyata keçirildiyi ən qabaq-

cıl məkandır. 

Onu  da  qeyd  edək  ki,  e-ticarət  vasitəsilə  dünya 

bazarında  ixracat  əməliyyatlarında  böyük  paya  ABŞ, 

Böyük Britaniya, Skandinaviya ölkələri, Fransa malik-

dir. 

Ümumiyyətlə,  e-ticarət  sahəsində  əməliyyatların 



həyata  keçirilməsində  dünyaca  məşhur  brendlər 

içərisində  "Amazon",  "Uoll-Mart"  və  "Alibaba"  kimi 

elektron satış marketləri daha da seçilməkdədir.  

Azərbaycanda  “Elektron  ticarət  haqqında”  qanu-

nun  2005-ci  ildə  qəbul  olunması  bu  sahənin  hüqu-

qi bazasının formalaşmasına təkan verdi. Buna bax-

mayaraq  e-ticarətin  inkişafı  ölkədə  elektron  ödəmə 

sistemlərinin  təkmilləşməməsi  səbəbindən  növbəti 

illərdən başlayaraq mümkün olmuşdur. 

Qeyd  edək  ki,  “SilverKey  Azərbaycan”  şirkətinin 

2008-ci  ildə  Azərbaycanda  ilk  dəfə  olaraq  “Visa” 

və  “MasterCard”  tərəfindən  xüsusi  lisenziya  almış 

“GoldenPay”  adlı  elektron  ödəmə  sistemi  qurub, 

öz  xidmətini  dövlət  və  özəl  müəssisələrə  təqdim 

etdikdən  sonra  ölkəmizdə  e-ticarət  formalaşmağa 

başlamışdır. 

Hal-hazırda Azərbaycanda elektron ticarətin inki-

şafına geniş imkan yaradan onlayn ödəmə sistemləri 

formalaşdırılır. Bu istiqamətdə plastik kartların bura-

xılışı, bankomatların yerləşdirilməsi o cümlədən pos 

terminalların  quraşdırılması  ilbəil  artırılmaqdadır.  

Azərbaycan Mərkəzi Bankının 2015-ci il martın 1-nə 

olan statistik göstəricilərinə əsasən ölkəmizdə 6 042 

min ədəd plastik kart var. Onlardan 2 447 min ədədi 

sosialyönümlü, 1 441 min ədədi əməkhaqların alın-

ması,  1  319  min  ədədi  kredit  və  834  min  ədədi  də 

digər məqsədli kartlardan ibarətdir. 

Bununla yanaşı cari ilin 1 mart tarixinə olan sta-

tistik  məlumata  əsasən,  respublikamızda  2  622 

bankomat,  77041  ədəd  isə  pos  terminal  quraşdırıl-

mışdır. Ölkə üzrə posterminalların 50387 ədədi Bakı 

şəhərində, 26 654 ədədi isə regionların payına düşür. 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin