EcoVision



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə85/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   81   82   83   84   85   86   87   88   ...   95
58

EcoVision

MÜSAHİBƏ


həcminin ölkənin ümumi daxili məhsulunda xüsu-

si çəkisi artmaqda davam edir. Ölkəmizdə əhalinin 

sayının  artması,  təhsil  və  mədəni  səviyyənin 

yüksəlməsi,  iqtisadiyyatın  artması  bütün  sığorta 

növləri, o cümlədən həyat sığortası sahəsindəki ge-

niş inkişaf üçün böyük imkanlar yaradır. 

Sığorta  biznesinin  genişlənməsinin  əsas 

nəticələrindən  biri  investisiya  resurslarının  əmələ 

gəlməsidir.  Bu  baxımdan  inkişaf  etməkdə  olan 

Azərbaycan iqtisadiyyatı üçün investisiya imkanları 

olan sığorta bazarının əhəmiyyəti daha da aktual-

laşır. 


Son  dövrlər  ölkədə  sığorta  münasibətləri  ilə 

bağlı hüquqi bazanın genişləndirilməsi, cəmiyyətdə 

və  iqtisadiyyatda  sığortanın  zəruriliyinin  və  fayda-

sının  dərk  edilməsi  sığorta  bazarının  məhsullarına 

olan tələbatı əhəmiyyətli dərəcədə artıracaqdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqti-

sadiyyatda atılan hər bir addım sığorta münasibətləri 

ilə  müşayiət  olunmalıdır.  Bu  qabaqcıl  təcrübə  bir 

daha sübut edir ki, iqtisadi inkişaf və dünya iqtisadi 

sisteminə inteqrasiya yolunu tutmuş Azərbaycanda 

sığorta  bazarının  ardıcıl  inkişaf  və  yüksəliş  əldə 

etməsi labüddür.



“PAŞA  Həyat”  şirkətini  fərqləndirən  əsas 

xüsusiyyətlər nədir?

“PAŞA  Həyat”  şirkətini  xarakterizə  edən  əsas 

xüsusiyyət onun ümumi strategiyaya əsaslanan ef-

fektiv  idarəetmə  və  biznesin  aparılması  sisteminin 

mövcud olmasıdır.

Şirkətin kadr potensialının müasir tələblərə cavab 

verməsi, bütün struktur bölmələrinin bilikli, peşəkar 

və qabiliyyətli  mütəxəssislərlə təmin edilməsi daim 

rəhbərliyin diqqət mərkəzindədir. Yeni iş yerləri, bir 

qayda olaraq, şirkətin təcrübəli işçiləri və ya xüsusi 

proqram üzrə hazırlıq keçmiş mütəxəssislər hesabı-

na  komplektləşdirilmişdir.  İnsan  resursları  siyasəti 

olaraq şirkət ilk növbədə öz kadrlarının peşəkar in-

kişafı üçün müvafiq şərait yaradır, onları bu sahədə 

müxtəlif təlimlərə göndərir və şirkətdaxili ixtisasar-

tırma tədbirləri həyata keçirir. Bunun nəticəsi olaraq 

işçilər motivasiya olunaraq öz üzərlərində çalışmaq-

la şirkətdə karyera yüksəlişinə nail olurlar. İl ərzində 

şirkətin 

əməkdaşları 

peşəkar  səviyyəni  artır-

maq  üçün  planlı  forma-

da  müxtəlif  təhsil-təlim 

mərkəzlərində, o cümlədən 

xarici ölkələrdə kurs və se-

minarlarda iştirak edirlər.

“PAŞA  Həyat  Sığor-

ta”  ASC-də  Azərbaycanın 

həyat 

sığortası 



baza-

rında  ilk  dəfə  olaraq 

risklərin 

idarəedilməsi 

sistemi 

yaradılmış 

və 

təkmilləşdirilməkdədir. 



