EcoVision


İsrail Qarayev: “PaŞa Həyat” - aktivləri 100



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə84/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   80   81   82   83   84   85   86   87   ...   95
İsrail Qarayev: “PaŞa Həyat” - aktivləri 100 

milyon manatı ötmüş ilk sığorta şirkətidir”

“PAŞA Həyat Sığorta” ASC-nin Strateji inkişaf və marketinq departamentinin 

rəhbəri İsrail Qarayevin müsahibimizdir


57

2013  və  2014-cü  illərin  yekunlarına  görə  "PAŞA 

Həyat  Sığorta"  şirkəti  Rumıniyanın  nüfuzlu  "XPRIMM 

Insurance  Report"  beynəlxalq  sığorta  jurnalı  tərəfindən 

əhəmiyyətli nominasiyalar üzrə ardıcıl olaraq iki dəfə xü-

susi beynəlxalq mükafatlara layiq görülüb.

2014-cü ildə “PAŞA Həyat Sığorta” ASC “Azərbaycanın 

mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası 

üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 

Nazirliyinin "Milli irs” mükafatı ilə təltif edilmişdir.

Şirkətin  missiyası  peşəkar,  çevik  və  etibarlı  xidmət 

göstərməklə müştərilərin maliyyə sabitliyini və  əminliyini 

təmin etməkdir.

“PAŞA  Həyat”  kapitalının  səviyyəsinə  və  biznes 

göstəricilərinə  görə  Azərbaycanın  həyat  sığortası  baza-

rının lideridir. Təsis olunduğu zaman şirkətin nizamnamə 

kapitalı  7  milyon  manat  təşkil  edirdisə,    fəaliyyətinin  ilk 

4  ilinin  nəticəsi  olaraq  şirkətin  nizamnamə  kapitalı  5,75 

dəfə artırılaraq, hazırda 40,250 milyon manata çatdırılıb. 

Şirkətin biznes hədəfi həyat sığortası sahəsində davamlı 

olaraq 40 faizdən az olmayan bazar payına malik olmaqdır.

2015-ci  ilin  1  aprel  tarixinə  şirkətin  yığımlar  üzrə 

bazar payı 44 faiz, aktivləri 106 milyon manat təşkil et-

mişdir. Böyük fəxrlə qeyd etmək olar ki, “PAŞA Həyat” – 

aktivləri 100 milyon manatı ötmüş ilk Azərbaycan sığorta 

şirkətidir.

“PAŞA Həyat”ın əsas strateji məqsədi – şirkətin inki-

şafını  sadəcə  birtərəfli  böyümə  kimi  deyil,  hərtərəfli  və 

keyfiyyətli surətdə həyata keçirməkdən ibarətdir.  

İsrail  müəllim,  fikrinizcə,  Azərbaycanın  sığorta 

bazarının inkişafı və mövcud durumu hansı səviyyədədir? 

Son 10 il ərzində Azərbaycanın sığorta bazarı özünün 

sürətli inkişaf dövrünü yaşayır. Ümumi inkişaf həm insti-

tusional, həm bazarın genişlənməsi, eyni zamanda sığor-

ta şirkətlərinin peşəkarlığının və xidmət mədəniyyətinin 

artmasında  özünü  göstərir.  Ölkədə  siyasi  sabitliyin  da-

vam  etməsi,  həmçinin  iqtisadiyyatın  ümumi  inkişafının 

təmin edilməsi əlverişli biznes imkanlarına əsas yaradıb. 

Ölkəmizdə  həyata  keçirilən  uğurlu  iqtisadi  siyasətin 

tərkib  hissəsi  olan  maliyyə  sahəsinin,  o  cümlədən  sı-

ğorta  sektorunun  inkişafı  mövcud  qanunvericilik  ba-

zasının  genişləndirilməsi  və  təkmilləşdirilməsi,  zəruri 

olan  icbari  sığortalanma  bazasının  genişləndirilməsi, 

sığorta  şirkətlərinin  sabitliyinin  əsası  olan  kapitallaşma 

səviyyəsinin artırılması məqsədilə güzəştlərin nəzərdə tu-

tulması sığorta bazarının liberallaşdırılması istiqamətində 

görülən tədbirlərlə dəstəklənir.

