|
TAR (Türkiyə
–Azərbaycan–Rusiya)
Azərbaycan Türkiyə İş Adamları Birliyi Türkiyə
və Rusiya ilə qonşu olan və hər iki ölkə ilə
siyasi, iqtisadi, sosial və mədəni sahələrdə
geniş əlaqələrə malik Azərbaycanda birgə layihə həyata keçirə
biləcəyini düşünərək "Türkiyə
–Azərbaycan–Rusiya əlaqələri" -
TAR haqqında konsepsiya irəli sürmüşdür. Konsepsiya Türkiyə,
Azərbaycan və Rusiya arasında hərtərəfli əlaqələrin inkişaf
etdirilməsinə xidmət edir. O, həmçinin Türkiyə və Rusiyadan
informasiya texnologiyalarının transferi yolu ilə Azərbaycanda
iqtisadi dəyəri olan böyük layihələrin həyata keçirilməsini nəzərdə
tutur. Türkiyənin Avropa Birliyinə girmək üçün sərf etdiyi intensiv
cəhdlər və bu cəhdlər nəticəsində əldə etdiyi təcrübələrdən
istifadə edərək, Türkiyənin və Rusiyanın təşəbbüsü, Azərbaycanın
fəal iştirakı ilə yeni bir regional əməkdaşlığın formalaşdırılması
qarşıya məqsəd qoyulur.
Dostları ilə paylaş: |
|
|