EcoVision


azərbaycanda elektron ticarətin



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə81/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   77   78   79   80   81   82   83   84   ...   95
azərbaycanda elektron ticarətin 

potensialı yüksəkdir

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “EcoVision” jurnalının suallarını cavablandırır 


53

kimi  dərhal  pulu  çıxarsın  və  cibinə  qoysun.  Və  yaxud  da 

məhsul  alarkən  mütləq  ona  toxunmalı  və  sonra  həmin 

məhsulu  almaq  haqqında  qərar  verməlidir.  Bunlar  sub-

yektiv səbəblərdir, amma əlbəttə ki, bu faktorlar müəyyən 

dərəcədə rol oynayır. 

Bu  bizim  mentalitetimizlə,  yəni  dəyərlərimizlə  bağlı 

olan bir məsələdir. Bu stereotiplərin qırılması bir az inkişafa 

və zamana bağlı olan məsələdir. zamanı qabaqlamaq üçün 

isə müəyyən maarifləndirici işlər aparmalıyıq. 

Əlbəttə, digər faktorlar da var ki, bu sahənin inkişafı-

nı ləngidir. Məsələn, təhlükəsizlik məsələləri. Kimsə eşitsə 

ki,  plastik  kartdakı  pul  oğurlanıb,  itibdir,  o  zaman  insan-

lar düşünəcək ki, qoy pul cibimdə olsun. Ona görə burada 

aidiyyəti  qurumların  da  üzərinə  böyük  məsuliyyət  düşür. 

Bank  sektoru,  təhlükəsizlik  məsələsi,  yəni  plastik  kartla-

rın  söykəndiyi  sistemlərin  dayanıqlığı  təmin  edilməlidir. 

Vətəndaş  təhlükəsizliklə  bağlı  güvənli  olmalıdır.  Neqa-

tiv  hallar  olsa  da,  bunun  aradan  qaldırılması  ilə  bağlı 

məlumatlar vaxtında cəmiyyətə çatdırılmalıdır. 

Çatdırılma xidməti də burada önəmli rol oynayır. Çatdı-

rılma infrastrukturu, xidmətin, malın çatdırılma keyfiyyəti bu 

sektora inamı artıra bilər. Dünya praktikasına baxsaq görərik 

ki,  çatdırılma  xidməti  həyata  keçirən  minlərlə  şirkət  var. 

Amma Azərbaycanda bu sahədə fəaliyyət göstərən şirkətlər 

yetərincə deyil. Bizdə elə şirkətlər var ki, özü həm məhsul 

satır, həm də çatdırılma xidmətini həyata keçirir. Çatdırılma 

şirkətlərinin inkişafı, bu sahənin stimullaşdırılması elektron 

ticarətin inkişafına, dövriyyəsinə müsbət təsir edə bilər. 

Fikrinizcə, 

Azərbaycanda 

elektron 

ticarətin 

tənzimlənməsi istiqamətində hansı addımlar atılmalıdır?

Mən  düşünürəm  ki,  ilk  növbədə  vergi  ilə  bağlı 

məsələlərə  aydınlıq  gətirilməlidir.  Dünya  praktikası  elədir 

ki, bir sıra inkişaf etmiş ölkələr var ki, bu ölkələrdə elek-

tron ticarətin dövriyyəsi milyardlarla ölçülür, həmin ölkələr 

bu rəqəmə asanlıqla gəlib çatmayıblar. Bunlar da biz keçən 

yolu  keçiblər.  zamanında  bu  ölkələrdə  böyük  güzəştlər 

tətbiq olunub, stimullaşdırıcı addımlar atılıb. Məsələn, kre-

dit  kartından  alış-veriş  edənlərin  müəyyən  məbləği  geri 

qaytarılırdı. Onlar bu kimi stimullaşdırıcı addımlarla indiki 

vəziyyətə gəlib çatıblar. 

Hazırda elektron ticarət dövriyyəsi milyardlarla ölçülən 

ölkələr bir müddət sahibkarları vergidən azad ediblər. Misal 

üçün, beş il sahibkarların vergidən azad olunması ilə bağ-

lı  qərarlar  qəbul  olunub.  Müəyyən  müddət  bu  güzəştlər 

tətbiq  olunandan  sonra  yenidən  vergi  tətbiq  edilib.  Bu 

ölkələrdə sahibkarlar elektron ticarətə gəldikdə artıq arxa-

yın idilər ki, rahat şəkildə fəaliyyət göstərəcəklər.  