Bu  sektora  dəstək  olaraq  Azərbaycan  Respublika-

sı  Maliyyə  Nazirliyinin  Dövlət  Sığorta  Nəzarəti  Xidməti 

(DSNX)  və  Azərbaycan  Sığortaçılar  Assosiasiyası  (ASA) 

ölkənin sığorta bazarının inkişafı istiqamətində müxtəlif 

layihələr  həyata  keçirirək  daim  məqsədyönlü  fəaliyyət 

göstərirlər. 

Hazırda  Azərbaycan  sığorta  bazarı  dinamik  inkişaf 

mərhələsindədir.  Bu  inkişaf  özünü  bir  daha    2014-cü  il 

üzrə  sığorta  şirkətləri  tərəfindən  yı-

ğılan  sığorta  haqlarının  həcmində 

göstərib.  Tendensiya  yığımların 

həcminin durmadan artdığını və ba-

zarın daha da genişləndiyini göstərir. 

2014-cü  ildə  ümumi  sığorta  baza-

rı  davamlı  artıma  nail  olmaqla  tarixi 

maksimuma  çatmış  və  ölkə  üzrə  yı-

ğımların  illik  səviyyəsi  artıq  0,5  mil-

yard  ABŞ  dolları  səviyyəsini  ötmüş-

dür.  Son  4  ildəki  artım  dinamikasını 

nəzərdən keçirsək görərik ki, 2011-ci 

ilə nisbətən sığorta haqlarının həcmi 

iki  dəfə  artaraq  213,0  milyon  ma-

natdan 2014-cü il üzrə 429,2 milyon 

manata  çatdırılıb.  Bütün  yığılan  sı-

ğorta haqlarının ölkənin ümumi da-

xili məhsulunda xüsusi çəkisi 2011-ci 

ildə 0,41 faiz olduğu halda, 2014-cü ildə 0,73 faiz təşkil 

etmişdir.

2014-cü il ərzində həyat sığortası bazarı üzrə yığımlar 

105 milyon manat təşkil etmişdir. Həyat sığortasının yeni 

inkişaf  etməyə  başlamasını  və  qanunvericiliyə  əsasən 

2011-ci  ildən  etibarən  həyat  sığortası  sahəsində  yalnız 

ixtisaslaşmış  sığorta  şirkətlərinin  fəaliyyət  göstərdiyini 

nəzərə  alsaq,  xüsusilə  qeyd  edilməlidir  ki,  son  4  ildə 

Azərbaycanın ümumi sığorta bazarı iki dəfə, o cümlədən 

qeyri-həyat sığortası sahəsi 70,2 faiz artdığı halda, həyat 

sığortası sahəsi 4,7 dəfə böyümüşdür.

2015-ci ilin 1-ci rübündə də Azərbaycanın həyat sı-

ğortası  bazarında  artım  dinamikası  müşahidə  edilib  və 

toplanılan sığorta yığımlarının həcmi 32,3 milyon manat 

olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,6 

milyon manat və ya 5,2 faiz çoxdur.

Bazarın potensial imkanlarına gəlincə, qeyd etmək la-

zımdır ki, Azərbaycanın sığorta bazarı ölkə iqtisadiyyatının 

ən dinamik inkişaf edən sahələrindən biri kimi xarakterizə 

olunur. Hər il sığorta şirkətləri tərəfindən bazarda aparı-

lan əməliyyatların həcmi və sığorta məhsullarının sayı ar-

tırılır, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilir. Nəticə 

etibarilə  sığorta  məhsulları  üzrə  göstərilən  xidmətlərin 

H

azırda  Azərbaycan  sığorta  bazarı  dinamik  inkişaf 



mərhələsindədir.  Bu  inkişaf  özünü  bir  daha    2014-cü  il 

üzrə  sığorta  şirkətləri  tərəfindən  yığılan  sığorta  haqlarının 

həcmində göstərib. Tendensiya yığımların həcminin durma-

dan artdığını və bazarın daha da genişləndiyini göstərir. 2014-

cü ildə ümumi sığorta bazarı davamlı artıma nail olmaqla ta-

rixi maksimuma çatmış və ölkə üzrə yığımların illik səviyyəsi 

artıq 0,5 milyard ABŞ dolları səviyyəsini ötmüşdür. Son 4 ildəki 

artım  dinamikasını  nəzərdən  keçirsək  görərik  ki,  2011-ci  ilə 

nisbətən sığorta haqlarının həcmi iki dəfə artaraq 213,0 mil-

yon manatdan 2014-cü il üzrə 429,2 milyon manata çatdırılıb. 





Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin