Hörmətli oxucular!
Hörmətli ATİB üzvləri!
ATİB-in nəşrləri ilə bağlı da məlumat vermək istərdim.
Bildiyiniz kimi, ATİB-in korporativ dərgisi olan “EcoVisi-
on” jurnalı vasitəsilə ölkə və dünya iqtisadiyyatı ilə bağlı
məlumatlar, biznes sahəsində uğur qazanmış iş adamla-
rının tövsiyələri oxucuların diqqətinə çatdırılır. “EcoVisi-
on” jurnalında iqtisadiyyatın müxtəlif sektorları ilə bağlı
araşdırmalar, müsahibələr, hüquqşünas məsləhətləri,
ölkə qanunvericiliyinə əlavə və dəyişikliklər haqqın-
da məlumatlar öz əksini tapır. Bununla yanaşı, jurnalda
yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan iq-
tisadi tədbirlər və biznes təklifləri də dərc olunur. ATİB
Türkiyə səfirliyinin fəaliyyətini də hər zaman diqqət
məkəzində saxlayır. Jurnal dövlət təşkilatları, hökumət
orqanları, QHT-lər, şirkətlər, ali təhsil müəssisələri, xarici
ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə
pulsuz yayılır. Elektron ticarətin inkişafına dəstək
vermək məqsədilə “EcoVision” jurnalının 23-cü sayının
Azərbaycanda elektron ticarət sektorunun vəziyyətinə
həsr olunması xüsusi önəm daşıyır.
Hörmətli oxucular, əminəm ki, 2015-ci ili ATİB
üzvlərinin və əməkdaşlıq etdiyimiz təşkilatların köməkliyi
və dəstəyi ilə uğurla başa vuracağıq. Qarşıdakı dövrlərdə
də davamlı olaraq inkişaf edən fəaliyyətimizlə iki qar-
daş ölkə və xalq arasında hərtərəfli əlaqələrin daha da
güclənməsinə xidmət edəcəyik.
|