Risklərin  idarəedilməsində 

əsas 


vəzifə 

ümumi 


fəaliyyətin,  yəni  cəmiyyətin  aktiv  və  passivlərinin 

idarəedilməsi zamanı mənfəət əldə edilməsi ilə ya-

naşı maliyyə sabitliyinin, likvidliyin və təhlükəsizliyin 

qorunmasıdır. Risklərin idarəedilməsi xidmətinin əsas 

məqsədi risk siyahısını və limitlərini müəyyənləşdirmək 

və müvafiq olaraq risklərin bu limitlər çərçivəsində ol-

masını təmin etməkdir. Hazırda “PAŞA Həyat Sığorta” 

ASC-də risklərin idarəedilməsi şirkətin idarəetmə sis-

teminin mühüm tərkib hissələrindən biridir. Risklərə 

nəzarət  sahəsində  cəmiyyətin  siyasətinin  formalaş-

ması, mövcud və qəbul edilən risklər üzrə fəaliyyət 

və onlara  nəzarət şirkətdə Direktorlar Şurası, İdarə 

Heyəti  və  Risklərin  idarəedilməsi  şöbəsi  tərəfindən 

həyata keçirilir.

“PAŞA  Həyat”  böyümə  və  təkmilləşmə  dövrü-

nü  yaşadığı  üçün  hərtərəfli  və  dinamik  inkişafın 

təmin edilməsi məqsədilə iri layihələr həyata keçirir. 

Şirkətdə  layihələrin  idarəolunması  funksiyası  yara-

dılmış və bütün proseslər planlaşdırma-icra-nəzarət 

ardıcıllığı  ilə  aparılır.  Layihələrin  idarəolunması 

şöbəsi  layihələrin  konsepsiyasının,  planlarının  və 

büdcələrinin  hazırlanmasında  iştirak  edir,  onla-

rın  yerinə  yetirilməsi  üçün  zəruri  məlumatların 

toplanılmasını  və  onların  təhlilini  həyata  keçi-

rir.  Şöbə  yeni  layihələr  üzrə  işlərin  təşkilində  və 

keçirilməsində, layihələr üzrə aparılan işlərin “Paşa 

Holding” və şirkətin digər struktur bölmələri ilə ko-

ordinasiya edilməsində, layihələr üzrə bütün zəruri 

sənədləşdirmə  işlərinin  aparılmasında,  layihələrin 

idarəolunması üzrə işçi qrupunun formalaşmasında 

və işlərin icrasında mühüm funksiyalar yerinə yetirir.

Yekun  olaraq  əmin  olduğumuzu  bildiririk  ki, 

“PAŞA Həyat” etibarlı, keyfiyyətli və müasir səviyyədə 

xidmətlər  göstərməklə  müştəri  məmnuniyyətini 

təmin  edən,  yüksək  biznes  texnologiyalarına 

əsaslanan,  səhmdarların  mənafeyini  qoruyan,  iq-

tisadiyyatın  və  cəmiyyətin  inkişafına  layiqli  töhfə 

verən həyat sığortası şirkəti fəaliyyətini uğurla da-

vam etdirəcəkdir.  

PAŞA  Həyat  Sığorta”  ASC-də  Azərbaycanın  həyat  sığortası 



bazarında ilk dəfə olaraq risklərin idarəedilməsi sistemi ya-

radılmış və təkmilləşdirilməkdədir. Risklərin idarəedilməsində 

əsas  vəzifə  ümumi  fəaliyyətin,  yəni  cəmiyyətin  aktiv  və 

passivlərinin idarəedilməsi zamanı mənfəət əldə edilməsi ilə 

yanaşı maliyyə sabitliyinin, likvidliyin və təhlükəsizliyin qorun-

masıdır. Risklərin idarəedilməsi xidmətinin əsas məqsədi risk 

siyahısını və limitlərini müəyyənləşdirmək və müvafiq olaraq 

risklərin bu limitlər çərçivəsində olmasını təmin etməkdir.




59


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin