52
EcoVision
ƏSAS MÖVZU
Osman müəllim, öncə “EcoVision” jurnalına
müsahibə üçün təklifimizi məmnunluqla qəbul
edib bizə vaxt ayırdığınız üçün Sizə təşəkkürümüzü
bildiririk. Uzun müddət bu sahədə çalışan ekspert
kimi ölkəmizdə elektron ticarətin durumunu necə
qiymətləndirirsiniz?
Son illər aparılan təhlillər göstərir ki, internet
ticarətindən istifadə edərək alış-veriş edənlərin
sayında və bunun nəticəsində elektron ticarət
dövriyyəsində artımlar var. Bu dinamika müsbətdir.
Amma bütün bunlara baxmayaraq, hələ də internet
ticarət ümumi ticarət dövriyyəsinin cüzi bir hissəsini
təşkil edir. Belə ki, Dövlət Statistika Komitəsindən
verilən məlumata görə, ötən il ərzində ölkədə
həyata keçirilən elektron ticarətin həcmi 6,4 milyon
manat təşkil edib. Bu, 2013-cü ilə nisbətən 2,4 dəfə
çoxdur. Bu baxımdan deyə bilərik ki, bu tendensi-
ya müsbətə doğru inkişaf edir. Amma 2014-cü ildə
istehlak məqsədli pərakəndə ticarət dövriyyəsinin
22 milyard manat olduğunu nəzərə alsaq, elektron
ticarət dövriyyəsinin bunun fonunda cüzi olduğunu
görərik.
Mən düşünürəm ki, Azərbaycanda elektron ticarət
sektorunda potensial imkanlar var. Bu imkanlar
nələrdir? İnternet istifadəçilərinin sayı, cibində plastik
kart daşıyanların sayı, ölkənin iqtisadi inkişafı və s. Bu
kontekstdən yanaşanda ölkəmizdə potensial imkan-
ların daha böyük olduğunu görürük. Hesab edirəm ki,
bu potensial qarşısında elektron ticarət dövriyyəsinin
həcmi daha böyük ola bilərdi. Bunun üzərində araş-
dırmalar aparmaq lazımdır ki, ümumilikdə inkişaf var,
internet inkişaf edir, plastik kart istifadəçilərinin sayı
əvvəlki illərə nisbətən artır, amma dövriyyə yoxdur.
Osman müəllim, bir çox ekspertlər hesab edir ki,
ölkəmizdə elektron ticarətin sürətli inkişafına əngəl
olan səbəblərdən biri də vətəndaşın almaq istədiyi
məhsula əli ilə toxunmaq istəyidir. Yəni alıcı gözü ilə
görmədiyi, əli ilə toxunmadığı məhsulu almaqdan
çəkinir. Bu stereotipləri qırmaq üçün nə etməliyik?
Ümumiyyətlə, elektron ticarətin inkişafına əngəl
olan bir çox faktorlar var. Bu faktorlardan biri də qeyd
etdiyiniz məsələdir. Bizdə belə bir düşüncə tərzi var
ki, gərək əlin pula toxunsun, kredit kartına pul gələn
Dostları ilə paylaş: |