Bir  çox  ölkələr  elektron  ticarətin  tənzimlənməsi  üçün 

xüsusi  qanunlar  qəbul  ediblər.  Bu  qanunlarla  elektron 

xidmətlərin  lisenziyalaşdırılması,  təhlükəsizliyin  təmin 

edilməsi, elektron imzanın tətbiqi,  istehlakçıların hüquqla-

rının qorunması və intellektual mülkiyyətin qorunması kimi 

məsələlər tənzimlənir. Daha öncə qeyd etdiyim kimi, göm-

rük və vergi xidmətləri ilə bağlı da stimullaşdırıcı addımlar 

atılmalı və vətəndaşlar da buna hazırlanmalıdır. 



Azərbaycanda elektron ticarət sahəsində barmaqla sa-

yılacaq qədər uğurlu nümunələr var. Necə hesab edirsiniz, 

kifayət qədər uğurlu nümunənin olmaması bu sahənin inki-

şafına təsir edirmi?

Əlbəttə, digər sahələrdə olduğu kimi, elektron ticarətdə 

də  uğurlu  nümunələrin  olması  motivasiyaedici  faktor-

lardandır.  Təsəvvür  edin  ki,  mətbuatda  uğurlu  bir  yerli 

layihədən,  illik  dövriyyəsinin  milyonlar  olmasından  danı-

şılır,  uğur  hekayələri  yazılır.  Sözsüz  ki,  bu  cür  nümunələr 

elektron ticarət sektorunda yeni layihələrin meydana çıx-

masını, inkişafını stimullaşdırar.

Düşünürəm  ki,  kimsə  qabağa  çıxmalıdır,  hökumət  də 

bir neçə belə layihənin inkişafına yaxından dəstək olmalıdır 

ki,  bu  nümunələr  digər  insanları  da  stimullaşdırsın.  Düz-

dür,  İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondu 

müəyyən məbləğdə qrantlar ayırır, elektron ticarətlə bağlı 

layihələrə dəstək verir. Ancaq görünür, daha çox məbləğlər 

ayırmaq lazımdır ki, bu sahə daha da sürətlə inkişaf etsin. 

Elektron  ticarət  platformasının  yaradılması  da,  hesab 

edirəm ki, bu sahənin inkişafına təkan vermiş olardı. Misal 

üçün, elə bir platforma yaradıla bilər ki, adi fiziki şəxs də, 

hüquqi şəxs də bu platformada öz mağazasını aça bilsin, 

bu resursdan bəhrələnərək öz biznesini qura bilsin. Bu da 

insanları bu sektorda fəaliyyətə motivasiya edə bilər. Qlo-

ballaşan  uğurlu  layihələrimiz  olmasa  da,  yerli  səviyyədə 

müəyyən  uğurlu  layihələrimiz  var  ki,  bu  nümunələri  də 

mətbuat  vasitəsilə  təbliğ  edərək  sahibkarları,  proqramçı-

ları,  bu  sektorda  öz  biznesinə  başlamaq  istəyən  gəncləri 

stimullaşdıra bilərik. 



Fikrinizcə,  iş  adamları  elektron  ticarət  sektoruna 

sərmayə yatırmaqdan niyə çəkinir? Onları bu sahəyə təşviq 

etmək üçün hansı addımlar atılmalıdır?

Bəli, təəssüf ki, bizdə iş adamlarının elektron ticarət sek-

toruna sərmayə yatırması faktlarına az-az rast gəlirik. Bizdə 

investorlar daha çox tikintiyə, ticarətin müxtəlif növlərinə 

yatırım  edirlər.  İntellektual  biznesə,  innovasiyaya,  elekt-

ron ticarətə yatırım etmək istəyinə rast gəlmirik. Əlbəttə, 

bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. İş 

adamı düşünür ki, yatırım etdiyim  sektor bir neçə aydan 

sonra gəlir gətirməlidir. İş adamı qısa müddətdə yatırım et-

diyi vəsaiti götürmək düşüncəsindədir. Elektron ticarət isə 

uzunmüddətli prosesdir. 

Sahibkarlarla iş aparmaq, onları inandırmaq lazımdır ki, 

gördükləri elektron resursların arxasında əslində milyardlar 

dayanır. Sahibkar görməlidir ki, görünən iş əslində şəkil de-

yil, onun arxasında maliyyə var, resurslar var. “Google” işə 

başlayandan 5 il sonra gəlir götürməyə başlayıb. Bizdəki 

investorlara desək ki, maliyyə yatırımı edin, 5 il sonra gəlir 

götürəcəksən, şoka düşər. Amma iş adamlarını, investorları 

inandırmaq lazımdır ki, həmin maliyyə ilə 5 il sonra daha 

çox gəlir əldə etmək mümkündür. Bunun üçün dövlət qu-

rumları, vətəndaş cəmiyyəti və media birgə iş aparmalıdır. 

Bu  sektorla  bağlı  beynəlxalq  ekspertlər  dəvət  edilməli, 

birgə konfranslar təşkil olunmalıdır ki, yerli iş adamları da 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin