EcoVision



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə83/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   79   80   81   82   83   84   85   86   ...   95
55


56

EcoVision

MÜSAHİBƏ


İsrail  müəllim,  “PAŞA  Həyat”ın  yaradılması  və 

fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz? 

“PAŞA  Holding”  şirkətlər  qrupuna  daxil  olan 

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24 

noyabr 2010-cu ildə dövlət qeydiyyatına alınmış və 

14  fevral  2011-ci  il  tarixli  lisenziya  əsasında  həyat 

sığortası sahəsi üzrə fəaliyyətə başlamışdır.

“PAŞA Həyat” istehsalatda bədbəxt hadisələrdən 

icbari  sığorta,  həyatın  müddətli  sığortası,  yı-

ğım  tərkibli  yaşam  sığortası,  hətta  sağalmaz 

xəstəliklərdən sığorta və s. əlverişli və maraqlı kö-

nüllü    həyat  sığortası  məhsulları  təklif  edir.  Şirkət 

satışları ofisdən birbaşa, onlayn və banklar vasitəsilə 

həyata keçirir. Şirkətin regionlarda 2 filialı – “Qərb” 

və “Şimal” filialları fəaliyyət göstərir.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosu-

nun ilk həyat sığortası iştirakçısıdır.

Sığorta  risklərinin  etibarlı  təkrarsığortası 

sahəsində  “PAŞA  Həyat”  yüksək  reytinqli  aparıcı 

beynəlxalq  təkrarsığorta  şirkətləri  olan  “GenRE”, 

SCOR və s. ilə əməkdaşlıq edir.

Cəmiyyətdə  Keyfiyyəti  İdarəetmə  Sistemi  üzrə 

Keyfiyyət Komandası, İT platforması əsasında Proq-

ram Təminatının yaradılması üzrə İşçi Qrupu, Strate-

ji Planlaşdırma Qrupu, Məhsulyaratma Qrupu, Tarif 

Qrupu, Layihələrin İdarəolunması Qrupu və s. xüsu-

si işçi komissiyalar mövcuddur. Peşəkar və təcrübəli 

əməkdaşlardan  təşkil  olunmuş  qruplar  və  komis-

siyalar  cəmiyyətin  strategiyası  çərçivəsində  idarə 

heyəti  tərəfindən  təsdiqlənmiş  və  onlara  həvalə 

edilmiş  vəzifələrə  və  səlahiyyətlərə  uyğun  olaraq 

fəaliyyət göstərirlər.

Şirkət özünün sosial məsuliyyətini dərindən dərk 

edir,  ictimai  maraqları  daim  nəzərə  alır  və  sosial 

əhəmiyyətli fəaliyyət aparır. 

“PAŞA  Həyat  Sığorta”  Azərbaycan  Sığortaçılar 

Assosiasiyası  (ASA),  Azərbaycan  Risk  Peşəkarları 

Assosiasiyası (ARPA), Azərbaycan–Türkiyə İş Adam-

ları  Birliyi,  Azərbaycan  Sahibkarlar  Konfederasiyası 

(ASK)  və  Azərbaycan–Amerika  Ticarət  Palatasının 

(AMCHAM) üzvüdür.

Şirkət  "TÜV  Thüringen"  ISO  9001:2008 

beynəlxalq keyfiyyət sertifikatına malikdir.




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin